Türkiyənin ən əhəmiyyətli turizm mərkəzlərindən biri - Uludağ

Türkiyənin ən əhəmiyyətli turizm mərkəzlərindən biri - UludağUludağ Türkiyənin Bursa şəhərinin cənub-qərbində, şəhər mərkəzindən 36 km uzaqlıqda yerləşir. Türkiyənin ən əhəmiyyətli qış idman mərkəzlərindən biridir.

Mediapress.az xəbər verir ki, zəngin florası və müxtəlif heyvan növləri ilə 1961-ci ildə Milli Park elan edilən Uludağ bütün il boyu ziyarətçiləri qəbul edir. Dağda xüsusilə yay aylarında trekking və kempınq təcrübələri də çox populyardır.

Qədim dövrlərdə Uludağın adı "Həmişə parlayan" mənasını verən Olympos Misios olub və mifologiyaya görə bu təpə tanrıların Troya müharibəsini seyr etdiyi yer olub. Bir çox festivala və tədbirə ev sahibliyi edən Uludağ mərkəzdə yerləşdiyi üçün "heli-ski (vertolyotla xizək sürmə), snowbord, buz konkisi və snowbiking" (qar velosipedi) üçün də çox uyğun parkurlara malikdir.

Uludağ qərbi Anadolunun ən hündür dağıdır. Qara təpə adlanan zirvəsinin hündürlüyü 2543 metrdir. Cənub-cənub qərb küləklərinin hakim olduğu mülayim iqlimə malik olan Uludağ sıx meşələrlə örtülüdür. Xizək sahəsinin hündürlüyünün 1750 metr ilə 2543 metr arasında olduğu Uludağda xizək sürmək üçün ən ideal mövsüm dekabr və mart aylarıdır.

Uludağ xizək mərkəzi iki ayrı ərazidən ibarətdir. Birinci ərazidə 17-si dövlət, 19-u özəl olmaqla, ümumilikdə 10 min çarpayılıq 36 mehmanxana və istirahət obyekti, 1986-cı ildə turizm mərkəzi elan edilən ikinci ərazidə isə dörd mehmanxana var.

Bu iki ərazi həm də butiklər, restoranlar, kafelər, barlar, əyləncə yerləri və sağlamlıq mərkəzləri baxımından çox zəngindir. Xizək mərkəzində xizək avadanlıqlarını icarəyə götürmək və təcrübəli təlimatçılardan dərs almaq da mümkündür. Ərazidə səkkiz telesiyej, yeddi T-bar (teleski) və 13 müxtəlif xizək pisti var.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 515   Tarix: 15 mart 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Üçrəngli bayrağımız - müstəqilliyimizin və milli qürurumuzun simvolu - KÖŞƏ YAZISI

Bayraq sadəcə bir dövlətin rəmzi deyil. O, bir xalqın tarixini, milli kimliyini, azadlıq arzusunu və gələcəyə olan inamını özündə birləşdirir. Azərbaycan bayrağı da xalqımızın keçdiyi çətin və şərəfli yolun, müstəqillik uğrunda mübarizəsinin ən böyük simvollarından biridir. Hər il noyabrın 9-da qey

8 noyabr
.

Dövlət rəsmiləri Zəfər parkında şəhidlərin xatirəsini anırlar - YENİLƏNİB+Foto/Video

8 Noyabr - Zəfər Günü münasibətilə Azərbaycan Respublikası Ali Məhkəməsinin və Məhkəmə-Hüquq Şurasının kollektivi Zəfər parkını ziyarət edib. xəbər verir ki, ziyarətçilər parkdakı Zəfər abidəsinin önünə gül dəstələri düzüb, Vətənimizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidləri

8 noyabr
.

Zəfərdən altı il sonra: Qarabağda hansı proseslər gedir? - Video

Baku TV-nin "Yekunlaşdıraq" verilişinin yeni buraxılışı yayımlanıb. Zəfər Günündən altı il sonra Azərbaycanın qazandığı tarixi Qələbə və Böyük Qayıdış prosesi hansı mərhələdədir?. Qarabağ və Şərqi Zəngəzurda aparılan quruculuq işləri, yeni yaşayış məntəqələrinin salınması və iqtisadi layihələ

8 noyabr
.

Azərbaycan və Türkiyə jurnalistləri üçün Şuşaya mediatur təşkil olunub - Foto/Video

Zəfər Günündə Azərbaycan və Türkiyə mediasının nümayəndələri üçün Şuşa şəhərinə press-tur təşkil olunub. "Report"a istinadən xəbər verir ki, tədbir Azərbaycanın 44 günlük Vətən müharibəsindəki qələbəsinin altıncı ildönümünə həsr edilib. Tur Yuxarı Gövhər ağa məscidinin ziyarət edilməsi il

8 noyabr
.

Naxçıvanda Zəfər Günü münasibətilə konsert və atəşfəşanlıq olub

Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi və Naxçıvan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Naxçıvan şəhərində 8 Noyabr - Zəfər Gününə həsr olunmuş konsert proqramı və atəşfəşanlıq təşkil edilib. "Report"un yerli bürosu xəbər verir ki, Heydər Əliyev Muzeyinin qarşısında keçirilə

8 noyabr
.

Zəfər Günü münasibətilə Bakıda bayram atəşfəşanlığı təşkil olunub - Video

8 Noyabr - Zəfər Günü münasibətilə Bakıda bayram atəşfəşanlığı təşkil olunub. xəbər verir ki, atəşfəşanlıq Dənizkənarı Bulvarda, Saat qülləsinin yaxınlığında baş tutub. Sözügedən görüntüləri təqdim edirik:

8 noyabr
.

Türkiyə XİN Azərbaycanı Zəfər Günü münasibətilə təbrik edib - Foto

Türkiyə Xarici İşlər Nazirliyi (XİN) Azərbaycanı 8 noyabr - Zəfər Günü münasibətilə təbrik edib. xəbər verir ki, bu barədə Türkiyə XİN-in "X" sosial şəbəkə hesabında paylaşım edilib. "Qarabağın azadlığının altıncı ildönümündə qardaş Azərbaycan xalqını və dövlətini Zəfər Günü münasibətil

8 noyabr
.

İşğaldan azad edilmiş ərazilərdəki müəssisələrdə 6 576 şagird və uşaq təhsil alır

Böyük Qayıdış çərçivəsində işğaldan azad edilmiş ərazilərdə 27 ümumi təhsil və 13 məktəbəqədər təhsil müəssisəsi istifadəyə verilib. "Report" Elm və Təhsil Nazirliyinə istinadən xəbər verir ki, müəssisələrdə ümumilikdə 6 576 şagird və uşaq təhsil alır. Təhsil infrastrukturunun inkişafı doğm

8 noyabr
.

Azərbaycan 9 ayda nar ixracından 6 milyon dollardan çox gəlir əldə edib

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 6 min 391,45 ton nar ixrac edib. "Report" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu həcmdə narın dəyəri 6 milyon 132,62 min ABŞ dolları olub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə həcm baxımından 1 631 ton (20,3 , dəyər baxımından isə

8 noyabr