Ərzaq təminatı ilə bağlı mühüm qərar: Dekabrın 31-dək... - VİDEO
Baş nazir zəruri ərzaq məhsullarının və onların istehsalında istifadə olunan malların ölkədən çıxarılmasını tənzimləyəcək qərar imzalayıb. Yeni qərarla zəruri qida və digər bəzi məhsulların ixracı xüsusi icazə ilə mümkün olacaq. Ekspertlər deyirlər ki, Azərbaycanda ərzaq məhsullarının təminatında problem yoxdur və hazırda anbarlarda, eləcə də bazarlarda bolluqdur. Hökumət sadəcə bu qərarla qabaqlayıcı tədbir görmüş oldu. Yəni əsas məsələ xaricdən asılılığı azaltmaqla, daxili bazarda bolluq yaratmaq və qiymət artımının qarşısını almaqdır.
Minimum istehlak səbətinin tərkibinə daxil olan bir sıra əsas ərzaq mallarının ölkədən çıxarılması bundan sonra tənzimlənəcək. Bununla bağlı Baş nazir qərar imzalayıb. Qərara əsasən diri iri və xırdabuynuzlu mal-qara, onların əti, toyuq əti və məhsulları, qatılaşdırılmış süd və qaymaq, yağlar, dənli bitkilər, körpə uşaqlar üçün yeməklər, makaron məhsulları və heyvanlar üçün hazır yemlərin ölkədən çıxarılması İqtisadiyyat Nazirliyinin müsbət rəyi əsasında mümkün olacaq.
İqtisadçı ekspert Xalid Kərimli deyir ki, bundan sonra bu qərarla müəyyən edilən ərzaq mallarının başqa ölkəyə aparılmasına Azərbaycanda mövcud olan ehtiyatlar və əhalinin müvafiq mallar ilə qısamüddətli dövrdə təminatı ilə bağlı proqnoz əsas götürülməklə icazə veriləcək. Baş verən geosiyasi proseslər səbəbindən dünya bazarlarında əsas ərzaq mallarının qiymətlərinin artması fonunda hökümətin belə bir qabaqlayıcı addım atması təqdirə layiqdir. Hökümətin bu qərarı xarici asılılığı azaltmaqla daxili bazarı qoruyacaq, potensial qiymət artımını önləyəcək və yaranabiləcək problemləri indidən qabaqlayacaq.
Ekspert deyir ki, hökümət əsas ərzaq məhsullarının təminatı üçün bu zəruri addımı atmaqla daxildə məhsul bolluğunu tam təmin edəcək
Xalid Kərimli bildirir ki, bu qərar -məhsulların ixracını qadağan etmir, sadəcə zəruri qida məhsullarının ixracına nəzarət mexanizmi yaradır. Bununla da daxili bazarda vəziyyəti vaxtında tənzimləmək, zəruri qərarlar qəbul etmək mümkün olacaq..
Qərara əsasən bu siyahıya daxil olan malların ölkədən aparan şəxs malların növü, həcmi, təyinat ölkəsi, istehsal həcmi barədə məlumatları İqtisadiyyat Nazirliyinə təqdim etməlidir. Nazirlik müraciətə 5 iş günü müddətində baxır. Nazirliyin müsbət rəyi malın həcmi və müvafiq malların ölkədə mövcud olan ehtiyatları nəzərə alınmaqla, həmin malların yerli təchizata mənfi təsiri proqnozlaşdırılmadığı halda təqdim edilir. Müsbət rəyin təqdim edilməsindən imtina olunduğu halda, bu barədə müraciət edən şəxsə əsaslandırılmış imtina məktubu təqdim edilir.
Qərar bu il dekabrın 31-dək qüvvədədir.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Facebookda PaylaşBu məhsulun qiyməti kəskin ucuzlaşdı - 30 qəpik oldu
İmişli rayonunda xurmanın yığımına başlanılıb. "Report"a istinadən xəbər verir ki, bu barədə fermerlərməlumat veriblər. Onların sözlərinə görə, bu il məhsul həmişəki kimi boldur. Belə ki, hər ağacdan 40 kq-a yaxın məhsul toplanır. Lakin məhsulun alış qiyməti fermerləri qane etmir:. "Həmiş
6 noyabrBu şəxslərə 6 min manat veriləcək
"Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında" Qanuna təklif edilən dəyişikliklərə əsasən, bu kateqoriya vətəndaşlarımıza ilk dəfə işə düzələn zaman 6 min manat birdəfəlik müavinət veriləcək. "Qafqazinfo" xəbər verir ki, bu barəd
4 oktyabrAzərbaycanda "1000 manat"lıq pul dövriyəyə buraxılır? - AÇIQLAMA
Bildiyimiz kimi, Azərbaycan Respublikası Prezidenti tərəfindən 7 fevral 2005-ci il tarixdə "Azərbaycan Respublikasında pul nişanlarının nominal dəyərinin və qiymətlər miqyasının dəyişdirilməsi (denominasiyası) haqqında" imzalanmış fərmana uyğun olaraq 2006-cı il yanvarın 1-dən etibarən yen
15 oktyabrAzərbaycanda bu siqaretin qiyməti artdı (SƏBƏB)
Azərbaycanda bəzi siqaretlərin qiymətində yeni artım baş verib. Qaynarinfo-nun məlumatına görə, bu gündən etibarən "LD Compact" (Ballı) markalı siqaretin qiyməti 20 qəpik bahalaşıb. İndiyə qədər alıcılara 3 manat 40 qəpiyə təklif olunan bu siqaretin yeni qiyməti 3 manat 60 qəpikdir. Bu artım
21 oktyabrAzərbaycandan bu ölkəyə bir kiloqramı 17 manata qarpız satılır
Cari ilin yanvar-sentyabr aylarında Azərbaycandan xarici ölkələrdən 8 min 968 ton miqdarında qarpız satılıb. rəsmi məlumatlara istinadən xəbər verir ki, bu miqdarda məhsul ixracından əldə olunan gəlirin həcmi 4 milyon 237 min 670 ABŞ dolları təşkil edib. İxrac olunan qarpızın bir kiloqramının orta qiymət
2 dekabrQızıl ucuzlaşdı - VİDEO
Dünya bazarında ucuzlaşma pərakəndə satış nöqtələrinə də təsirsiz ötüşməyib. Satıcılar bildiriblər ki, son bir həftə ərzində qızılın qiyməti ucuzlaşıb. Ölkə.az Xəzər TV-yə istinadən bildirir ki, qızılın qramında 8 manat ucuzlaşma müşahidə edilib. Hazırda əldən alınma qızılın dəyəri 120 manatdan 90 manat
13 noyabrAzərbaycandan Avropaya nə qədər qaz ixrac olunub? - RƏQƏMLƏR
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycandan Avropaya 9,4 milyard kubmetr qaz ixrac olunub. Qaynarinfo xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov "X" sosial şəbəkəsindəki hesabında bildirib. Məlumata görə, bu aylar ərzində Türkiyəyə 7,3 milyard kubmetr, Gürcüstana isə 1,7 milyar
14 oktyabrCOP29-da yalnız onlar pulsuz qida ilə təmin olunacaq
"COP29-un keçiriləcəyi məkan müəyyənləşdikdən sonra Bakı Stadionunda üç yeni mətbəxin qurulmasına start verdik". APA-ya istinadən xəbər verir ki, bunu COP29 üzrə Keyterinq, Təmizlik və Tullantıların Təmizlənməsi Dempartmentinin şöbə müdiri Anar Zeynalov jurnalistlərə açıqlamasında deyib.
31 oktyabr