"2022-ci il dünya iqtisadiyyatı üçün asan olmayacaq" - Vüqar Bayramov
"ABŞ və Avropa Birliyi Rusiya neftindən imtinanın mümkünlüyünü yenidən müzakirə edir. Ağ Evdən verilən məlumata görə ABŞ Prezidenti bu gün Avropa liderləri ilə bu istiqamətdə müzakirələr aparacaq".
Sonxeber.az xəbər verir ki, bu barədə deputat Vüqar Bayramov özünün "Facebook" səhifəsində yazıb.
O bildirib ki, Qərb Rusiyaya qarşı beşinci sanksiyalar paket hazırlayır:
"Söhbət Rusiyanın gündəlik 3 milyon barel neft ixracatına qadağanın müəyyənləşdirilməsindən gedir. Müzakirələr artıq neft bazarına təsir edib. Bu gün Brent markalı neftin 1 bareli 4 faiz bahalaşaraq 112 dollara çatıb. OPEK-də Rusiyanın bazardakı azalan payını kompensasiya etmək üçün kvorum yoxdur və şist neft hələlik hasilatı kəskin artırmaq potensialına malik deyil. Bu isə neftin qiymətinin yenidən yüksəlməsinə səbəb olub.
ABŞ sanksiyadan öncə Rusiyadan idxal etdiyi gündəlik 670 min barel nefti daha qısa müddətdə başqa mənbə hesabına əvəzləməyə çalışmaqla dünya petrol bazarında kəskin qiymət artımlarını əngəlləmiş olsa da investorlar arasında qeyri-müəyyənlik yüksəlməkdədir. Bu isə ondan xəbər verir ki, 2022-ci il də dünya iqtisadiyyatı üçün asan olmayacaq. Artıq dünya bazarındakı qiymət artımları məhsul qıtlığı ilə da müşayiət olunur. Görünən odur ki, "bu xəmir hələ çox su aparacaq".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1025 Tarix: 21 mart 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Boşananda kredit borcu kimə qalır? - ARAŞDIRMA
Azərbaycanda boşanan ailələrin qarşılaşdığı ən ciddi problemlərdən biri kredit borclarının bölüşdürülməsidir. Evlilik dövründə alınan mənzil, avtomobil və digər əmlakın taleyi ilə yanaşı, banklara olan borclar da keçmiş ər-arvad arasında mübahisəyə səbəb olur. Bəs boşanma zamanı kredit kimin adına rəsmiləşdirilibsə
8 noyabrAzərbaycanda "xruşşovka"ların sökülməsinə hazırlıq gedir?
Azərbaycan 2060-cı ilədək bütün mövcud və yeni binaların enerji səmərəliliyini artırmağı hədəfləyir. Ekspertlər bildirirlər ki, qərar hər binanın texniki vəziyyəti və bərpa imkanları əsasında verilməli, izolyasiya ilə söküntü məsələləri bir-birindən fərqləndirilməlidir. Azərbaycanın 2060-cı ilədək xali
8 noyabrNaxçıvanda Zəfər Günü münasibətilə konsert və atəşfəşanlıq olub
Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi və Naxçıvan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Naxçıvan şəhərində 8 Noyabr - Zəfər Gününə həsr olunmuş konsert proqramı və atəşfəşanlıq təşkil edilib. "Report"un yerli bürosu xəbər verir ki, Heydər Əliyev Muzeyinin qarşısında keçirilə
8 noyabrPENSİYALAR BU QƏDƏR ARTACAQ - Millət vəkili açıqladı
"2027-ci ildə isə ortaaylıq pensiyanın məbləğinin 45 manat artaraq 640 manat olacağı proqnozlaşdırılır". "AzPolitika" xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Musa Quliyev Parlamentin Əmək və sosial siyasət və İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin bugünk
8 noyabr