Məişət zorakılığına məruz qalanlar nə edə bilər? - AÇIQLAMA - ÖZƏL
Son dövrlər sayı gündən-günə artmaqda olan qadınlara, qız uşaqlarına qarşı zorakılıqlar dəhşətli hal almağa başlayıb. Bəs bununla bağlı dövlət hansı tədbirlər görür?
Mövzuyla əlaqədar Sonxeber.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin rəhbəri Murad Həşimov açıqlama verib.
O bildirib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyi məişət zorakılığından əziyyət çəkən insanlar üçün də xüsusi fəaliyyətlə məşğuldur:
"Təəssüf ki, cəmiyyətdə müxtəlif hadisələr baş verir. Yəni tək qadın yox, bəzən kişi zorakılığı da ola bilər və təbii ki, mən istənilən zorakılıq hallarına qarşıyam. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyinin həssas əhali qrupundan olan şəxslər üçün sığınacaq və sosial reabitilasiya müəssisəsi var. Burada məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı bir şöbə var, 2021-ci ilin iyul ayından fəaliyyət göstərir. Həmin şöbədə məhz bu formada zərər görən şəxslərin reabitilasiyası, cəmiyyətə qazandırılması həyata keçirilir.
İnsanlar birbaşa hüquq mühafizə orqanlarına və ya digər qeyri-hökumət təşkilatlarına müxtəlif formada müraciət edə bilərlər. Yetər ki, biz hadisələrdən xəbər tutandan sonra onlara əl tutmaq niyyətimizi qəbul etsinlər, biz də dəstək göstərə bilək.
Qeyd edim ki, Sosial Xidmətlər Agentliyinin "116123" - Qayğı Çağrı Mərkəzi fəaliyyətə başlayıb.
Bununla bağlı mərkəz aşağıda qeyd olunan istiqamətlər üzrə fəaliyyət göstərir:
- Agentlik tərəfindən göstərilən sosial xidmətlər və müəssisələrə qəbul ilə bağlı məlumatlandırma
- Məişət zorakılığına məruz qalmış şəxslərə dəstək xətti
- Uşaq Çağrı Xətti
- Onlayn psixoloji dəstək".
Aysel SƏFƏRZADƏ
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1463 Tarix: 18 mart 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Həkim qəbuluna onlayn yazılmaq mümkün olan yeddi tibb müəssisəsi - Siyahı
Səhiyyə sahəsində vətəndaşların tibbi xidmətlərdən istifadəsini asanlaşdırmaq və tibb müəssisələrində yaranan uzun növbələrin qarşısını almaq məqsədilə yeni rəqəmsal sistem tətbiq ediləcək. İlin sonunadək bir sıra tibb müəssisələrində onlayn növbə sisteminin istifadəyə verilməsi nəzərdə tutulur. Bu barəd
8 noyabrADY-nin kollektivi Zəfər abidəsini ziyarət edib
"Azərbaycan Dəmir Yolları" (ADY) QSC-nin kollektivi 8 Noyabr - Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət edib. "Report" xəbər verir ki, Vətən müharibəsində qazanılan tarixi qələbəmizin rəmzi olan Zəfər abidəsinin önünə gül dəstələri düzülüb, Azərbaycanın ərazi bütövlüyü və suverenliy
8 noyabrDekabrda 9 gün iş olmayacaq - TARİXLƏR
2026-cı il üçün iş vaxtı norması və istehsalat təqviminə əsasən, dekabr ayında xüsusi günlə əlaqədar 1 gün qeyri-iş günü olacaq. -ın məlumatına görə, dekabrın 31-i Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür. Həmin tarix həftənin cümə axşamına təsadüf etdiyindən iş və istirahət günlərinin dəyişdirilməs
8 noyabrŞuşanın işğaldan azad olunmasından altı il ötür - Video
Bu gün Şuşanın işğaldan azad olunmasından altı il ötür. Şəhər 2020-ci il noyabrın 8-də Azərbaycan Silahlı Qüvvələrinin Müzəffər Ali Baş Komandanı, Prezident İlham Əliyevin rəhbərliyi altında rəşadətli ordumuz tərəfindən düşmən tapdağından azad olunub. Beləliklə, erməni işğalçılarından təmizlənən şəhəri
8 noyabrBu şəxslər ictimai nəqliyyatla 1 QƏPİYƏ GEDƏCƏKLƏR
TəhsilPlus kartı olan təhsil işçiləri ictimai nəqliyyatda ilk gedişlərini 1 qəpiyə edə biləcəklər. Elm və Təhsil Nazirliyindən -a bildirilib ki, noyabr 2026-cı il tarixindən etibarən TəhsilPlus kartı olan təhsil işçiləri həftəiçi hər gün ictimai nəqliyyatda ilk gedişlərini cəmi 1 qəpiyə həyata keçir
8 noyabrZəfərdən altı il sonra: Qarabağda hansı proseslər gedir? - Video
Baku TV-nin "Yekunlaşdıraq" verilişinin yeni buraxılışı yayımlanıb. Zəfər Günündən altı il sonra Azərbaycanın qazandığı tarixi Qələbə və Böyük Qayıdış prosesi hansı mərhələdədir?. Qarabağ və Şərqi Zəngəzurda aparılan quruculuq işləri, yeni yaşayış məntəqələrinin salınması və iqtisadi layihələ
8 noyabrBoşananda kredit borcu kimə qalır? - ARAŞDIRMA
Azərbaycanda boşanan ailələrin qarşılaşdığı ən ciddi problemlərdən biri kredit borclarının bölüşdürülməsidir. Evlilik dövründə alınan mənzil, avtomobil və digər əmlakın taleyi ilə yanaşı, banklara olan borclar da keçmiş ər-arvad arasında mübahisəyə səbəb olur. Bəs boşanma zamanı kredit kimin adına rəsmiləşdirilibsə
8 noyabr