Qaynar nöqtədən təxliyə olunan Milli Qəhrəmanın qızı DANIŞDI - FOTO
"Prezident İlham Əliyevin tapşırığı ilə qaynar nöqtədən təxliyə olunmağımıza yardım edildi".
Bu fikri AZƏRTAC-a müsahibəsində Ukraynanın Xarkov şəhərindən Moldovanın Kişineu şəhərinə təxliyə edilən Azərbaycanın Milli Qəhrəmanı Viktor Seryoginin qızı Oksana Seryogina deyib.
"Azərbaycan dövləti milli qəhrəmanlarımızın xatirəsini hər zaman əziz tutur, şəhid ailələrinin üzvlərinə böyük diqqət və qayğı göstərir. Bu həssas münasibətə görə Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlığımı bildirirəm", - deyə Oksana Seryogina əlavə edib.
O bildirib ki, Xarkovdan Moldovaya təxliyə məsələsində Milli Məclisin Ukrayna ilə əlaqələr üzrə parlamentlərarası qrupunun rəhbəri Rüfət Quliyev, "Kiyev Azərbaycanlıları Konqresi" təşkilatının rəhbəri Oleq Krapivin köməklik göstərib.
"Azərbaycanın Moldovadakı səfiri Qüdsi Osmanovun köməyi ilə səfirliyin əməkdaşları bizim ailəmizi Ukrayna-Moldova sərhədindən təxliyə etdilər. Hazırda Kişineuda mənzildə qalırıq. Yaxın günlərdə isə buradan Azərbaycana gedəcəyik. Azərbaycan xalqının bizə göstərdiyi diqqət və yardım əsl qəhrəmanlıq nümayişidir", - deyə Oksana Seryogina vurğulayıb.
Qeyd edək ki, 1944-cü il təvəllüdlü Viktor Seryogin 1992-ci il yanvarın 28-də Şuşadan dinc sakinləri təxliyə edərkən qəhrəmancasına həlak olub. O, ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülüb.

Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1535 Tarix: 22 mart 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Muxtar Babayev: Azərbaycan COP31-i dəstəkləmək üçün əməkdaşlığa hazırdır
Azərbaycan COP29-un irsini qorumağa və Bakıda qəbul edilmiş qərarların icrasını irəlilətməyə dair öhdəliyi COP31-də iştirakla təsdiqləyib. "Report" xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev "X" sosial şəbəkə hesabında yazıb
8 noyabrNaxçıvanda Zəfər Günü münasibətilə konsert və atəşfəşanlıq olub
Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi və Naxçıvan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Naxçıvan şəhərində 8 Noyabr - Zəfər Gününə həsr olunmuş konsert proqramı və atəşfəşanlıq təşkil edilib. "Report"un yerli bürosu xəbər verir ki, Heydər Əliyev Muzeyinin qarşısında keçirilə
8 noyabrKombi istifadəçilərinin bilməli olduqları vacib məqamlar açıqlandı
Payızın gəlişi ilə havalar tədricən soyumağa, evlərdə isə kombilər yenidən işə düşməyə hazırlaşır. Soyuq günlərdə istilik problemi ilə üzləşməmək və yüksək kommunal xərclərdən yayınmaq üçün kombinin mövsüm başlamazdan əvvəl yoxlanılması vacibdir. Bəs kombiləri payız-qış mövsümünə necə hazırlamalıyıq
8 noyabrUşağın doğulmasına görə ödənilən müavinət 900 manat artırılır
Uşağın anadan olmasına görə ödənilən müavinətin məbləğinin kəskin artımı proqnozlaşdırılır. xəbər verir ki, sözügedən məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında"
8 noyabrBloqerlərdən Zəfər Gününə həsr olunmuş paylaşım - VİDEO
Bloqerlər Ruslan Ağayev və İnci Ağayeva Azərbaycanın tarixi Zəfər Gününə həsr olunmuş paylaşım ediblər. xəbər verir ki, milli geyimdə kamera qarşısına keçən bloqerlər Zəfər abidəsinin önündə və Qız qalasının qarşısında çəkiliş apararaq tarixi günə xüsusi ehtiramlarını ifadə ediblər. Onların lentə aldıqlar
8 noyabrHəkim qəbuluna onlayn yazılmaq mümkün olan yeddi tibb müəssisəsi - Siyahı
Səhiyyə sahəsində vətəndaşların tibbi xidmətlərdən istifadəsini asanlaşdırmaq və tibb müəssisələrində yaranan uzun növbələrin qarşısını almaq məqsədilə yeni rəqəmsal sistem tətbiq ediləcək. İlin sonunadək bir sıra tibb müəssisələrində onlayn növbə sisteminin istifadəyə verilməsi nəzərdə tutulur. Bu barəd
8 noyabr