"Kommunal xidmətlərin qiyməti ən azı 3 il dondurulmalıdır" - Elşad Məmmədov
"Süni qiymət artımına İqdisadiyyat Nazirliyi tərkibində faəliyyət göstərən qurum nəzarət etməlidir. Hesab edirəm ki, istehlak bazarındakı inhisar meyillərinə, süni qiymət artımlarına onlar baxmalı və bu proseslərin qarşısını mümkün qədər almalıdırlar".
Bu sözləri Sonxeber.az-a açıqlamasında UNEC-in Professoru Elşad Məmmədov deyib.
O bildirib ki, Azərbaycandakı inflyasiyanın, qiymət artımının xeyli hissəsi ölkə iqdisadiyyatının idxaldan aslılığı ilə bağlıdır:
"Düşünürəm ki, biz idxaldan kritik dərəcədə asılıyıq. Dünya bazarındakı qiymət artımı Azərbaycana da təsir edir.
Ona görə də birinci idxaldan asılılığın azaldılması reallaşdırılmalıdır. Bunun üçün biz daha çox istehsal etməliyik. Daha çox istehsal etmək üçün isə iqdisadiyyatımıza daha çox investisiya yatırmalıyıq.
Amma təəssüf ki, Azərbaycanda investisiyaların həcmi, zənnimcə, azalır və bu da kredit siyasəti ilə bağlıdır. Kredit faizləri əlçatmazdır və bütün bunlar idxaldan asılı olmağımıza səbəb olur.
Biz iqdisadi cəhətdən qonşu ölkələrlə inteqrasiyaya getməliyik. Kənd təsərrüfatı istehsalçılarının əsas bazarı olan Bakı bazarına çıxışı kifayət qədər mürəkkəb və məhduddur.
İnhisarçı qurumlar, faktiki olaraq, ticarət şəbəkələrində öz şərtlərini diktə edirlər, nəticədə isə uduzan istehsalçı, alıcı, sonda da dövlət olur.
Ona görə də, ticarət şəbəkələrində inhisar meyillərinin qarşısı alınmalıdır.
Unutmayaq ki, ötən il kommunal xidmətlərin qiymətində xeyli dərəcədə bahalaşma oldu. Bu, 1-2 həftəyə hiss olunmur, bazara tədricən təsir edir.
Suyun, işığın və s. bahalaşması, sözsüz ki, inflyasiyanı artıran amillərdəndir.
Mənə elə gəlir ki, kommunal xidmətlərin qiyməti ən azı 3 il dondurulmalıdır.
Bu məsələlərin reallaşdırılmasına ehtiyac var. Əks halda, xüsusilə idxaldan aslılığımızı azaltmasaq, dünya bazarında baş verən prosesləri nəzərə aldıqda, ərzaqlar bahalaşacaq. Düşünürəm ki, dediklərimi reallaşdırmasaq, inflyasiya kəskin artacaq".
ZAİRA AKİFQIZI
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 4484 Tarix: 18 mart 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Həkim qəbuluna onlayn yazılmaq mümkün olan yeddi tibb müəssisəsi - Siyahı
Səhiyyə sahəsində vətəndaşların tibbi xidmətlərdən istifadəsini asanlaşdırmaq və tibb müəssisələrində yaranan uzun növbələrin qarşısını almaq məqsədilə yeni rəqəmsal sistem tətbiq ediləcək. İlin sonunadək bir sıra tibb müəssisələrində onlayn növbə sisteminin istifadəyə verilməsi nəzərdə tutulur. Bu barəd
8 noyabrADY-nin kollektivi Zəfər abidəsini ziyarət edib
"Azərbaycan Dəmir Yolları" (ADY) QSC-nin kollektivi 8 Noyabr - Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət edib. "Report" xəbər verir ki, Vətən müharibəsində qazanılan tarixi qələbəmizin rəmzi olan Zəfər abidəsinin önünə gül dəstələri düzülüb, Azərbaycanın ərazi bütövlüyü və suverenliy
8 noyabrDekabrda 9 gün iş olmayacaq - TARİXLƏR
2026-cı il üçün iş vaxtı norması və istehsalat təqviminə əsasən, dekabr ayında xüsusi günlə əlaqədar 1 gün qeyri-iş günü olacaq. -ın məlumatına görə, dekabrın 31-i Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür. Həmin tarix həftənin cümə axşamına təsadüf etdiyindən iş və istirahət günlərinin dəyişdirilməs
8 noyabrŞuşanın işğaldan azad olunmasından altı il ötür - Video
Bu gün Şuşanın işğaldan azad olunmasından altı il ötür. Şəhər 2020-ci il noyabrın 8-də Azərbaycan Silahlı Qüvvələrinin Müzəffər Ali Baş Komandanı, Prezident İlham Əliyevin rəhbərliyi altında rəşadətli ordumuz tərəfindən düşmən tapdağından azad olunub. Beləliklə, erməni işğalçılarından təmizlənən şəhəri
8 noyabrBu şəxslər ictimai nəqliyyatla 1 QƏPİYƏ GEDƏCƏKLƏR
TəhsilPlus kartı olan təhsil işçiləri ictimai nəqliyyatda ilk gedişlərini 1 qəpiyə edə biləcəklər. Elm və Təhsil Nazirliyindən -a bildirilib ki, noyabr 2026-cı il tarixindən etibarən TəhsilPlus kartı olan təhsil işçiləri həftəiçi hər gün ictimai nəqliyyatda ilk gedişlərini cəmi 1 qəpiyə həyata keçir
8 noyabrZəfərdən altı il sonra: Qarabağda hansı proseslər gedir? - Video
Baku TV-nin "Yekunlaşdıraq" verilişinin yeni buraxılışı yayımlanıb. Zəfər Günündən altı il sonra Azərbaycanın qazandığı tarixi Qələbə və Böyük Qayıdış prosesi hansı mərhələdədir?. Qarabağ və Şərqi Zəngəzurda aparılan quruculuq işləri, yeni yaşayış məntəqələrinin salınması və iqtisadi layihələ
8 noyabrBoşananda kredit borcu kimə qalır? - ARAŞDIRMA
Azərbaycanda boşanan ailələrin qarşılaşdığı ən ciddi problemlərdən biri kredit borclarının bölüşdürülməsidir. Evlilik dövründə alınan mənzil, avtomobil və digər əmlakın taleyi ilə yanaşı, banklara olan borclar da keçmiş ər-arvad arasında mübahisəyə səbəb olur. Bəs boşanma zamanı kredit kimin adına rəsmiləşdirilibsə
8 noyabr