Həm qırmızı yanır, həm yaşıl: Yolu keçək, ya yox? – VİDEO
Gördüyünüz foto son günlər sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Belə ki, işıqforun qırmızı və yaşıl işığı eyni anda yandığı üçün sürücülər yolu keçməyə tərəddüd edir. Çünki bir çoxu cərimə olunacağından qorxur. Bəs görəsən bu vəziyyətdə nə etməliyik?
Görünür bu məsələdə sürücülər də çaş-baş qalıb.
Mövzu ilə əlaqədar Baş Dövlət Yol Polis İdarəsə müraciət etdik. Qurumun ictimaiyyətlə əlaqələr şöbəsinin baş inspektoru Mübariz Ağayev bildirdi ki, bu cür hallarda nişana uyğun hərəkət edilməlidir: "Yol hərəkəti qaydasının 75-ci maddəsinə əsasən, yanıb sönən sarı işıq olduqda və ya nizamlayıcı olmadıqda, yol ayrıcı nizamlanmayan hesab edilir. Bu zaman sürücülər yol ayrıcındakı nişanlara uyğun olaraq hərəkət etməlidir".
Mübariz Ağayevin sözlərinə görə, bu zaman hansısa sürücüyə cərimə yazılarsa, sürücü DYP-yə müraciət edərək, yolu kəçən zaman işıqforun işləmədiyini bildirməlidir. Onun sözlərinə görə, bundan sonra vətəndaşın şikayətinə baxılaraq, məsələyə hüquqi qiymət verilir.
Mübariz Ağayev həmçinin bildirdi ki, vətəndaşlar nasaz işıqforları gördükdə "102" qaynar xəttinə zəng edə və yaxud digər hüquq mühafizə orqanlarını məlumatlandıra bilər./Oxu.az
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1623 Tarix: 17 mart 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Kombi istifadəçilərinin bilməli olduqları vacib məqamlar açıqlandı
Payızın gəlişi ilə havalar tədricən soyumağa, evlərdə isə kombilər yenidən işə düşməyə hazırlaşır. Soyuq günlərdə istilik problemi ilə üzləşməmək və yüksək kommunal xərclərdən yayınmaq üçün kombinin mövsüm başlamazdan əvvəl yoxlanılması vacibdir. Bəs kombiləri payız-qış mövsümünə necə hazırlamalıyıq
8 noyabrBloqerlərdən Zəfər Gününə həsr olunmuş paylaşım - VİDEO
Bloqerlər Ruslan Ağayev və İnci Ağayeva Azərbaycanın tarixi Zəfər Gününə həsr olunmuş paylaşım ediblər. xəbər verir ki, milli geyimdə kamera qarşısına keçən bloqerlər Zəfər abidəsinin önündə və Qız qalasının qarşısında çəkiliş apararaq tarixi günə xüsusi ehtiramlarını ifadə ediblər. Onların lentə aldıqlar
8 noyabrBoşananda kredit borcu kimə qalır? - ARAŞDIRMA
Azərbaycanda boşanan ailələrin qarşılaşdığı ən ciddi problemlərdən biri kredit borclarının bölüşdürülməsidir. Evlilik dövründə alınan mənzil, avtomobil və digər əmlakın taleyi ilə yanaşı, banklara olan borclar da keçmiş ər-arvad arasında mübahisəyə səbəb olur. Bəs boşanma zamanı kredit kimin adına rəsmiləşdirilibsə
8 noyabrAzərbaycan 9 ayda nar ixracından 6 milyon dollardan çox gəlir əldə edib
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 6 min 391,45 ton nar ixrac edib. "Report" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu həcmdə narın dəyəri 6 milyon 132,62 min ABŞ dolları olub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə həcm baxımından 1 631 ton (20,3 , dəyər baxımından isə
8 noyabrƏməkhaqlarında kəskin artım gözlənilir?
Son günlər sosial şəbəkələrdə pensiya və sosial müavinətlərin artırılması ilə bağlı müzakirələr yenidən gündəmə gəlib. Sosial şəbəkələrdə zaman-zaman yüksək vəzifəli şəxslərin əməkhaqqı və təminatlarında müşahidə olunan artımlarla pensiya və müavinət artımları müqayisə edilərək sosial ödənişlərin d
8 noyabr