Azərbaycanda zorlanan azyaşlı əlil qız REANİMASİYADADIR - Anası danışdı
Gəncə şəhərində 2005-ci il təvəllüdlü sağlamlıq imkanları məhdud olan yetkinlik yaşına çatmayan qızın zorlanaraq hamilə qalmasına dair ailə üzvləri tərəfindən 916 Çağrı Mərkəzinə müraciət daxil olduqdan sonra Ombudsman tərəfindən Gəncə Şəhər Prokurorluğuna sorğu göndərilərək məsələ dərhal nəzarətə götürülüb.
Sonxeber.az xəbər verir ki, Ombudsman Aparatından verilən xəbərə görə, yeniyetmənin ailə üzvləri qızın müalicəsinin Bakıda davam etdirilməsi üçün yenidən müraciət ediblər. Hazırda, zərərçəkmişin müalicəsi Bakıda davam etdirilir.
Aparatın əməkdaşları yeniyetmənin ailə üzvləri ilə mütəmadi əlaqə saxlayaraq, onun səhhəti, psixoloji durumunu nəzarətdə saxlayırlar.
Ombudsman Aparatının nümayəndəsi bu barədə belə deyib:
"Ailə ilə əlaqə saxladıq. Anası Ə.P-nın sözlərinə görə, Ə.G 17 martda təcili tibbi yardım avtomobili ilə Respublika Klinik Xəstəxanasına gətirilib. Martın 19-u isə 28 həftəlik hamiləlik sonlandırılıb. Hazırda yeniyetmə reanimasiya şöbəsindədir".
APA-nın əməkdaşı azyaşlı qızın ailə ilə də əlaqə saxlayıb. Anası Ə.P-nın sözlərinə görə, Ə.G 17 martda təcili tibbi yardım avtomobili ilə Respublika Klinik Xəstəxanasına gətirilib. Martın 19-u isə 28 həftəlik hamiləlik sonlandırılıb:
"Hazırda yeniyetmə reanimasiya şöbəsindədir. Gəncədə olanda qızımın psixoloji vəziyyəti daha da gərginləşirdi. Günü-gündən vəziyyəti ağırlaşırdı.
İndi Hamiləlik sonlandırılıb. Hələ reanimasiyadadır. Dəqiq bilmirik ki nə vaxt çıxacağıq. Amma istərdim ki, burada müalicəsi bitdikdən sonra qızım psixoloji xəstəxanada da müalicə alsın. Başına gələnlərdən sonra ruhi vəziyyəti daha da pisləşib".
Qeyd edək ki, Ombudsman Səbinə Əliyevanın tapşırığı ilə məsələ nəzarətdə saxlanılır və zəruri dəstək göstəriləcək.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Azərbaycanda bu şəxslərə 200 manat veriləcək
65 yaş tamam olur, amma pensiya verilmir? - ƏSAS ŞƏRTLƏR BUNLARDIR
Satın aldığı qırıq çaydan ona sərvət qazandırdı
PENSİYA VƏ SOSİAL MÜAVİNƏTLƏR NEÇƏ FAİZ ARTACAQ? - Gözləntilər AÇIQLANDI
Röyanın evindəki bu otaq DİQQƏT ÇƏKDİ - VİDEO
ASAN Xidmət bu tarixlərdə işləməyəcək
"Son 70 ilin ən sərt qışı gəlir"… - Bakı üçün iki kritik TARİX
Bu ərazilərə QAR yağacaq, yollar buz bağlayacaq - XƏBƏRDARLIQ EDİLDİ
İranın cənubunda üç şəhərdə partlayışlar baş verib - Video
44 günlük Zəfər: Azərbaycanın tarixini dəyişən Qələbə və milli iradənin təntənəsi
Qızıl almaq istəyənlərin nəzərinə
Xankəndi Stadionu açıldı - Fotolar
"Şuşanın azad edilməsi Zəfərin həm hərbi, həm də mənəvi zirvəsi oldu" - millət vəkili Elnarə Akimova
Yuğ Dövlət Teatrının aktyorları Zəfər Günü münasibətilə xalqı təbrik ediblər
"Zəfər Gününün noyabrın 8-də qeyd olunması təsadüfi deyil" - millət vəkili Pərvanə Vəliyeva