Navalnıy 9 il müddətinə HƏBS EDİLDİ

Navalnıy 9 il müddətinə HƏBS EDİLDİMoskvanın Lefortovo Rayon Məhkəməsi hazırda həbsdə olan rusiyalı müxəlifətçi Aleksey Navalnıyı dələduzluq və məhkəməni təhqir etməkdə təqsirli bilib.

Bu barədə "Qafqazinfo" Rusiya mətbuatına istinadən xəbər verir.

Dövlət ittihamçısı məhkəmədən mühakimə olunan bloqer Navalnıyın təqsirli bilinməsini və onun 13 il müddətinə ciddi rejimli koloniyada cəza çəkməsini və 1,2 milyon rubl (hakimi təhqir etdiyinə görə) cərimələnməsini istəyib.

Navalnıy özünü təqsirli bilməyib.

Məhkəmə rusiyalı müxalifətçini 9 il müddətinə azadlıqdan məhrum edib. O, cəzasını ciddi rejimli koloniyada çəkəcək. Navalnıy, həmçinin 1,2 milyon rubl məbləğində cərimə ödəməli olacaq.

Daha əvvəl məhkəmədən "RİA Novosti"yə bildirilmişdi ki, dələduzluqla bağlı cinayət işi bir il əvvəl başladılıb. İstintaqın məlumatına görə, Navalnıy Korrupsiya ilə Mübarizə Fonduna ianə edilən pulun bir hissəsini oğurlayıb və şəxsi ehtiyacları üçün sərf edib.

Sözügedən işin ikinci epizodu isə bloqerə Böyük Vətən müharibəsi veteranı İqnat Artemenkoya böhtan atdığına görə hökm oxuyan hakim Vera Akimovanın təhqir edilməsi ilə bağlıdır – prosesin nəticəsində Navalnıy 850 min rubl məbləğində cərimə olunub.

Qeyd edək ki, ötən il fevralın 2-də Federal Penitensiar Xidmətin tələbi ilə "İv Roşe" işi üzrə müxalifət lideri Aleksey Navalnıyın şərti cəzası ləğv edilərək 3,5 il müddətinə azadlıqdan məhrumetmə cəzası ilə əvəzlənib. Hazırda o, Vladimir vilayətinin Pokrov şəhərindəki 2 saylı islah koloniyasında cəza çəkir.


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 1091   Tarix: 22 mart 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Tramp İranla yay atəşkəsi vaxt itkisi adlandırıb

ABŞ prezidenti Donald Tramp İranla müharibə zamanı hərbi əməliyyatların yayda dayandırılmasını vaxt itkisi hesab edir. xəbər verir ki, o, Konqresin ara seçkiləri ərəfəsində Missisipi ştatında Respublikaçılar Partiyasının tərəfdarları qarşısında müvafiq bəyanatla çıxış edib. Münaqişənin başlanğıcında

27 oktyabr
.

The New York Times: "Kral Çarlz Karib hövzəsinə səfər edir - Britaniya müstəmləkəçiliyinin mirası yenidən gündəmdə"

Böyük Britaniya kralı II Çarlz Karib hövzəsində keçiriləcək Birlik sammitində iştirak etmək üçün bölgəyə səfər edir. The New York Times-a istinadən xəbər verir ki, səfər Britaniyanın keçmiş müstəmləkələri ilə münasibətləri və tarixi ədalətsizliklərə görə üzr istənilməsi tələbləri fonunda baş tutur. Sammitd

27 oktyabr
.

ABŞ ara seçkilərdən sonra İrana qarşı hücumları bərpa edə bilər

"The Wall Street Journal" qəzetinin məlumatlı mənbələrə istinadən verdiyi məlumata görə, Vaşinqton bir sıra Körfəz ölkələrinə ABŞ-da keçiriləcək ara seçkilərdən sonra İrana qarşı qısa, lakin intensiv hərbi əməliyyatlara hazır olduğunu bildirib. xəbər verir ki, onların sözlərinə görə, ABŞ v

28 oktyabr
.

Zelenskinin "sağ əli" Uitkoffla mübahisə etdiyini təkzib etdi

Ukrayna Prezident Ofisinin rəhbəri Kirill Budanov oktyabrın 9-da Floridada keçirilən danışıqlarda ABŞ prezidentinin xüsusi elçisi Stiv Uitkoffla mübahisə etməsi barədə məlumatları təkzib edib. xəbər verir ki, Budanov bu barədə "RBK-Ukrayna"ya açıqlamasında bildirib. "Ünsiyyətin təfərrüatlar

28 oktyabr
.

Buzlaqların əriməsi Yerin formasını dəyişir: Qütblər yüksəlir, ekvator ətrafı daralır

İqlim dəyişikliyi təkcə temperaturun artmasına və dəniz səviyyəsinin yüksəlməsinə səbəb olmur. Alimlər müəyyən ediblər ki, qütb buzlaqlarının əriməsi Yer kürəsinin bərk səthinin formasına da təsir göstərir. Yeni araşdırmaya görə, qütb bölgələrində yer səthi yüksəlir, ekvator ətrafında isə əks istiqamətd

27 oktyabr
.

Norveç Baş naziri Putin və Zelenski ilə söhbətdən sonra Ukrayna əraziləri ilə bağlı şərh verib

Norveçin Baş naziri Jonas Gar Störe bildirib ki, Ukrayna ərazi itkisini tanıyan sülh müqaviləsini "heç vaxt imzalamayacaq". -nun xəbərinə görə, Stere bildirib ki, "Ukrayna heç vaxt ərazi itkisini tanıyan müqavilə imzalamayacaq, lakin onların hazırkı cəbhə xəttini reallıq və başlanğıc nöqtəs

28 oktyabr
.

İspaniyada üçgünlük matəm elan edildi

İspaniyanın Toledo əyalətində baş verən qatar qəzasında həlak olanlarla əlaqədar ölkədə üçgünlük matəm elan edilib. "El País" nəşrinə istinadən xəbər verir ki, bu barədə İspaniyanın Baş naziri Pedro Sançes qəza bölgəsinə səfəri zamanı məlumat verib. "Oktyabrın 29-dan 31-dək davam edəcə

28 oktyabr
.

İsraildə seçkilər: Netanyahu qalib gəlib? - Son nəticələr açıqlandı

İsraildə parlament seçkilərindən sonra Benyamin Netanyahu ilə müxalifət arasında hakimiyyət uğrunda mübarizə davam edir. The Jerusalem Post-a istinadən xəbər verir ki, ilkin nəticələr Netanyahu tərəfdarlarının blokunun öndə olduğunu göstərsə də, hökuməti formalaşdırmaq üçün tələb olunan parlament çoxluğ

28 oktyabr
.

Latviyanın şərqində NATO-nun genişmiqyaslı təlimləri başlayıb

NATO-nun Latviyadakı çoxmillətli briqadası ölkənin şərqində genişmiqyaslı hərbi təlimlərə başlayıb. "LSM" xəbər verir ki, "Resolute Reforger 2026" adlı təlimlər oktyabrın 26-dan noyabrın 8-dək keçiriləcək. Təlimlərdə NATO-nun Latviyadakı çoxmillətli briqadasının təxminən 3 min hərbçis

26 oktyabr