Suqovuşan Turizm Kompleksinin tikintisinə 5 hektar ərazi ayrılıb
"İşğaldan azad edilən Tərtərin Suqovuşan qəsəbəsində turizmin inkişafı üçün hazırlanan konsepsiyaya uyğun olaraq ilkin işlərin aparılmasına start verilib".
Sonxeber.az xəbər verir ki, bunu "Report"un Qarabağ bürosuna açıqlamasında martın 21-də Suqovuşana təşkil edilən mediatur zamanı Dövlət Turizm Agentliyinin Regional turizmin inkişafı sektorunun müdiri Elgün Cavadov bildirib.
"Prezidentin tapşırığına əsasən biz əvvəllər Suqovuşanda olduq. Burada turizmin inkişafı üçün konsepsiya hazırladıq. Həmin konsepsiyaya əsasən, artıq o işlərin başlandığını görürük. Bu ərazidə su anbarının ətrafında müxtəlif turizm zonalarının yaradılması nəzərdə tutulur", - deyə o bildirib.
E.Cavadovun sözlərinə görə, eyni zamanda burada istirahət yerlərinin inşası planlaşdırılır: "Artıq Prezident tərəfindən burada təməlatma mərasimini olub. Burada, xüsusilə Naftalandan gələn turistlər üçün istirahət düşərgələrinin yaradılması və gələcəkdə də su anbarı ətrafında olan ərazilərin abadlaşdırılması nəzərdə tutulur. Həmçinin parklama və iaşə zonaları inşa olunacaq. Bütün bu inşaat işlərinin aparılması üçün, ilkin olaraq, 5 hektar ərazi ayrılıb".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 797 Tarix: 21 mart 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Boşananda kredit borcu kimə qalır? - ARAŞDIRMA
Azərbaycanda boşanan ailələrin qarşılaşdığı ən ciddi problemlərdən biri kredit borclarının bölüşdürülməsidir. Evlilik dövründə alınan mənzil, avtomobil və digər əmlakın taleyi ilə yanaşı, banklara olan borclar da keçmiş ər-arvad arasında mübahisəyə səbəb olur. Bəs boşanma zamanı kredit kimin adına rəsmiləşdirilibsə
8 noyabrAzərbaycanda "xruşşovka"ların sökülməsinə hazırlıq gedir?
Azərbaycan 2060-cı ilədək bütün mövcud və yeni binaların enerji səmərəliliyini artırmağı hədəfləyir. Ekspertlər bildirirlər ki, qərar hər binanın texniki vəziyyəti və bərpa imkanları əsasında verilməli, izolyasiya ilə söküntü məsələləri bir-birindən fərqləndirilməlidir. Azərbaycanın 2060-cı ilədək xali
8 noyabrNaxçıvanda Zəfər Günü münasibətilə konsert və atəşfəşanlıq olub
Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi və Naxçıvan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Naxçıvan şəhərində 8 Noyabr - Zəfər Gününə həsr olunmuş konsert proqramı və atəşfəşanlıq təşkil edilib. "Report"un yerli bürosu xəbər verir ki, Heydər Əliyev Muzeyinin qarşısında keçirilə
8 noyabrPENSİYALAR BU QƏDƏR ARTACAQ - Millət vəkili açıqladı
"2027-ci ildə isə ortaaylıq pensiyanın məbləğinin 45 manat artaraq 640 manat olacağı proqnozlaşdırılır". "AzPolitika" xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Musa Quliyev Parlamentin Əmək və sosial siyasət və İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin bugünk
8 noyabr