"Rusiya Qərbi pərt etmək üçün..." - Şoyqu ilə bağlı müəmma açılır?
"Rusiya müdafiə naziri Sergey Şoyqunun indi qayğıları çoxdur. İndi ictimaiyyətlə əlaqələr üçün yaxşı vaxt deyil. Bu, tamamilə başa düşüləndir". Bunu ötən gün Rusiya Prezidentinin sözçüsü Dmitri Peskov söyləyib. O, müdafiə nazirinin xəstə olması ilə bağlı iddialara cavab verməkdən yayınıb: "Bu sualla bağlı Müdafiə Nazirliyi ilə əlaqə saxlamağı tövsiyə edirəm".
Bəs, Şoyqu hardadır?
Bu barədə açıqlama verən Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin eksperti Kənan Novruzov xatırladıb ki, Kreml sözçüsünün qeyd edilən açıqlamanı verdiyi bir vaxtda Sergey Şoyqu barədə başqa bir informasiya da yayılıb:
""RİA Novosti"nin məlumatına görə, nazir martın 24-də müşavirə keçirib. Agentlik iddia edir ki, iclasda Qərb ölkələrinin Rusiyanın müdafiə sənayesinə tətbiq etdiyi sanksiyalar müzakirə olunub. Toplantının yekunlarına əsasən ölkə rəhbərliyinə hesabat üçün konkret təkliflər hazırlanıb. Dünən generalın fəaliyyəti barədə başqa xəbərlər də yayıldı. Bunlar həqiqət də ola bilər, ictimai rəyi toparlamaq üçün atılmış "yem" də. Hər halda Peskovun açıqlaması iddialara son qoymaqdan ötrü kifayət deyil. Daha yaxşı olardı ki, Şoyqu özü ictimaiyyətin qarşısına çıxsın. Beləliklə, camaatda şübhə yeri qalmazdı".
Müsahibimiz qeyd edib ki, həm də bu, ən çox Kremlin özünə lazım idi:
"Çünki beləliklə, Rusiya Qərbi "pərt edə" bilərdi. İkinci bir tərəfdən, agentlik müdafiə nazirinin iclas keçirdiyinə dair foto və video yaymayıb. Adi cümlələr isə indiki gərgin məqamda "suları durultmaq" üçün kifayət qədər yetərli deyil. Şoyqu sağ da, işinin başında da olsa, müharibə edən bir ölkənin müdafiə naziri haqqında müxtəlif iddiaların yayılması yaxşıya işarə deyil. İddialar çox, münasibətlər qeyri-müəyyəndir. Sual isə konkretdir: Şoyqu haradadır?".
Qeyd edək ki, Rusiyanın müdafiə naziri sonuncu dəfə martın 11-də mediaya açıqlama vermişdi. O bildirmişdi ki, Ukraynadakı müharibəyə Yaxın Şərqdən könüllülər cəlb oluna bilər. Bundan sonra isə onun adına ancaq Rusiya rəsmilərinə qarşı tətbiq edilən sanksiyalar siyahısında rast gəlinmişdi./Sfera
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 1779 Tarix: 25 mart 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Böyük faciədən doğan tarixi kəşf: Dənizçiləri xilas edən ixtira
1707-ci ildə baş verən və 2 mindən çox dənizçinin həyatına son qoyan faciə dənizçilik tarixində mühüm dəyişikliklərə səbəb oldu. Gəmilərin açıq dənizdə dəqiq mövqeyini müəyyənləşdirmək problemini həll etmək üçün başladılan axtarışlar nəticədə ilk etibarlı dəniz xronometrlərindən birinin yaradılması il
27 oktyabrABŞ HDQ İran yaxınlığında döyüş qruplaşmalarını sayını artırıb
ABŞ Hərbi Dəniz Qüvvələrinin (HDQ) İran yaxınlığında yerləşən döyüş qruplaşmalarının sayını bir həftə ərzində 17-dən 21-ə qədər artıb. "Report"un "İnterfaks"a istinadən xəbərinə görə, bunu ABŞ Hərbi Dəniz İnstitutunun İnformasiya Xidmətinin məlumatları göstərir. Hazırda İranın cənub-şərqindək
27 oktyabrTramp İranla yay atəşkəsi vaxt itkisi adlandırıb
ABŞ prezidenti Donald Tramp İranla müharibə zamanı hərbi əməliyyatların yayda dayandırılmasını vaxt itkisi hesab edir. xəbər verir ki, o, Konqresin ara seçkiləri ərəfəsində Missisipi ştatında Respublikaçılar Partiyasının tərəfdarları qarşısında müvafiq bəyanatla çıxış edib. Münaqişənin başlanğıcında
27 oktyabrLatviyanın şərqində NATO-nun genişmiqyaslı təlimləri başlayıb
NATO-nun Latviyadakı çoxmillətli briqadası ölkənin şərqində genişmiqyaslı hərbi təlimlərə başlayıb. "LSM" xəbər verir ki, "Resolute Reforger 2026" adlı təlimlər oktyabrın 26-dan noyabrın 8-dək keçiriləcək. Təlimlərdə NATO-nun Latviyadakı çoxmillətli briqadasının təxminən 3 min hərbçis
26 oktyabrQlazqonun iki muzeyi etik səbəblərə görə Misir mumiyalarını gizlədib
Şotlandiyanın Qlazqo şəhərində yerləşən iki muzey etik normaları əsas gətirərək qədim Misir mumiyalarının nümayişinə məhdudiyyət qoyub. Qaynarinfo BBC-yə istinadən xəbər verir ki, Kelvingrove muzeyində keşiş Nehtin mumiyalanmış cəsədinin olduğu tabut ekspozisiyadan çıxarılıb. Hunterian muzeyində is
28 oktyabrABŞ ara seçkilərdən sonra İrana qarşı hücumları bərpa edə bilər
"The Wall Street Journal" qəzetinin məlumatlı mənbələrə istinadən verdiyi məlumata görə, Vaşinqton bir sıra Körfəz ölkələrinə ABŞ-da keçiriləcək ara seçkilərdən sonra İrana qarşı qısa, lakin intensiv hərbi əməliyyatlara hazır olduğunu bildirib. xəbər verir ki, onların sözlərinə görə, ABŞ v
28 oktyabr