Putin-Zelenski görüşü yaxın həftələrdə baş tuta bilər
Rusiya prezidenti Vladimir Putin və Ukrayna prezidenti Volodimir Zelenski arasında görüş yaxın həftələrdə baş tuta bilər. Lakin bu, yalnız sülh müqaviləsi razıılaşdırıldıqdan sonra mümkündür.
Bunu Ukrayna prezidenti aparatı rəhbərinin müşaviri Mixail Podolyak deyib.
Onun sözlərinə görə, bu gün Rusiya və Ukrayna nümayəndə heyətləri öz mövqelərində qalırlar və mübahisəli məsələlər üzrə razılaşmanın əldə olunması bir neçə gündən bir həftə yarıma qədər davam edə bilər. Bu müddət ərzində tərəflər sülh sazişinə yaxınlaşmalıdırlar.
"Müqavilə üzərində iş başa çatan kimi biz (Putin və Zelenski arasında - red.) görüşün təşkilinə başlayacağıq. Bu, yaxın həftələrdə baş verəcək. Bizim üçün yer fərqi yoxdur. İstənilən yer ola bilər. Rusiyadan başqa", - Podolyak bildirib.
O, həmçinin qeyd edib ki, Ukrayna tərəfi Zelenskinin Putinin əlini sıxa bilməyəcəyini hələ ki, vurğulamır.
"Sülh müqaviləsinin əsasları hazırlandıqdan sonra biz prezidentlərin görüşündə uyğun davranış modelini nəzərdən keçirəcəyik. Əl sıxma məsələsi bizi narahat edən ən kiçik məsələdir", - deyə o, əlavə edib./Oxu.az
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Azərbaycanda bu şəxslərə 200 manat veriləcək
65 yaş tamam olur, amma pensiya verilmir? - ƏSAS ŞƏRTLƏR BUNLARDIR
Satın aldığı qırıq çaydan ona sərvət qazandırdı
PENSİYA VƏ SOSİAL MÜAVİNƏTLƏR NEÇƏ FAİZ ARTACAQ? - Gözləntilər AÇIQLANDI
Röyanın evindəki bu otaq DİQQƏT ÇƏKDİ - VİDEO
ASAN Xidmət bu tarixlərdə işləməyəcək
"Son 70 ilin ən sərt qışı gəlir"… - Bakı üçün iki kritik TARİX
Bu ərazilərə QAR yağacaq, yollar buz bağlayacaq - XƏBƏRDARLIQ EDİLDİ
İranın cənubunda üç şəhərdə partlayışlar baş verib - Video
44 günlük Zəfər: Azərbaycanın tarixini dəyişən Qələbə və milli iradənin təntənəsi
Qızıl almaq istəyənlərin nəzərinə
Xankəndi Stadionu açıldı - Fotolar
"Şuşanın azad edilməsi Zəfərin həm hərbi, həm də mənəvi zirvəsi oldu" - millət vəkili Elnarə Akimova
Yuğ Dövlət Teatrının aktyorları Zəfər Günü münasibətilə xalqı təbrik ediblər
"Zəfər Gününün noyabrın 8-də qeyd olunması təsadüfi deyil" - millət vəkili Pərvanə Vəliyeva