Kürdə suyun artması nəticəsində duzluluq xeyli azalıb
Mart ayının ikinci ongünlüyündə düşən intensiv yağışlar nəticəsində ölkənin bir çox bölgəsində çaylarda sululuğun artması müşahidə olunub.
Bu xüsusilə Kürün aşağı axınında çayların sululuğun yüksəlməsinə və suyun səviyyəsinin, su sərfinin artmasına şərait yaradıb.
Bu sözləri BAKU.WS-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidromotologiya xidmətinin rəis müavini Rafiq Verdiyev bildirib.
Onun sözlərinə görə, martın əvvəllərində Kürdə su sərfi 30 kubmetr saniyədən aşağı idisə, indi artıq su sərfi 100 kubmetr saniyədir:
"Bu da çayda yaranmış duzluluqla bağlı problemin xeyli azalmasına səbəb olub. Martın birinci yarısında güclü küləklər və dənizdə olan dalğalanmalar nəticəsində duzlu suların Kür boyu hərəkət edərək Salyan şəhəri və hətta ondan yuxarıda duzluluğun 0,6-0,7 qram litrdən daha yüksək olmasına səbəb olub.
Hətta Salyandan aşağıda 7-8 qrama qədər yüksəlməsinə gətirib çıxarıb. İndi isə yağıntıların artması bu prosesin azalmasına səbəb olub. Kürdə suyun artması nəticəsində çayın sürəti də artmış və duzlu sular artıq geri – dənizə doğru hərəkət etməklə çayda suyun duzluluğu xeyli azalıb.
Demək olar ki, Kürün aşağı hissəsində duzluluq 1 qram litr səviyyəsindədir ki, bu da su təchizatında yaranan problemin aradan qaldırılmasında yaxşı şərait yaradıb.
Yaxın aylarda əlbəttə ki, düşən yağışlar nəticəsində çaylarda bu problem üçün o qədər də zəmin yaratmayacaq. Ancaq iyul-avqust aylarında çaylarda suyun azalması nəticəsində problem yenidən təkrar oluna bilər.
Odur ki, buna hazırlıqlı olmalıyıq, sudan qənaətə geniş yer verilməli və itkilərin qarşısı alınmalıdır. Kür çayının aşağı axınında çaydan götürülən suyun miqdarı kifayət qədər az olsun ki, bu kimi problemlər daha da kəskinləşməsin".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Azərbaycanda bu şəxslərə 200 manat veriləcək
65 yaş tamam olur, amma pensiya verilmir? - ƏSAS ŞƏRTLƏR BUNLARDIR
Satın aldığı qırıq çaydan ona sərvət qazandırdı
PENSİYA VƏ SOSİAL MÜAVİNƏTLƏR NEÇƏ FAİZ ARTACAQ? - Gözləntilər AÇIQLANDI
Röyanın evindəki bu otaq DİQQƏT ÇƏKDİ - VİDEO
ASAN Xidmət bu tarixlərdə işləməyəcək
"Son 70 ilin ən sərt qışı gəlir"… - Bakı üçün iki kritik TARİX
Bu ərazilərə QAR yağacaq, yollar buz bağlayacaq - XƏBƏRDARLIQ EDİLDİ
İranın cənubunda üç şəhərdə partlayışlar baş verib - Video
44 günlük Zəfər: Azərbaycanın tarixini dəyişən Qələbə və milli iradənin təntənəsi
Qızıl almaq istəyənlərin nəzərinə
Xankəndi Stadionu açıldı - Fotolar
"Şuşanın azad edilməsi Zəfərin həm hərbi, həm də mənəvi zirvəsi oldu" - millət vəkili Elnarə Akimova
Yuğ Dövlət Teatrının aktyorları Zəfər Günü münasibətilə xalqı təbrik ediblər
"Zəfər Gününün noyabrın 8-də qeyd olunması təsadüfi deyil" - millət vəkili Pərvanə Vəliyeva