Qocalmaq qorxusu, yoxsa gözəl görünmək ? - ÖZƏL

Qocalmaq qorxusu, yoxsa gözəl görünmək ? - ÖZƏLDolğu maddələri qırışların müalicəsində, üzdə həcm artımına ehtiyac olan yerlərdə, çökəkliklərin müalicəsində istifadə edilən, bədənə uyumlu, sintetik olaraq hazırlanan maddələrdir.

Ölkəmizdə də dolğu üçün müraciət edənlərin sayı artmaqdadır.

Sonxeber.az-ın sorğusunu cavablandıran kosmetoloq Nərgiz İsmayılova bildirib ki, dolğunun müsbət cəhətlərindən biri yaş məhdudiyyətinin olmamasıdır.

Qocalmaq qorxusu, yoxsa gözəl görünmək ? - ÖZƏL"Dolğu üçün istənilən yaşda olanlar müraciət edirlər. Məsələn, gözaltı işıq dolğusunu hətta 16-17 yaşında olanlara da edirik. 22-25 yaşlarında olanlara, əgər dodaqlarının həcmi kiçikdirsə, dodaq dolğusu edilir".

Bəs yaşlı insanlar dolğunu nə üçün etdirirlər? Qocalıqla barışmamaq, daha gənc görünmək, komplekslərdən azad olmaq üçün yoxsa...?

Kosmetoloq bildirir ki, illər keçdikcə insanın üz quruluşunda müəyyən dəyişikliklər baş verir:

"Yaşla bağlı həm sümüklər kiçikləşir, həm də əzələlər atrofiyaya uğrayır. İnsan güzgüyə baxır və görür ki, üzündə, göz yaşı çuxurunda, çökəkliklər əmələ gəlib, dodaqların həcmi kiçilib, gicgah nahiyəsində həcmi dəyişib. Ona görə də, 45 yaşından yuxarı xanımlar özünü gənc görmək istəyirsə, əvvəlki görünüşünü geri qaytarmaq isəyirsə, o zaman yalnız dolğular deyil, kompleks müalicələr edilir.

Bəzən elə gənc xanımlar olur ki, onlar həddindən artıq kompleks yaşayırlar. Amma elə yaşlı xanımlar da olur ki, onlar dolğu və ya müxtəlif prosedurları komplekslə bağlı deyil, gözəl, baxımlı görünməkləri üçün edirlər.

Əgər 60 yaşlı bir xanım öz 30 yaşındakı şəklini gətirib yenidən həmin şəkildəki kimi olmaq istəyirsə, təbii ki, ilk növbədə pasiyentlə danışıb onu başa salırıq ki, hər yaşın öz gözəlliyi var. Maraqlanırıq ki, gənc görünmək istəyirlər, yoxsa gözəl? Buna cavab olaraq da müəyyən prosedurlar tətbiq olunur".

Aygün Osmanlı


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1627   Tarix: 18 mart 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Həkim qəbuluna onlayn yazılmaq mümkün olan yeddi tibb müəssisəsi - Siyahı

Səhiyyə sahəsində vətəndaşların tibbi xidmətlərdən istifadəsini asanlaşdırmaq və tibb müəssisələrində yaranan uzun növbələrin qarşısını almaq məqsədilə yeni rəqəmsal sistem tətbiq ediləcək. İlin sonunadək bir sıra tibb müəssisələrində onlayn növbə sisteminin istifadəyə verilməsi nəzərdə tutulur. Bu barəd

8 noyabr
.

ADY-nin kollektivi Zəfər abidəsini ziyarət edib

"Azərbaycan Dəmir Yolları" (ADY) QSC-nin kollektivi 8 Noyabr - Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət edib. "Report" xəbər verir ki, Vətən müharibəsində qazanılan tarixi qələbəmizin rəmzi olan Zəfər abidəsinin önünə gül dəstələri düzülüb, Azərbaycanın ərazi bütövlüyü və suverenliy

8 noyabr
.

Dekabrda 9 gün iş olmayacaq - TARİXLƏR

2026-cı il üçün iş vaxtı norması və istehsalat təqviminə əsasən, dekabr ayında xüsusi günlə əlaqədar 1 gün qeyri-iş günü olacaq. -ın məlumatına görə, dekabrın 31-i Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür. Həmin tarix həftənin cümə axşamına təsadüf etdiyindən iş və istirahət günlərinin dəyişdirilməs

8 noyabr
.

Dövlət rəsmiləri Zəfər parkında şəhidlərin xatirəsini anırlar - YENİLƏNİB+Foto/Video

8 Noyabr - Zəfər Günü münasibətilə Azərbaycan Respublikası Ali Məhkəməsinin və Məhkəmə-Hüquq Şurasının kollektivi Zəfər parkını ziyarət edib. xəbər verir ki, ziyarətçilər parkdakı Zəfər abidəsinin önünə gül dəstələri düzüb, Vətənimizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidləri

8 noyabr
.

Şuşanın işğaldan azad olunmasından altı il ötür - Video

Bu gün Şuşanın işğaldan azad olunmasından altı il ötür. Şəhər 2020-ci il noyabrın 8-də Azərbaycan Silahlı Qüvvələrinin Müzəffər Ali Baş Komandanı, Prezident İlham Əliyevin rəhbərliyi altında rəşadətli ordumuz tərəfindən düşmən tapdağından azad olunub. Beləliklə, erməni işğalçılarından təmizlənən şəhəri

8 noyabr
.

Üçrəngli bayrağımız - müstəqilliyimizin və milli qürurumuzun simvolu - KÖŞƏ YAZISI

Bayraq sadəcə bir dövlətin rəmzi deyil. O, bir xalqın tarixini, milli kimliyini, azadlıq arzusunu və gələcəyə olan inamını özündə birləşdirir. Azərbaycan bayrağı da xalqımızın keçdiyi çətin və şərəfli yolun, müstəqillik uğrunda mübarizəsinin ən böyük simvollarından biridir. Hər il noyabrın 9-da qey

8 noyabr
.

Bu şəxslər ictimai nəqliyyatla 1 QƏPİYƏ GEDƏCƏKLƏR

TəhsilPlus kartı olan təhsil işçiləri ictimai nəqliyyatda ilk gedişlərini 1 qəpiyə edə biləcəklər. Elm və Təhsil Nazirliyindən -a bildirilib ki, noyabr 2026-cı il tarixindən etibarən TəhsilPlus kartı olan təhsil işçiləri həftəiçi hər gün ictimai nəqliyyatda ilk gedişlərini cəmi 1 qəpiyə həyata keçir

8 noyabr
.

Zəfərdən altı il sonra: Qarabağda hansı proseslər gedir? - Video

Baku TV-nin "Yekunlaşdıraq" verilişinin yeni buraxılışı yayımlanıb. Zəfər Günündən altı il sonra Azərbaycanın qazandığı tarixi Qələbə və Böyük Qayıdış prosesi hansı mərhələdədir?. Qarabağ və Şərqi Zəngəzurda aparılan quruculuq işləri, yeni yaşayış məntəqələrinin salınması və iqtisadi layihələ

8 noyabr
.

Boşananda kredit borcu kimə qalır? - ARAŞDIRMA

Azərbaycanda boşanan ailələrin qarşılaşdığı ən ciddi problemlərdən biri kredit borclarının bölüşdürülməsidir. Evlilik dövründə alınan mənzil, avtomobil və digər əmlakın taleyi ilə yanaşı, banklara olan borclar da keçmiş ər-arvad arasında mübahisəyə səbəb olur. Bəs boşanma zamanı kredit kimin adına rəsmiləşdirilibsə

8 noyabr