Deputat: "Artıq arzularımıza çatmışıq, bayramı azad olunmuş ərazilərdə qeyd edirik"
"Çox sevincli anlar yaşayırıq, 30 il işğalda olan torpaqları azad etmişik. Artıq ikinci ildir Novruz bayramını azad olunmuş torpaqlarda, Qarabağda qeyd edirik. Keçən il Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada, bu il isə Suqovuşanda bayram tonqalını qaladı. Möhtəşəm anlara şahid edirik. Çünki 30 il xalq bu günləri görməyi arzulayıb. Hər Novruz və başqa milli bayramda arzulayırdıq ki, bayramı o torpaqlara qayıdaq. Şuşada bayrağımızı dalğalandıraq. Artıq arzularımıza çatdığımız gündür".
Bunu "Report"a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov deyib.
Onun sözlərinə görə, Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın azad olunmuş torpaqlara gedişi həmin yerlərə yeni ruh verir: "Hər səfər çərçivəsində çoxlu sayda infrastruktur layihələrinin təməli qoyulur. Bu da onu deməyə imkan verir ki, tezliklə biz qaçqın və məcburi köçkünlərimizi həmin ərazilərə qaytaracağıq. Düşünürəm ki, 30 il məcburi köçkünlük həyatı yaşamış insanların elə müasir yerdə yaşamaqla o günlərin əzab-əziyyətlərinin əvəzini çıxacaqlar".
Deputat vurğulayıb ki, Azərbaycan artıq 30 il bundan əvvəlki ölkə deyil: "Azərbaycanın indiki gücü həm torpaqlarını müdafiə etməyə yetər, həm də hər hansı xarici müdaxilə baş verərsə, cavabını verməyə hazırdır. Bütün bunlarla yanaşı, ölkəmizin iqtisadiyyatının sabit olmasıdır ki, həm torpaqları azad etdik, həm də orada bərpa işləri aparırıq. Azərbaycan öz dinamik inkişafını qoruyub saxlayır".
Qeyd edək ki, Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Tərtər rayonunun Suqovuşan qəsəbəsində səfərdə olub və bayram tonqalı alovlandırıblar. Dövlət başçısı həmçinin bir sıra yeni infrastruktur layihələrinin təməlini qoyub.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Azərbaycanda bu şəxslərə 200 manat veriləcək
65 yaş tamam olur, amma pensiya verilmir? - ƏSAS ŞƏRTLƏR BUNLARDIR
Satın aldığı qırıq çaydan ona sərvət qazandırdı
PENSİYA VƏ SOSİAL MÜAVİNƏTLƏR NEÇƏ FAİZ ARTACAQ? - Gözləntilər AÇIQLANDI
Röyanın evindəki bu otaq DİQQƏT ÇƏKDİ - VİDEO
ASAN Xidmət bu tarixlərdə işləməyəcək
"Son 70 ilin ən sərt qışı gəlir"… - Bakı üçün iki kritik TARİX
Bu ərazilərə QAR yağacaq, yollar buz bağlayacaq - XƏBƏRDARLIQ EDİLDİ
İranın cənubunda üç şəhərdə partlayışlar baş verib - Video
44 günlük Zəfər: Azərbaycanın tarixini dəyişən Qələbə və milli iradənin təntənəsi
Qızıl almaq istəyənlərin nəzərinə
Xankəndi Stadionu açıldı - Fotolar
"Şuşanın azad edilməsi Zəfərin həm hərbi, həm də mənəvi zirvəsi oldu" - millət vəkili Elnarə Akimova
Yuğ Dövlət Teatrının aktyorları Zəfər Günü münasibətilə xalqı təbrik ediblər
"Zəfər Gününün noyabrın 8-də qeyd olunması təsadüfi deyil" - millət vəkili Pərvanə Vəliyeva