Oliqarxların məxfi hesablarda gizlədilmiş milyardları: nazir təcili Virgin adalarına uçdu
Böyük Britaniyanın dənizboyu əraziləri üzrə naziri (Minister for Overseas Territories) Amanda Millinq rusiyalı oliqarxların sanksiyalardan yayınmaq üçün öz milyardlarını ofşor zonalarında açılan məxfi hesablarda gizlətməsinin qarşısını almaq üçün Britaniya Virgin adalarına uçub.
Sonxeber.az AZXEBER.COM-a istinadən xəbər verir ki, Böyük Britaniyanın vergi cənnətləri rusiyalı oliqarxlar üçün sanksiyalardan yayınmaq imkanı yarada bilər və artıq onlardan bəzilərinin öz aktivlərini ofşor zonalara köçürdüyü haqda xəbərlər var.
Nazir bu cür xəbərlər fonunda təcili müzakirələr aparmaq üçün Virgin adalarına yollanıb və bildirilir ki, Amanda Millinq yerli hakimiyyətlə Böyük Britaniyanın Rusiyaya qarşı tətbiq etdiyi sanksiyaların bu ofşor zonasında tətbiq edilməsinin yollarını müzakirə edəcək.
Britaniyanın adalarında da bu sanksiyalar qanuni qüvvəyə malikdir və hüquq-mühafizə orqanları ofşor zonada qeydiyyatdan keçmiş şirkətlərin benefisiarlarının reyestrinə birbaşa çıxışa malik olmalıdır.
Bildirilir ki, Britaniya hökuməti bu addımı "The Guardian" qəzetinin Rusiya oliqarxlarının və məmurlarının ofşorlarda gizlədilmiş sərvətləri barədə seriya məqalələrinin ardınca atıb. Nazirin dörd günlük səfərinin ardınca Böyük Britaniya hökuməti yaxın həftələrdə adalar hökumətlərində korrupsiya araşdırmalarına dair hesabatı dərc etməlidir. Gözlənilir ki, bu hesabatda Virgin adaları hökumətinin rəhbəri Endryu Fahi barədə tənqidi faktlar yer alacaq.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 1722 Tarix: 24 mart 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
ABŞ HDQ İran yaxınlığında döyüş qruplaşmalarını sayını artırıb
ABŞ Hərbi Dəniz Qüvvələrinin (HDQ) İran yaxınlığında yerləşən döyüş qruplaşmalarının sayını bir həftə ərzində 17-dən 21-ə qədər artıb. "Report"un "İnterfaks"a istinadən xəbərinə görə, bunu ABŞ Hərbi Dəniz İnstitutunun İnformasiya Xidmətinin məlumatları göstərir. Hazırda İranın cənub-şərqindək
27 oktyabrQlazqonun iki muzeyi etik səbəblərə görə Misir mumiyalarını gizlədib
Şotlandiyanın Qlazqo şəhərində yerləşən iki muzey etik normaları əsas gətirərək qədim Misir mumiyalarının nümayişinə məhdudiyyət qoyub. Qaynarinfo BBC-yə istinadən xəbər verir ki, Kelvingrove muzeyində keşiş Nehtin mumiyalanmış cəsədinin olduğu tabut ekspozisiyadan çıxarılıb. Hunterian muzeyində is
28 oktyabrPezeşkian Moskvada səfərdədir
İran Prezidenti Məsud Pezeşkian Moskvada səfərdədir. APA-nın Rusiya bürosu xəbər verir ki, İran Prezidenti Qaz ixrac edən ölkələrin forumunda iştirak etmək üçün Moskvaya səfər edib. Rusiya Prezidenti Vladimir Putin forumda çıxış edib. Kremlin məlumatına görə, Putinin Pezeşkianla ikitərəfli görüşü d
27 oktyabrAvropa KİV-i Zukerberqə qarşı çıxdı
"Facebook", "Instagram" və "WhatsApp" platformalarının sahibi olan "Meta" şirkəti məhsullarından istifadə şərtlərini dəyişməyi planlaşdırır. Yeni qaydalara əsasən, "Meta" sosial şəbəkələrində səhifəsi olan istənilən təşkilat bütün materiallarından kommersiy
28 oktyabrLatviyanın şərqində NATO-nun genişmiqyaslı təlimləri başlayıb
NATO-nun Latviyadakı çoxmillətli briqadası ölkənin şərqində genişmiqyaslı hərbi təlimlərə başlayıb. "LSM" xəbər verir ki, "Resolute Reforger 2026" adlı təlimlər oktyabrın 26-dan noyabrın 8-dək keçiriləcək. Təlimlərdə NATO-nun Latviyadakı çoxmillətli briqadasının təxminən 3 min hərbçis
26 oktyabrABŞ İsrailə əlavə "Patriot" hava hücumundan müdafiə sistemi göndərəcək
ABŞ İsrailin raket hücumlarından müdafiəsini gücləndirmək məqsədilə Texas ştatından ölkəyə əlavə "Patriot" zenit-raket kompleksi göndərmək qərarına gəlib. xəbər verir ki, bu barədə "The Wall Street Journal" (WSJ) mənbələrə istinadən məlumat yayıb. Qeyd olunur ki, noyabr ayında Yaxı
28 oktyabr