Avropa KİV-i Zukerberqə qarşı çıxdı

Avropa KİV-i Zukerberqə qarşı çıxdı"Facebook", "Instagram" və "WhatsApp" platformalarının sahibi olan "Meta" şirkəti məhsullarından istifadə şərtlərini dəyişməyi planlaşdırır. Yeni qaydalara əsasən, "Meta" sosial şəbəkələrində səhifəsi olan istənilən təşkilat bütün materiallarından kommersiya məqsədləri üçün ödənişsiz istifadə etməyə avtomatik olaraq icazə vermiş sayılacaq. Bu isə media qurumları üçün "Meta"nın onların bütün məzmunundan öz mülahizəsinə uyğun olaraq təmənnasız istifadə etmək və bunun müqabilində heç bir ödəniş etməmək imkanı əldə etməsi deməkdir.

Bu problem yeni deyil. Media dünyası oxşar vəziyyətlə əvvəllər də "Google" şirkəti ilə bağlı qarşılaşıb. Şirkət uzun illər ərzində xəbər məzmunundan öz xidmətlərində ödənişsiz istifadə edib. Nəticədə ayrı-ayrı ölkələrdə media qurumları və hakimiyyət orqanları tənzimləyici qurumlar, məhkəmələr və qanunvericilik vasitəsilə bu məsələni həll ediblər. Fransada rəqabətə nəzarət orqanı 2021-ci ildə nəşriyyatların mükafatlandırılma hüququnun pozulmasına görə "Google" şirkətini 500 milyon avro, 2024-cü ildə isə daha 250 milyon avro məbləğində cərimələyib. Bundan sonra şirkət Fransa mediası ilə ödənişli müqavilələr imzalamağa məcbur olub. Avstraliya və Kanadada rəqəmsal platformaları xəbər nəşrlərinə ödəniş etməyə məcbur edən qanunlar qəbul edilib. Media qurumlarının internetdə materiallarından istifadəyə görə ödəniş almaq hüququ 2019-cu ildə qəbul edilmiş Avropa İttifaqının müəllif hüquqları haqqında direktivində də təsbit olunub.

Yeri gəlmişkən, əfsuslar olsun ki, bu problem Azərbaycan üçün də hələ də aktualdır.

Avropa mediası "Meta"nın bu addımına və şirkətin artan iştahasına qarşı çıxıb. Xüsusilə, qitənin 33 xəbər agentliyini birləşdirən Avropa Xəbər Agentlikləri Alyansı (EANA) Mark Zukerberqin korporasiyasının öz qaydalarına yenidən baxmalı olduğunu bəyan edib.

"Bu, təkcə xəbər agentliklərinin problemi deyil. Yeni şərtlər xəbər mediasının bütün ekosisteminə zərər vuracaq. Meta öz platformalarından istifadə edən hər bir media təşkilatının məzmununu hazır şəkildə əldə edəcək. Bu isə bütün dünyada jurnalistlərin faktiki olaraq Meta üçün işləyəcəkləri deməkdir. Onsuz da çətinliklə fəaliyyət göstərən kiçik nəşrləri demirəm", - deyə EANA-nın baş katibi Aleksandru Qiboy bildirib.

"Bizim məzmunumuz təkcə biznesimizi maliyyələşdirən vasitə deyil. O, cəmiyyətin etibarlı məlumatlara çıxışını təmin edən həyati əhəmiyyətli mənbədir və onun hazırlanması xərc tələb edir. "Meta"nın xəbər mediasının öz məzmununu sadəcə olaraq pulsuz təqdim edə biləcəyini düşünməsi absurddur", - deyə o vurğulayıb.

EANA-nın baş katibi informasiya məkanında yarana biləcək nəticələr barədə də xəbərdarlıq edib:

"Etibarlı xəbər təşkilatları ictimai müzakirələrin əhəmiyyətli hissəsinin aparıldığı "Meta" platformalarından sıxışdırılıb çıxarılsa, boşalan yeri heç də boş qalmayacaq. Onu yoxlanılmamış və manipulyativ məzmun yayan, vicdansız fəaliyyət göstərən iştirakçılar tutacaq", - deyə Qiboy bildirib.

Bununla belə, o, alyansın danışıqlara hazır olduğunu qeyd edib.

"Biz Meta və bütün digər platformalarla xəbər məzmunundan istifadə üçün lisenziyalaşdırma modelləri barədə konstruktiv dialoqa açığıq", - deyə baş katib bildirib.

Alyansın bəyanatında qeyd olunur ki, EANA Avropada və dünyanın digər regionlarında fəaliyyət göstərən nəşriyyatlara, yayımçılara və digər media təşkilatlarına qoşularaq "Meta"nı yeni kommersiya şərtlərindən saytların skan edilməsinə dair müddəanı çıxarmağa və onu müəllif hüquqlarının qorunmasını təmin edən şərtlərlə əvəzləməyə çağırır.

EANA üzvləri də daxil olmaqla, bir sıra xəbər təşkilatları "Meta"nın bu addımına qarşı çıxır. Alyans onların mövqeyini anlayır və dəstəkləyir.

"Heç bir media təşkilatı öz auditoriyasına çıxış əldə etmək ilə hüquqlarını qorumaq arasında seçim etməyə məcbur edilməməlidir", - deyə bəyanatda vurğulanır.

EANA-nın fikrincə, media qurumlarının məhz belə bir seçim qarşısında qoyulması yeni şərtlərin yanlış olduğunu açıq şəkildə göstərir.

Alyans tələb edir ki, jurnalist məzmununa çıxış ayrıca müqavilə ilə rəsmiləşdirilsin, bunun üçün hüquq sahibinin razılığı alınsın, lisenziya əldə edilsin və müvafiq ödəniş edilsin.

EANA, həmçinin Avropa Komissiyasını və milli rəqabətə nəzarət, eləcə də media tənzimləyici orqanlarını yeni şərtlər qüvvəyə minənədək Aİ-nin müəllif hüquqları, rəqabət və rəqəmsal bazarlarla bağlı qanunvericiliyi çərçivəsində müvafiq tədbirlər görməyə çağırıb.


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 134   Tarix: 28 oktyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

"Bu milyarder Trampın vəkilinə 50 milyon ödəyib" - Obamadan korrupsiya ittihamı

"İndiki prezidentin diqqət yetirdiyi yeganə şey, iqamətgahını yaxşılaşdırmaqla yanaşı, özünü, ailəsini və yaxınlarını varlandırmaqdır. Bizim bir donordan kredit kartı borclarını ödəmək üçün pul tələb edən bir Amerika səfirimiz var. Venesuelalı milyarderin əfv istədiyini öyrəndik. Ona görə Trampı

26 oktyabr
.

HSBC-nin mənfəəti artsa da, səhmləri kəskin ucuzlaşıb

Avropanın ən böyük bankı HSBC-nin üçüncü rüb üzrə mənfəəti artsa da, maliyyə nəticələrinin investorların gözləntilərini tam qarşılamaması səhmlərin ucuzlaşmasına səbəb olub. Financial Times qəzetinin məlumatına görə, bankın səhmləri çərşənbə axşamı təxminən 7 faiz dəyər itirib. Bankın vergidən əvvəlk

27 oktyabr
.

Rusiya bu müharibələri uduzub - Sikorski

Qərbdə möhkəm kök salmış bir mif var: Rusiya həmişə qalib gəlir. Lakin işlər heç də həmişə onların istədiyi kimi getmir. xəbər verir ki, bunu Polşa xarici işlər naziri Radoslav Sikorski deyib. "Rusiya Krım müharibəsində məğlub oldu. Yaponiyaya qarşı müharibədə uduzdu. Birinci Dünya müharibəsində

27 oktyabr
.

Cənubi Koreya Ukraynadan 8 diplomatını geri çağırıb

Kiyevin iki Şimali Koreya hərbi əsirinin təhvil verilməsi barədə məlumatı açıqlaması ilə bağlı yaranan mübahisə fonunda Cənubi Koreya Ukraynadan 8 diplomatik əməkdaşını geri çağırıb. "Report" "Yonhap" agentliyinə istinadən xəbər verir ki, bu barədə Cənubi Koreyanın xarici işlər nazir

27 oktyabr
.

Madriddə etiraz aksiyası keçirilir

Madriddə etiraz aksiyası keçirən fermerlər hökumətdən qiymət artımı ilə əlaqədar təcili tədbirlərin görülməsini tələb edirlər. xəbər verir ki, bu barədə İspaniya mediası məlumat yayıb. Aksiya iştirakçıları traktorlarla Madridə daxil olub və İspaniya paytaxtının mərkəzindəki Kolumb meydanına doğru hərəkə

28 oktyabr
.

Çexiyada orta əsrlərdən qalma xəstəlik geniş yayılır

Çexiyada parazit gənənin törətdiyi yoluxucu xəstəlik olan qaşınma hallarının sayı artır. Ən çox yoluxma Moraviya-Sileziya diyarında, xüsusilə Ostrava şəhərində qeydə alınır. Qaynarinfo xəbər verir ki, bu barədə Çexiyanın "iDNES.cz" nəşri məlumat yayıb. Çexiya Səhiyyə İnstitutunun məlumatın

27 oktyabr
.

Qazaxıstan rusiyalı avtomobil alıcılarına qarşı sanksiyalar tətbiq edir

Qazaxıstan sanksiyalar səbəbindən rusiyalılara, hətta yerli qeydiyyatı olanlara belə avtomobil satışını dayandırıb. xəbər verir ki, Rusiya vətəndaşına Almatıdakı Skoda dilerliyində Rusiya pasportu ilə sövdələşməkdən imtina edilib və bu, Aİ sanksiyaları və Çexiya şirkətinin siyasəti ilə izah edilib. Oxşa

27 oktyabr
.

Rusiya-Ukrayna müharibəsi: Kiyevə hücum, cəbhədə döyüşlər və yeni sülh danışıqları

Rusiya-Ukrayna müharibəsi fonunda hərbi əməliyyatlar və diplomatik təmaslar davam edir. Kiyevdə infrastruktur obyektlərinə zərbələr endirildiyi, Ukrayna qüvvələrinin bir sıra istiqamətlərdə əks-hücum əməliyyatları apardığı bildirilir. Eyni zamanda, müharibənin dayandırılması üçün yeni danışıqların keçirilməs

28 oktyabr
.

Rusiya Kiyevdə Dnepr üzərindəki əsas körpülərdən birini yenidən vurdu

Ukrayna paytaxtının meri Vitali Kliçko bildirib ki, Rusiya hərbçiləri Kiyevə ballistik raketlər atıblar. xəbər verir ki, onun sözlərinə görə, atəş nəticəsində bir nəfər ölüb, 10 nəfər yaralanıb. Yaralananların əksəriyyəti Desnianski rayonundakı yataqxananın tələbələridir. Ukrayna Dövlət Fövqəladə Halla

27 oktyabr