Körpələri bu yersiz müalicələrə məruz qoymayın - Tanınmış pediatrdan MƏSLƏHƏTLƏR

Körpələri bu yersiz müalicələrə məruz qoymayın - Tanınmış pediatrdan MƏSLƏHƏTLƏRƏmgək alnın yuxarı hissəsində təpə sümüklərinin arasında yerləşən və dəri ilə örtülü olub, sümüklə örtülü olmayan yumşaq hissəsidir. Əmgək bütün körpələrdə doğuşdan olur və başın böyüməsi üçün çox mühümdür. Zamanla kiçilən və müəyyən vaxtdan sonra isə tamamilə bağlanan əmgəkdə bəzən müəyyən dəyişikliklər olur. Bu baxımdan əmgəyin ölçülərini, bağlanma zamanını və quruluşunu yaxşı bilmək lazımdır.

Metbuat.az xəbər verir ki, bu barədə açıqlama verən pediatr-neontoloq Altay Abdullaoğlu bildirdi ki, bir çox hallarda "əmgək" körpənin həyatı üçün hər hansı bir ciddi problem yaratmır. Lakin buna baxmayaraq körpələri aylarca davam edən müalicələrə məruz qoyurlar.
Körpələri bu yersiz müalicələrə məruz qoymayın - Tanınmış pediatrdan MƏSLƏHƏTLƏR"Əmgəyin ölçüləri 1- 4 sm arasında dəyişir. Bəzən əmgəyin ölçüsü bu rəqəmlərdən bir qədər böyük və ya balaca ola bilər. Bu kimi hallarda körpənin baş ölçülərinə baxılmalı və müayinə edilməlidir. Əgər nəticələr normaldırsa o zaman müalicəyə də ehtiyac yoxdur. Lakin bu körpələr nəzarətdə saxlanılmalı, müəyyən aralıqlarla müayinə olunmalı, başın ölçüləri davamlı izlənilməlidir. Birdən gələcəkdə əmgəyi erkən bağlanar, başı kiçik olar, körpədə kəllədaxili təzyiq yaranar deyib indidən müalicələrə başlamaq doğru deyildir. Çox vaxt bu körpələrdə hər hansı bir ciddi problem olmur. Əgər müşahidələr zamanı bunun əksi olarsa, yalnız bu zaman müvafiq müalicələr və araşdırmalar başlanılmalıdır".
Körpələri bu yersiz müalicələrə məruz qoymayın - Tanınmış pediatrdan MƏSLƏHƏTLƏRƏmgəyin normal körpələrdə 6-18-ci ay arasında istənilən vaxtda bağlana biləcəyini qeyd edən pediatrın sözlərinə görə, bəzən əmgək bir az tez və ya gec bağlanır. Bu kimi hallarda körpə müayinə edilməli, baş ölçüsü və başın böyümə dinamikasına baxılmalıdır. Ehtiyac olarsa müəyyən analizlər və ya ultrasəs müayinələri edilə bilər.
Körpələri bu yersiz müalicələrə məruz qoymayın - Tanınmış pediatrdan MƏSLƏHƏTLƏR"Əmgəyin gərgin olması və ya pulsasiya etməsi bəzi ciddi xəstəliklərin əlaməti ola bilər. Hətta normal körpələrdə də bəzən bu kimi hallar olur. Hansı ki, bu normal bir haldır və heç bir müalicəyə də ehtiyac yoxdur. Ümumiyyətlə əmgəyin tez və ya gec bağlanması, geniş və ya kiçik olması əksər hallarda körpələrdə hər hansı bir fəsadlara səbəb olmur. Bu elmi və eyni zamanda statistik nəticədir. Buna görə də körpələri yersiz müalicələrə məruz qoymaq doğru deyildir" deyə Altay Abdullaoğlu fikrini yekunlaşdırıb.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 2308   Tarix: 18 mart 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Həkim qəbuluna onlayn yazılmaq mümkün olan yeddi tibb müəssisəsi - Siyahı

Səhiyyə sahəsində vətəndaşların tibbi xidmətlərdən istifadəsini asanlaşdırmaq və tibb müəssisələrində yaranan uzun növbələrin qarşısını almaq məqsədilə yeni rəqəmsal sistem tətbiq ediləcək. İlin sonunadək bir sıra tibb müəssisələrində onlayn növbə sisteminin istifadəyə verilməsi nəzərdə tutulur. Bu barəd

8 noyabr
.

ADY-nin kollektivi Zəfər abidəsini ziyarət edib

"Azərbaycan Dəmir Yolları" (ADY) QSC-nin kollektivi 8 Noyabr - Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət edib. "Report" xəbər verir ki, Vətən müharibəsində qazanılan tarixi qələbəmizin rəmzi olan Zəfər abidəsinin önünə gül dəstələri düzülüb, Azərbaycanın ərazi bütövlüyü və suverenliy

8 noyabr
.

Dekabrda 9 gün iş olmayacaq - TARİXLƏR

2026-cı il üçün iş vaxtı norması və istehsalat təqviminə əsasən, dekabr ayında xüsusi günlə əlaqədar 1 gün qeyri-iş günü olacaq. -ın məlumatına görə, dekabrın 31-i Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür. Həmin tarix həftənin cümə axşamına təsadüf etdiyindən iş və istirahət günlərinin dəyişdirilməs

8 noyabr
.

Dövlət rəsmiləri Zəfər parkında şəhidlərin xatirəsini anırlar - YENİLƏNİB+Foto/Video

8 Noyabr - Zəfər Günü münasibətilə Azərbaycan Respublikası Ali Məhkəməsinin və Məhkəmə-Hüquq Şurasının kollektivi Zəfər parkını ziyarət edib. xəbər verir ki, ziyarətçilər parkdakı Zəfər abidəsinin önünə gül dəstələri düzüb, Vətənimizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidləri

8 noyabr
.

Şuşanın işğaldan azad olunmasından altı il ötür - Video

Bu gün Şuşanın işğaldan azad olunmasından altı il ötür. Şəhər 2020-ci il noyabrın 8-də Azərbaycan Silahlı Qüvvələrinin Müzəffər Ali Baş Komandanı, Prezident İlham Əliyevin rəhbərliyi altında rəşadətli ordumuz tərəfindən düşmən tapdağından azad olunub. Beləliklə, erməni işğalçılarından təmizlənən şəhəri

8 noyabr
.

Üçrəngli bayrağımız - müstəqilliyimizin və milli qürurumuzun simvolu - KÖŞƏ YAZISI

Bayraq sadəcə bir dövlətin rəmzi deyil. O, bir xalqın tarixini, milli kimliyini, azadlıq arzusunu və gələcəyə olan inamını özündə birləşdirir. Azərbaycan bayrağı da xalqımızın keçdiyi çətin və şərəfli yolun, müstəqillik uğrunda mübarizəsinin ən böyük simvollarından biridir. Hər il noyabrın 9-da qey

8 noyabr
.

Bu şəxslər ictimai nəqliyyatla 1 QƏPİYƏ GEDƏCƏKLƏR

TəhsilPlus kartı olan təhsil işçiləri ictimai nəqliyyatda ilk gedişlərini 1 qəpiyə edə biləcəklər. Elm və Təhsil Nazirliyindən -a bildirilib ki, noyabr 2026-cı il tarixindən etibarən TəhsilPlus kartı olan təhsil işçiləri həftəiçi hər gün ictimai nəqliyyatda ilk gedişlərini cəmi 1 qəpiyə həyata keçir

8 noyabr
.

Zəfərdən altı il sonra: Qarabağda hansı proseslər gedir? - Video

Baku TV-nin "Yekunlaşdıraq" verilişinin yeni buraxılışı yayımlanıb. Zəfər Günündən altı il sonra Azərbaycanın qazandığı tarixi Qələbə və Böyük Qayıdış prosesi hansı mərhələdədir?. Qarabağ və Şərqi Zəngəzurda aparılan quruculuq işləri, yeni yaşayış məntəqələrinin salınması və iqtisadi layihələ

8 noyabr
.

Boşananda kredit borcu kimə qalır? - ARAŞDIRMA

Azərbaycanda boşanan ailələrin qarşılaşdığı ən ciddi problemlərdən biri kredit borclarının bölüşdürülməsidir. Evlilik dövründə alınan mənzil, avtomobil və digər əmlakın taleyi ilə yanaşı, banklara olan borclar da keçmiş ər-arvad arasında mübahisəyə səbəb olur. Bəs boşanma zamanı kredit kimin adına rəsmiləşdirilibsə

8 noyabr