Mədəniyyətin unudulduğu mədəniyyət evi ilə bağlı tapşırıq verildi - YENİLƏNİB + VİDEO
"Mədəniyyət evindəki biabırçılığın aradan qaldırılması üçün təlimat verilib".
Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Mədəniyyət Nazirliyindən məlumat verilib.
Nazirlik yayılan görüntülərin həqiqətən də Abşeron Rayon Mədəniyyət Evində çəkildiyini təsdiq edib:
"Təəssüf ki, belə bir mənzərə ortaya çıxıb. Abşeron Rayon Mədəniyyət Evi Sumqayıt Şəhər Mədəniyyət İdarəsinə tabedir. Yayılan görüntülər əsasında aidiyyəti üzrə təlimatlar verilib. Artıq Abşeron Rayon Mədəniyyət evinin sanitar qovşağındakı anti-sanitar vəziyyətin aradan qaldırılması istiqamətində təmir işlərinə başlanılıb".
10:44
Mədəniyyət evində ürəkbulandıran, mədəniyyətdən uzaq mənzərə hökm sürür.
Oxu.Az xəbər verir ki, söhbət Abşeron Rayon Mədəniyyət Mərkəzidir. Videogörüntüləri sosial şəbəkədə tanınmış nitq təlimçisi Cəlalə Nəzəroğlu paylaşıb.
Paylaşımda oğlunun tədbiri ilə əlaqədar sözügedən Abşeron Rayon Mədəniyyət Mərkəzinə getdiyini qeyd edən C.Nəzəroğlu deyib ki, sanitar qovşağın kəskin qoxusu ətrafa yayılıb:
"Bu gün oğlumun tədbiri var idi. Onun təbii ehtiyacı gələndə heç kimdən tualetin yerini soruşmadım. Çünki yuxarı mərtəbəyə qədər qoxusu yayılırdı. Aşağı düşəndə qoxu artdı və asanlıqla tapdıq. Mədəniyyət elə ən birinci təmizlikdən başlayır.
Görəsən, nə hikmətdir ki, ölkədə olan dövlət müəssisələrinin, o cümlədən, orta və ali məktəblərin sanitar qovşaqlarında eyni üfunət dolu mənzərə var. Bakıda və bölgələrdə onlarla dövlət məktəbində, dövlət qurumunda olmuşam, vəziyyət eynidir. Ayaqyoluna qarşı belə barmaqarası münasibət nədən qaynaqlanır? Görəsən, o "mədəniyyət" mərkəzinə məsul olanların təmizlik mədəniyyəti haqqında anlayışı necədir? Özləri istifadə edirlərmi? Yoxsa bəzi yerlərdə olduğu kimi, burada da xüsusi "mühafizə olunan", açarla açılıb-bağlanan ayaqyolu var?
Hər şeyi dövlətdən gözləmək olmaz! Dövlət belə mərkəzlərin saxlanılmasına ildə milyonlarla manat vəsait ayırır. Daha bilmir ki, ən vacib məsələ belə gözardı edilir. Pandemiya kəsilər, amma belə mikrob yuvası olan yerlərdən yayılan xəstəliklər heç vaxt kəsilməz".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 922 Tarix: 19 mart 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Həkim qəbuluna onlayn yazılmaq mümkün olan yeddi tibb müəssisəsi - Siyahı
Səhiyyə sahəsində vətəndaşların tibbi xidmətlərdən istifadəsini asanlaşdırmaq və tibb müəssisələrində yaranan uzun növbələrin qarşısını almaq məqsədilə yeni rəqəmsal sistem tətbiq ediləcək. İlin sonunadək bir sıra tibb müəssisələrində onlayn növbə sisteminin istifadəyə verilməsi nəzərdə tutulur. Bu barəd
8 noyabrADY-nin kollektivi Zəfər abidəsini ziyarət edib
"Azərbaycan Dəmir Yolları" (ADY) QSC-nin kollektivi 8 Noyabr - Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət edib. "Report" xəbər verir ki, Vətən müharibəsində qazanılan tarixi qələbəmizin rəmzi olan Zəfər abidəsinin önünə gül dəstələri düzülüb, Azərbaycanın ərazi bütövlüyü və suverenliy
8 noyabrDekabrda 9 gün iş olmayacaq - TARİXLƏR
2026-cı il üçün iş vaxtı norması və istehsalat təqviminə əsasən, dekabr ayında xüsusi günlə əlaqədar 1 gün qeyri-iş günü olacaq. -ın məlumatına görə, dekabrın 31-i Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür. Həmin tarix həftənin cümə axşamına təsadüf etdiyindən iş və istirahət günlərinin dəyişdirilməs
8 noyabrŞuşanın işğaldan azad olunmasından altı il ötür - Video
Bu gün Şuşanın işğaldan azad olunmasından altı il ötür. Şəhər 2020-ci il noyabrın 8-də Azərbaycan Silahlı Qüvvələrinin Müzəffər Ali Baş Komandanı, Prezident İlham Əliyevin rəhbərliyi altında rəşadətli ordumuz tərəfindən düşmən tapdağından azad olunub. Beləliklə, erməni işğalçılarından təmizlənən şəhəri
8 noyabrBu şəxslər ictimai nəqliyyatla 1 QƏPİYƏ GEDƏCƏKLƏR
TəhsilPlus kartı olan təhsil işçiləri ictimai nəqliyyatda ilk gedişlərini 1 qəpiyə edə biləcəklər. Elm və Təhsil Nazirliyindən -a bildirilib ki, noyabr 2026-cı il tarixindən etibarən TəhsilPlus kartı olan təhsil işçiləri həftəiçi hər gün ictimai nəqliyyatda ilk gedişlərini cəmi 1 qəpiyə həyata keçir
8 noyabrZəfərdən altı il sonra: Qarabağda hansı proseslər gedir? - Video
Baku TV-nin "Yekunlaşdıraq" verilişinin yeni buraxılışı yayımlanıb. Zəfər Günündən altı il sonra Azərbaycanın qazandığı tarixi Qələbə və Böyük Qayıdış prosesi hansı mərhələdədir?. Qarabağ və Şərqi Zəngəzurda aparılan quruculuq işləri, yeni yaşayış məntəqələrinin salınması və iqtisadi layihələ
8 noyabrBoşananda kredit borcu kimə qalır? - ARAŞDIRMA
Azərbaycanda boşanan ailələrin qarşılaşdığı ən ciddi problemlərdən biri kredit borclarının bölüşdürülməsidir. Evlilik dövründə alınan mənzil, avtomobil və digər əmlakın taleyi ilə yanaşı, banklara olan borclar da keçmiş ər-arvad arasında mübahisəyə səbəb olur. Bəs boşanma zamanı kredit kimin adına rəsmiləşdirilibsə
8 noyabr