Azərbaycanlılara hansı köməkliklər göstəriləcək? - AÇIQLAMA - ÖZƏL
Təəssüflər olsun ki, Rusiya və Ukrayna müharibəsi hələ də davam edir. Bununla bağlı ölkə vətəndaşları yaşadıqları yeri tərk etmək məcburiyyətində qalıblar. Lakin ölkədən çıxmaq artıq daha da çətinləşib. Bəs Ukraynadan, Rusiyadan Azərbaycana sığınan yerlilərimizə hansı köməkliklər göstəriləcək?
Mövzu ilə bağlı Sonxeber.az-a Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, millət vəkili Aydın Hüseynov açıqlama verib.
O bildirib ki, Baş nazir də parlamentdə hökumət hesabatında bununla bağlı çıxış edib:
"Bizim həm Ukraynada, həm Rusiyada olan vətəndaşlarımızın müharibə ilə əlaqədar olaraq ölkəyə qayıtmaları üçün işlər görülür. Lakin onların quru yolu ilə gəlməsi çox çətindir. Çünki pandemiya qaydalarına hər bir ölkə riayət edir. Ancaq təyyarə ilə gələ bilərlər. Rusiyadan gələnlər Dağıstandan keçirlər. Onların hava yolu ilə gətirilməsi üçün hökumət konkret tədbirlər görür. Ukrayna ilə bağlı isə bizim Moldaviyada, Ruminiyada, Bolqarıstanda olan səfirliklərimizin, konsulluqlarımızın hər birinin nömrələri mətbuatda, internet səhifələrində verilir ki, ora müraciət etsinlər. Həmin qurumlar vətəndaşlarımızın ölkəyə qayıtması üçün əllərindən gələn köməklikləri edirlər.
Rusiya və yaxud Ukrayna vətəndaşı olan Azərbaycan əsillilər də bu Vətənin insanlarıdır. Azərbaycan onların Vətənidir, Vətənə gələndə onlar üçün də dövlətin imkan çərçivəsində atacağı addımlar var. Hökumətin konkret tədbirlər planı var, onlara qarşı biganə qalınmır. Bütün bu proseslər nəzarətdədir, ölkə başçısının göstərişi ilə maksimal şəkildə tədbirlərin görülməsi üçün müvafiq tapşırıqlar verilib".
Aysel SƏFƏRZADƏ
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1451 Tarix: 18 mart 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Həkim qəbuluna onlayn yazılmaq mümkün olan yeddi tibb müəssisəsi - Siyahı
Səhiyyə sahəsində vətəndaşların tibbi xidmətlərdən istifadəsini asanlaşdırmaq və tibb müəssisələrində yaranan uzun növbələrin qarşısını almaq məqsədilə yeni rəqəmsal sistem tətbiq ediləcək. İlin sonunadək bir sıra tibb müəssisələrində onlayn növbə sisteminin istifadəyə verilməsi nəzərdə tutulur. Bu barəd
8 noyabrADY-nin kollektivi Zəfər abidəsini ziyarət edib
"Azərbaycan Dəmir Yolları" (ADY) QSC-nin kollektivi 8 Noyabr - Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət edib. "Report" xəbər verir ki, Vətən müharibəsində qazanılan tarixi qələbəmizin rəmzi olan Zəfər abidəsinin önünə gül dəstələri düzülüb, Azərbaycanın ərazi bütövlüyü və suverenliy
8 noyabrDekabrda 9 gün iş olmayacaq - TARİXLƏR
2026-cı il üçün iş vaxtı norması və istehsalat təqviminə əsasən, dekabr ayında xüsusi günlə əlaqədar 1 gün qeyri-iş günü olacaq. -ın məlumatına görə, dekabrın 31-i Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür. Həmin tarix həftənin cümə axşamına təsadüf etdiyindən iş və istirahət günlərinin dəyişdirilməs
8 noyabrŞuşanın işğaldan azad olunmasından altı il ötür - Video
Bu gün Şuşanın işğaldan azad olunmasından altı il ötür. Şəhər 2020-ci il noyabrın 8-də Azərbaycan Silahlı Qüvvələrinin Müzəffər Ali Baş Komandanı, Prezident İlham Əliyevin rəhbərliyi altında rəşadətli ordumuz tərəfindən düşmən tapdağından azad olunub. Beləliklə, erməni işğalçılarından təmizlənən şəhəri
8 noyabrBu şəxslər ictimai nəqliyyatla 1 QƏPİYƏ GEDƏCƏKLƏR
TəhsilPlus kartı olan təhsil işçiləri ictimai nəqliyyatda ilk gedişlərini 1 qəpiyə edə biləcəklər. Elm və Təhsil Nazirliyindən -a bildirilib ki, noyabr 2026-cı il tarixindən etibarən TəhsilPlus kartı olan təhsil işçiləri həftəiçi hər gün ictimai nəqliyyatda ilk gedişlərini cəmi 1 qəpiyə həyata keçir
8 noyabrZəfərdən altı il sonra: Qarabağda hansı proseslər gedir? - Video
Baku TV-nin "Yekunlaşdıraq" verilişinin yeni buraxılışı yayımlanıb. Zəfər Günündən altı il sonra Azərbaycanın qazandığı tarixi Qələbə və Böyük Qayıdış prosesi hansı mərhələdədir?. Qarabağ və Şərqi Zəngəzurda aparılan quruculuq işləri, yeni yaşayış məntəqələrinin salınması və iqtisadi layihələ
8 noyabrBoşananda kredit borcu kimə qalır? - ARAŞDIRMA
Azərbaycanda boşanan ailələrin qarşılaşdığı ən ciddi problemlərdən biri kredit borclarının bölüşdürülməsidir. Evlilik dövründə alınan mənzil, avtomobil və digər əmlakın taleyi ilə yanaşı, banklara olan borclar da keçmiş ər-arvad arasında mübahisəyə səbəb olur. Bəs boşanma zamanı kredit kimin adına rəsmiləşdirilibsə
8 noyabr