"Virusun yeni dalğaları ilə üzləşə bilərik" - BAŞ İNFEKSİONİST
"Hazırda ölkədə epidemioloji durum nəzarət altındadır və qənaətbəxşdir. "Omicron" ştamı ilə bağlı sonuncu dalğa sönməkdə davam edir, yəqin ki, stabilləşmək üzrədir".
Bu sözləri Səhiyyə Nazirliyinin baş infeksionist Təyyar Eyvazov epidemiloji vəziyyət barədə danışarkən bildirib.
Onun sözlərinə görə, virusun yoluxuculuq qabiliyyəti artsa da, ağır xəstəlik yaratma imkanı zəifləyir:
"Biz gördük ki, sonuncu alovlanmada yoluxma hallarının sayı rekord səviyyədə olsa da, ancaq xəstəxanaların yükü bir o qədər artmadı və səhiyyə sistemi asanlıqla işinin öhdəsindən gələ bildi.
Yəni vaxt keçdikcə virusun yoluxuculuq qabiliyyəti artsa da, ağır xəstəlik törətmək imkanları zəifləyir. Bunu əsas götürərək demək olar ki, pandemiyanın lokal epidemiyalara çevrilməsi prosesi gedir. Bu imkan verir ki, əvvəllər qəbul olunmuş məhdudiyyətlər tədricən aradan qaldırılsın və biz bunun şahidiyik".
İnfeksionistin koronavirus getdikcə mövsümi infeksiyaya çevrildiyini vurğulayıb:
"Beləliklə, görülmüş tədirlər, vaksinasiya və s. pandemiyanın mənzərəsini bu cür, əlverişli istiqamətdə dəyişdirmişdir. Lakin bu gün pandemiyanın davam etməsi faktdır və ola bilər ki, virusun mutasiyaları nəticəsində biz bu və ya digər əhəmiyyətli yeni dalğalar ilə üzləşək. Ancaq ümumi qanunauyğunluq saxlanılacaqdır, yəni koronavirus həyatımızda qalsa da, o dəyişərək mövsümi infeksiyaya çevriləcəkdir"./lent.az
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1260 Tarix: 17 mart 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Kombi istifadəçilərinin bilməli olduqları vacib məqamlar açıqlandı
Payızın gəlişi ilə havalar tədricən soyumağa, evlərdə isə kombilər yenidən işə düşməyə hazırlaşır. Soyuq günlərdə istilik problemi ilə üzləşməmək və yüksək kommunal xərclərdən yayınmaq üçün kombinin mövsüm başlamazdan əvvəl yoxlanılması vacibdir. Bəs kombiləri payız-qış mövsümünə necə hazırlamalıyıq
8 noyabrBloqerlərdən Zəfər Gününə həsr olunmuş paylaşım - VİDEO
Bloqerlər Ruslan Ağayev və İnci Ağayeva Azərbaycanın tarixi Zəfər Gününə həsr olunmuş paylaşım ediblər. xəbər verir ki, milli geyimdə kamera qarşısına keçən bloqerlər Zəfər abidəsinin önündə və Qız qalasının qarşısında çəkiliş apararaq tarixi günə xüsusi ehtiramlarını ifadə ediblər. Onların lentə aldıqlar
8 noyabrBoşananda kredit borcu kimə qalır? - ARAŞDIRMA
Azərbaycanda boşanan ailələrin qarşılaşdığı ən ciddi problemlərdən biri kredit borclarının bölüşdürülməsidir. Evlilik dövründə alınan mənzil, avtomobil və digər əmlakın taleyi ilə yanaşı, banklara olan borclar da keçmiş ər-arvad arasında mübahisəyə səbəb olur. Bəs boşanma zamanı kredit kimin adına rəsmiləşdirilibsə
8 noyabrAzərbaycan 9 ayda nar ixracından 6 milyon dollardan çox gəlir əldə edib
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 6 min 391,45 ton nar ixrac edib. "Report" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu həcmdə narın dəyəri 6 milyon 132,62 min ABŞ dolları olub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə həcm baxımından 1 631 ton (20,3 , dəyər baxımından isə
8 noyabrƏməkhaqlarında kəskin artım gözlənilir?
Son günlər sosial şəbəkələrdə pensiya və sosial müavinətlərin artırılması ilə bağlı müzakirələr yenidən gündəmə gəlib. Sosial şəbəkələrdə zaman-zaman yüksək vəzifəli şəxslərin əməkhaqqı və təminatlarında müşahidə olunan artımlarla pensiya və müavinət artımları müqayisə edilərək sosial ödənişlərin d
8 noyabr