Bakıda azyaşlı bacısı qızını diləndirən şəxs TUTULDU
Nəsimi rayonunda himayəsində olan azyaşlı bacısı qızını dilənçiliyə məcbur edən şəxs saxlanılıb.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, azyaşlını dilənçiliyə sövq edən əvvəllər məhkum olunmuş Yevlax rayon sakini Pərviz Bədəlov saxlanılaraq Nəsimi Rayon Polis İdarəsinə gətirilib.
Araşdırma zamanı azyaşlının faktiki olaraq valideyn himayəsindən məhrum olduğu, eləcə də həyat və sağlamlığı üçün ciddi təhlükə yarandığı müəyyən edilib. Azyaşlı müvafiq dövlət qurumlarının iştirakı ilə müvəqqəti sığınacağa yerləşdirilib.
Pərviz Bədəlov barəsində Nəsimi RPİ-də araşdırmalar davam etdirilir.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 2031 Tarix: 18 mart 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Sosial şəbəkədə qadınlarla yazışdı, qısqanan arvadını döydü - Məhkəmə qərarı
Masallı rayonunda ailə-məişət zəminində baş vermiş mübahisə zamanı arvadına xəsarət yetirən şəxsə hökm oxunub. Qaynarinfo-nun məlumatına görə, məhkəmənin araşdırması zamanı müəyyən edilib ki, hadisə 2026-cı ildə Masallı rayonunun Lürən kəndində yerləşən, zərərçəkmiş şəxsin mərhum atasına məxsus evd
22 sentyabrŞəhidlərin qanı ilə yazılan Zəfər - KÖŞƏ YAZISI
Elə tarixlər var ki, təqvimdəki adi gün olmaqdan çıxaraq xalqın taleyinə yazılır. 27 Sentyabr Azərbaycan üçün belə bir tarixdir. Bu gün qəlbimizdə hüznlə qürur, göz yaşları ilə fəxarət yanaşı dayanır. Şəhidlərimizin xatirəsi qarşısında baş əyir, onların müqəddəs fədakarlığını ehtiramla yad edir, qanlar
22 sentyabr