Medvedev: "ABŞ-ın Rusiyadan sonrakı hədəfi Çin olacaq"
"Son 30 ildə ABŞ-ın primitiv oyununun məqsədi Rusiyanı düşmən kimi göstərmək idi, daha sonra növbə Çinə gələcək, bu isə ağır böhrana və nüvə partlayışına səbəb olacaq".
Sonxeber.az APA-ya istinadən bildirir ki, bunu Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev öz Telegram kanalında yazıb:
"Son otuz il ərzində Rusiya ABŞ-ın primitiv oyununun hədəfi olub. Bunun bir izahı var - o, düşməndir. Daha prinsipial ideoloji ziddiyyətlər olmasa belə, SSRİ-nin başqa hansı varisləri var? Bu o deməkdir ki, Rusiya alçaldılmalı, məhdudlaşdırılmalı, sarsılmalı, parçalanmalı və məhv edilməlidir. Yaxın gələcəkdə Avropada və bütövlükdə dünyada bunun reaksiyası necə olacaq? Vacib deyil. Heç kim bu barədə heç vaxt düşünməyib" - deyə o qeyd edib.
Medvedev həmçinin amerikalı tərəfdaşların strategiyasının həyata keçirilməsindən sonra nələrin baş verəcəyini təsəvvür etməyi təklif edib: "İndi təsəvvür edək ki, Amerika qarşıdurmanın bu raundunda uğur qazandı. Ağ Evdən olan dar düşüncəli strateqlər Rusiyada sistemli siyasi və iqtisadi böhrana səbəb oldular. Onlar nəhəng və çox mürəkkəb bir ölkəni zəiflədib, onun parçalanmasına səbəb oldular. Nəticə budur: qeyri-sabit siyasi rejimə, zəif rəhbərliyə, çökmüş iqtisadiyyata, ABŞ və Avropadakı hədəflərə yönəlmiş maksimum sayda nüvə başlıqlarına malik ən böyük nüvə dövləti".
Medvedevin fikrincə, ABŞ-ın növbəti məqsədi Çinin tamamilə zəiflədilməsi olacaq: "Bundan sonra ciddi qlobal böhrana, enerji və ərzaq tənəzzülünə, bütün kollektiv təhlükəsizlik sistemlərinin sıradan çıxmasına və böyük nüvə partlayışına qədər cəmi bir neçə addım qalıb. Cənablar, belə perspektivi necə bəyənirsiniz? Əla plandır,bravo, Dövlət Departamentinin və Kapitolinin strateqləri! Bravo, K Street-in analitikləri! Bravo, Senatın yaşlı üzvləri, bravo cənab Prezident! Siz artıq öz həyatınızı yaşadınız, qorxmaq olmaz, çünki 80 yaşında heç nə xüsusilə qorxulu deyil", - deyə Rusiya Təhlükəsizlik Şurasının sədr müavini əlavə edib.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Azərbaycanda bu şəxslərə 200 manat veriləcək
65 yaş tamam olur, amma pensiya verilmir? - ƏSAS ŞƏRTLƏR BUNLARDIR
Satın aldığı qırıq çaydan ona sərvət qazandırdı
PENSİYA VƏ SOSİAL MÜAVİNƏTLƏR NEÇƏ FAİZ ARTACAQ? - Gözləntilər AÇIQLANDI
Röyanın evindəki bu otaq DİQQƏT ÇƏKDİ - VİDEO
ASAN Xidmət bu tarixlərdə işləməyəcək
"Son 70 ilin ən sərt qışı gəlir"… - Bakı üçün iki kritik TARİX
Bu ərazilərə QAR yağacaq, yollar buz bağlayacaq - XƏBƏRDARLIQ EDİLDİ
İranın cənubunda üç şəhərdə partlayışlar baş verib - Video
44 günlük Zəfər: Azərbaycanın tarixini dəyişən Qələbə və milli iradənin təntənəsi
Qızıl almaq istəyənlərin nəzərinə
Xankəndi Stadionu açıldı - Fotolar
"Şuşanın azad edilməsi Zəfərin həm hərbi, həm də mənəvi zirvəsi oldu" - millət vəkili Elnarə Akimova
Yuğ Dövlət Teatrının aktyorları Zəfər Günü münasibətilə xalqı təbrik ediblər
"Zəfər Gününün noyabrın 8-də qeyd olunması təsadüfi deyil" - millət vəkili Pərvanə Vəliyeva