Metroda yatan qadını tanımadığı şəxs yandıraraq öldürüb - VİDEO
Nyu Yorkda dəhşətli hadisə baş verib. Metroda yatan müdafiəsiz qadın tanımadığı şəxs tərəfindən yandırılaraq öldürülüb.
Sonxeber.az xarici mediaya istinadən xəbər verir ki, hadisə bazar günü səhər saatlarında Bruklin şəhərindəki Coney Island metro stansiyasında baş verib. Qvatemaladan olan mühacir olduğu müəyyən edilən şübhəli şəxs metro vaqonunda yatan qadına yaxınlaşaraq alışqanla yandırıb.
Yaxınlıqda olan növbətçi polis əməkdaşları tüstünü görüb müdaxilə edib, lakin təəssüf ki, qadını xilas etmək mümkün olmayıb və o, hadisə yerində dünyasını dəyişib.
Nyu York Polis Departamentinin (NYPD) komissarı Jessica Tisch bu vəhşi qətli "insan övladının edə biləcəyi ən dəhşətli cinayətlərdən biri" kimi qiymətləndirdi. Təhlükəsizlik kamerası görüntülərində şübhəlinin sakitcə qadının yanmasını izlədiyi görünür.
Maraqlıdır ki, şübhəli şəxs hadisədən sonra stansiyada qalıb və skamyada oturub. Hadisəni araşdıran polis onu sadəcə olaraq platformanın ərazisini boşaltmaq üçün aparıb, onun şübhəli olduğunu anlamayıb.
Daha sonra 3 orta məktəb şagirdi polisə müraciət edərək, şübhəli şəxsi başqa metro stansiyasında gördüklərini bildiriblər. Polis həmin şəxsi Herald Meydanında başqa metroda yaxalayıb. O, hadisə zamanı geyindiyi paltarı geyinib və cibindən alışqan tapılıb.
Müəyyən edilib ki, şübhəli şəxs 2018-ci ildə ABŞ-a daxil olub və Arizona ştatında sərhəd patrul xidməti tərəfindən saxlanılıb. Nyu-Yorkda əvvəllər heç bir cinayət qeydi olmayıb. Polis hücumçunun qurbanı tanımadığını və bunun təsadüfi hücum olduğunu düşünür.
NYPD komissarı, şübhəlini görən və polisə xəbər verən cəsur lisey şagirdlərinə xüsusilə təşəkkür etdi.
Vüsalə İbrahimli
Sonxeber.az
Telegramda izləyin
Hadisə Baxılıb: 2995 Tarix: 23 dekabr 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bakıda əfqanıstanlı kişi 14 yaşlı qıza seksual zorakılıq etdi - MƏHKƏMƏ
Bakıda Əfqanıstan İslam Respublikasının vətəndaşı Rahimi Mahdinin cinayət işi üzrə məhkəmə prosesi keçirilib. xəbər verir ki, işə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim İradə Həsənzadənin sədrliyi ilə baxılıb. Prosesdə zərərçəkmiş ifadələri dinlənilib. Zərərçəkmişlər ifadələrində bildiriblər ki, 1989-c
17 sentyabr 2021Övladlarını çayın kənarına tərk etdilər - FOTO
ABŞ-da çayın kənarında tərk edilmiş iki azyaşlı tapılıb. unikal.org-a istinadən xəbər verir ki, Rio-Grande çayında ətrafı yoxlayan mühafizəçilər kolların arasına tərk edilmiş 3 aylıq oğlan və 2 yaşlı qız uşağını tapıblar. Onların kim və ya kimlər tərəfindən əraziyə gətirildiyi məlum deyil. Maraqlıs
16 sentyabr 2021Tanışını döyə-döyə öldürdü
Bakıda tanışını döyərək öldürən şəxs saxlanılıb. Xətai rayon prokurorluğundan -a bildirilib ki, sentyabrın 15-də paytaxtın Xətai rayonu ərazisində 1994-cü il təvəllüdlü Hüseyn Hüseynovun almış olduğu xəsarətlər nəticəsində 3 saylı Şəhər Kliniki Xəstəxanasında ölməsi barədə rayon prokurorluğuna məluma
16 sentyabr 2021Nazir daha bir rəis təyin etdi
Daxili işlər orqanlarında yeni təyinat olub. xəbər verir ki, bununla bağlı daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb. Əmrə əsasən, Sabunçu Rayon Polis İdarəsinin (RPİ) 42-ci Polis Bölməsinin rəisi polis polkovnik- leytenantı Azər Məmmədov vəzifəsindən azad olunaraq, Nərimano
11 sentyabr 2021Gəncədəki dəhşətli qəzanın görüntüləri - VİDEO
Gəncədə ağır yol qəzası baş verib. Qaynarinfo xəbər verir ki, hadisə nəticəsində iki nəfər yaralanıb. Qəza Böyük Bazarın yaxınlığında baş verib. Olayın görüntüləri sosial şəbəkələrdə yayılıb. Hadisənin təfərrüatları bəlli deyil. Olay barədə rəsmi məlumat da yoxdur. Videodan aydın görünür ki, qəzaya yüksə
17 sentyabr 2021Biləsuvarda buğa məktəb direktorunun qabırğasını sındırdı
Biləsuvar rayonunda 7 il bəslədiyi buğa direktor müavinini xəstəxanalıq edib. -a istinadən xəbər verir ki, hadisə rayonun Aşağı Cürəli kəndində məktəb direktoru Alim Hacıyevin yaşadığı ünvanda olub. Hacıyev həyətyanı sahədəki təssərrüfatında mal-qaraya qulluq edərkən buğa ona qəfil hücum edib. Nəticəd
18 sentyabr 2021Pitbul küçədə səkkiz yaşlı uşağa hücum etdi - VİDEO
Türkiyənin Çorum şəhərində səkkiz yaşlı oğlan pitbul cinsli itin hücumuna məruz qalıb. -ın -a istinadən verdiyi məlumata görə, insident ərazidə olan təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb. Yeniyetmə oğlan ətrafdakı insanların köməyi ilə itin hücumundan xilas edilsə də, onun müxtəlif xəsarətlə
14 sentyabr 2021Kranın dəmir qarmağı fəhlənin ölümünə səbəb oldu - FOTO
Salyan sakini bədbəxt hadisə nəticəsində ölüb. Məlumata görə, hadisə Şirvan şəhərinin "Qarasu OYL" şirkətinin podratçı təşkilatı olan "İlkin-N" firmasının sexində baş verib. Salyan rayonunun Qarabağlı kənd sakini, 1980-ci il təvəllüdlü Qurbanov Elman İsrail oğluna fəhlə işlədiyi sexd
17 sentyabr 2021Vətən müharibəsi iştirakçısı qəzada öldü - FOTOLAR
Sabirabadda baş vermiş ağır yol qəzasında Xaçmaz Rayon İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin böyük məsləhətçisi, Vətən müharibəsi iştirakçısı Elşən Ağayev həyatını itirib. "Report"a istinadən xəbər verir ki, hadisə Yastıqoba kəndind
13 sentyabr 2021