Antalya Diplomatiya Forumunda dezinformasiyanın səbəbləri müzakirə edildi

Antalya Diplomatiya Forumunda dezinformasiyanın səbəbləri müzakirə edildiAntalya Diplomatiya Forumu 2022 çərçivəsində Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin təşkilatçılığı ilə "Həqiqətdən sonrakı dövrdə dezinformasiya ilə mübarizə" mövzusunda panel təşkil edilib.

Qaynarinfo-nun verdiyi məlumata görə, paneldə çıxış edən Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev dezinformasiya və ya yanlış məlumatlandırma ilə mübarizədə qlobal yanaşmanın tətbiq edilməli olduğunu bildirib.

Yalan məlumatların ötürülməsinin təkcə sosial şəbəkədə və ya mediada deyil, siyasətdə də olduğunu vurğulayan H.Hacıyev "Doğru məlumatı mümkün qədər tez hazırlayıb çatdırmaq vacibdir. Susmaq və ya görməməzlikdən gəlmək kifayət deyil, "kiçik məlumatdır, bir şey olmaz" deyilməməlidir. Tez bir zamanda cavab verilməlidir.

Səhv məlumat yayıldıqdan sonra onu düzəltmək çox çətin olur. Dezinformasiya siyasi, sosial, iqtisadi kimi müxtəlif formalarda ola bilir. Pandemiyada tibbi dezinformasiyanın şahidi olduq. Qlobal kontekstdə nəzarət və tənzimləmə olmalıdır. Əks halda rəqəmsal anarxiya davam edəcək. Bəzi şəxslər dezinformasiya kampaniyalarını aparır, bəzən də dövlət buna dəstək verir", - deyib.

Prezidentin köməkçisi qeyd edib ki, dezinformasiya həmişə mövcud olub, lakin yeni texnologiyaların və sosial medianın inkişafı ilə daha da yayılıb: "Bütün qurumlar bir araya gəlib dezinformasiyaya qarşı mübarizə aparmalıdır. Çünki bu, cəmiyyətə mənfi təsir göstərir. Dezinformasiyanın arxasında duran bəzi insanlar cəmiyyətlərdə çatlar yaratmaq, manipulyasiyaya yol açmaq istəyirlər və bunu qəsdən edirlər. Hökumətlərə inamı qırmaq istəyirlər. Bulanıq sular yaratmaq istəyirlər. Bilirsiniz ki, su bulananda daha asan balıq tuta bilərsiniz".

Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin Strateji Əlaqə və Böhran İdarəetmə şöbəsinin müdiri Gökhan Yücel də qurum olaraq dezinformasiyaya qarşı effektiv mübarizə aparmağa çalışdıqlarından danışıb.

Xalq diplomatiyası, strategiya, milli təhlükəsizlik və böhran kommunikasiyası kimi digər komponentlərlə dezinformasiyaya qarşı müvafiq işlər gördüklərini söyləyən G.Yücel "Əgər işişlərimizi digər seqmentlərlə birlikdə görməsək, dezinformasiyaya qarşı mübarizəmiz həmişə uğursuz olacaq. Ona görə də hekayələrimizi, demək istədiklərimizi düzgün planlaşdırmasaq, bəzi başqa qruplar, düşmənlər araya girib buradakı boşluqları doldurarlar. Bu isə milli, beynəlxalq və ya regional təhlükəsizlik probleminə səbəb ola bilər", - deyə bildirib.

Texnoloji imkanların insanlara böyük imkanlar yaratdığını, lakin onlardan düzgün istifadə edilməli olduğunu qeyd edən Yücel dezinformasiyanın milli və beynəlxalq təhlükəsizliklə yanaşı insan ləyaqəti ilə də əlaqəli olduğunu, insan mərkəzli yanaşmanın prioritetləşdirilməsinin vacib olduğunu vurğulayıb.

O, Türkiyənin üzləşdiyi ən mühüm problemlərdən birinin dezinformasiya olduğuna diqqət çəkib: "Türkiyə ciddi dezinformasiyaya məruz qalır. Bunun niyə baş verdiyini araşdırırıq. Araşdırdıqda FETÖ-nün nə etdiyini, nə dediyini, necə saxta xəbərlər yaydığını və manipulyasiyalar həyata keçirdiyini görürük. Biz PKK və onun törəmələrinin, marjinal qrupların necə dezinformasiya yaratdığını, saxta xəbərlər yaydığını və bu yolla internet üzərindən Türkiyə dövlətinə və xalqına hücum etməyə çalışdığını bilirik. Bəs onlar haradadır, bu hesabların sahibləri haradadır? Bu sosial şəbəkə hesablarının sahibləri başqa ölkələrdə yaşayırlar. Bunu xüsusilə qeyd etmək istəyirik ki, bu mürəkkəb, dövlət və qeyri-dövlət aktorları hansılardır, kimlərdir və nələrdir? Onların aşkarlanması mürəkkəb və çətindir. Ancaq bəzi şeylər çox aydındır. Həmkarlarımızla görüşərkən deyirik ki, baxın, bu qruplar, bu insanlar və ya bu hesablar davamlı olaraq Türkiyə Cümhuriyyətinə və onun maraqlarına hücum edir. Haqqında danışdığım bu qruplar bəzi ölkələrdə yaşayan hesab sahibləridir".


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 697   Tarix: 14 mart 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Rəcəb Tayyib Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər" - Video

"Azərbaycanın 44 günlük müharibədə qazandığı şanlı Qələbə bütün Türk dünyasında sevinc doğurmaqda davam edir və tarixi ədalətin bərpasının göstəricisidir". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözlər Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Şuşada Azərbaycan Prezidenti İlham Əliyevlə mətbuat

8 noyabr
.

Ərdoğanın sevdiyi mahnı Xankəndidə - Video

Xankəndi Konqres Mərkəzində 8 Noyabr - Zəfər Gününə həsr olunmuş təntənəli konsert proqramı təşkil edilib. "Qafqazinfo" xəbər verir ki, konsert zamanı rəngarəng musiqi nömrələri ilə yanaşı, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ən çox sevdiyi mahnılardan biri olan "Bərabər yürüdü

8 noyabr
.

"Euronews" Azərbaycanda Zəfər Gününün qeyd olunmasını nümayiş etdirib

Avropanın "Euronews" televiziya kanalı 44 günlük Vətən Müharibəsində Azərbaycanın qələbəsinin altıncı ildönümünə və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın bayram tədbirlərində iştirakına həsr olunmuş material hazırlayıb. "Report"un məlumatına görə, materialda Azərbaycan və Türkiy

8 noyabr
.

Azərbaycan və Türkiyə prezidentlərinin görüşü Gürcüstan mediasının diqqət mərkəzindədir

Gürcüstan mediası Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb. "Report"un Gürcüstan bürosu xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri bu ölkə mediasının diqqət mərkəzində olub. Bu ölkənin aparıcı televiziya kanalları, xəbər agentliklər

8 noyabr
.

Azərbaycanın və Türkiyənin birinci xanımları çay süfrəsi arxasında söhbət ediblər - Foto

Noyabrın 8-də Azərbaycan Respublikasının birinci xanımı Mehriban Əliyeva və qızı Leyla Əliyeva Türkiyə Respublikasının birinci xanımı Əminə Ərdoğan ilə çay süfrəsi arxasında söhbət ediblər. xəbər verir ki, bu barədə AZƏRTAC məlumat yayıb

8 noyabr
.

Prezidentdən Zəfər Günü müraciəti: "Heç kim Azərbaycana zərər vermək barədə düşünməməlidir"

Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev 8 Noyabr - Zəfər Günü münasibətilə Xankəndi şəhərindən Azərbaycan xalqına müraciət edib. xəbər verir ki, dövlət başçısı müraciətində Azərbaycan xalqını və Silahlı Qüvvələri Zəfər Günü münasibətilə təbrik edib, Vətən müharibəsində şəhid olmu

8 noyabr
.

Prezident: "Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Video

"44 günlük Vətən müharibəsi Türkiyə-Azərbaycan birliyini bir daha göstərdi". AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikri Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla mətbuata bəyanatında səsləndirib. Müharibədən sonra Şuşada tarixi Şuşa Bəyannaməsinin imzalandığını xatırlada

8 noyabr
.

Azərbaycan və Türkiyə liderlərinin Şuşada görüşünə dair videoçarx

Prezident İlham Əliyevin sosial media hesablarında onun Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Şuşada baş tutan görüşünə dair videoçarx paylaşılıb. həmin paylaşımı təqdim edir:

8 noyabr
.

Ərdoğan: "Gələn il Ağdamda İlham qardaşımla birlikdə məktəbin açılışını edəcəyik" - Video

"Ən son Cəbrayılda "Azərbaycan-Türkiyə Beynəlxalq Meşə Təlim Mərkəzi" və "Ağıllı Tingçilik" Müəssisəsini yaratmağın qürurunu yaşadıq. Kənd təsərrüfatı və Meşəçilik Nazirliyimizin töhfələri ilə qurulan bu müəssisə Türkiyə-Azərbaycan əməkdaşlığının yeni bir göstəricisi olmuşdur"

8 noyabr