Zelenski Ukrayna müsəlmanlarının Ramazan ayında üzləşəcəkləri problemlərdən DANIŞDI

Zelenski Ukrayna müsəlmanlarının Ramazan ayında üzləşəcəkləri problemlərdən DANIŞDIUkrayna Prezidenti Volodimir Zelenski Qətərin paytaxtı Dohada keçirilən forumda çıxışı zamanı ölkəsinin müsəlmanları Ramazan ayında əllərində silahla Ukraynanı qorumalı olacağını bildirib.

Bu barədə Sonxeber.az Türkiyə mətbuatına istinadən xəbər verir.

Ukrayna ilə Rusiya arasında müharibənin 31-ci günündə Qətərin paytaxtında keçirilən Doha Forumunda siyasətçilərə müraciət edən Zelenski qarşıdan gələn Ramazan ayına toxunub.

Zelenski çıxışına Qətəri salamlayaraq deyib: "Sizə bildiyiniz kimi müraciət etmək istəyirəm. Əssəlamu aleykum. Bu sözlər sülh mənasını verən əsas dəyərlərdir və indi Ukraynada bunlar yoxdur. Çünki Rusiya Ukraynanı işğal edib müstəmləkəsi altına almağa qərar verdi. Gəlib özlərinin olmayanı aldılar, köhnə imperiyalardakı kimi. Rusiya Ukraynadan 28 dəfə böyükdür və dünyanın ən böyük ölkələrindən biridir. Amma bu, onlar üçün kifayət deyil. Rusiya administrasiyası bizim torpağımızı almaq və insanlarımızı fəhlə kimi istifadə etmək istəyir. Amma 31 gündür ki, Ukrayna özündən 28 dəfə böyük olan ölkəyə qarşı müqavimət göstərir.

Rusiya Ukraynanı aldıqdan sonra dayanacaqmı? Müstəmləkəçilərin tələbləri heç vaxt bitməz. Rusiya sülh içində yaşanmayan dövrlərin geri qaytarılmasını istəyir. Siz xalqınız arasında ədalətin olmasını təmin etmək üçün əlinizdən gələni edirsiniz, lakin biz 31 gündür ədalət axtarırıq. Birləşmiş Millətlər Təşkilatının köməyini yüksək qiymətləndirirəm, lakin bu, ədalətli deyil. Rusiyanın Ukraynaya etdiyi ədalətsizlikdir. Nüvə silahı ilə qorxudur və hədələyirlər".

Məscidlərin də Rusiya bombardmanlarından zərər gördüyünü bildirən Zelenski əlavə edib: "Şəhərlərimizə baxın, xüsusilə dağıntı və ağrı ilə dolu olan Mariupol şəhəri. Ukrayna müxtəlif millətlərə və dinlərə ev sahibliyi edən bir ölkədir. Ukraynada bir milyondan çox müsəlman yaşayır və Rusiya raketləri bütün xalqımızı təhdid edir. Təkcə Mariupol şəhərində 4 000 müsəlman var idi. Mariupol məscidlərində 3 həftədir ki, aralarında uşaqlar, qadınlar və qocalar da daxil olmaqla 80-ə yaxın insan var".

O, qeyd edib ki, bütün yollar bağlıdır və Rusiya ordusu humanitar yardımın həmin əraziyə daxil olmasına mane olur: "Hazırda heç nə yoxdur. Gecə-gündüz bombalayırlar və şəhərin 90 faizi dağıdılıb. Burada 1 000 insan həyatını itirdi, amma Rusiya buna görə heç bir cəza almadı. O, müsəlmanların yaşadığı Krımın işğalına görə də cəzalandırılmayıb. Bu 31 günlük rus işğalı zamanı məscid və kilsələr də daxil olmaqla 59 ibadət yeri, 200 məktəb və onlarla xəstəxana dağıdılıb. Yenə 10 milyon ukraynalı qaçqın vəziyyətinə düşüb və 3,5 milyondan çox ukraynalı ölkəsini tərk etməli olub. Üstəlik, onların əksəriyyəti qadınlar və uşaqlardır. Bu, qaçqın böhranı hesab olunur. Amma bu başqa bir şey deyil. Əsl böhran qarşıdadır".

Ukrayna lideri qeyd edib ki, yaxın günlərdə Ramazan ayı başlayır: "Bu ayın əhəmiyyətini və mənasını heç kimə izah etməyə ehtiyac duymuruq. Bütün dünya bunu bilir və hörmət edir. Ukrayna müsəlmanları Ramazan ayında əllərində silahla ölkələrini və azadlıqlarını qorumalı olacaqlar. Biz birlikdə daha çox çalışıb Ramazan ayının Rusiyaya sülh istəməsi ilə kölgədə qalmamasını təmin etməliyik. Biz beynəlxalq asayişi təkcə Ukrayna üçün deyil, hamı üçün qorumalıyıq. Əfqanıstandan başlayaraq, İraq, Suriya, Yəmən və Somalidə sülh üçün çalışmalıyıq. Yaşasın Ukrayna"./Report


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 1097   Tarix: 27 mart 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Tramp tezliklə Putin və Zelenski ilə görüşəcəyini bildirib

ABŞ prezidenti Donald Tramp yaxın gələcəkdə Rusiya prezidenti Vladimir Putin və Ukrayna prezidenti Volodymyr Zelenski ilə görüşməyi ümid etdiyini bildirib. xəbər verir ki, Tramp jurnalistlərə verdiyi açıqlamada bildirib ki, "Rusiya və Ukrayna ətrafındakı vəziyyətlə bağlı böyük irəliləyiş əldə etmişik

28 oktyabr
.

Qazaxıstan rusiyalı avtomobil alıcılarına qarşı sanksiyalar tətbiq edir

Qazaxıstan sanksiyalar səbəbindən rusiyalılara, hətta yerli qeydiyyatı olanlara belə avtomobil satışını dayandırıb. xəbər verir ki, Rusiya vətəndaşına Almatıdakı Skoda dilerliyində Rusiya pasportu ilə sövdələşməkdən imtina edilib və bu, Aİ sanksiyaları və Çexiya şirkətinin siyasəti ilə izah edilib. Oxşa

27 oktyabr
.

Rusiya Kiyevə zərbələr endirib: Ukraynada lokal atəşkəs başlayıb

Rusiya qüvvələri Ukraynanın paytaxtı Kiyevə raket və dron hücumları həyata keçirib. Hücumlar Rusiyanın nəzarətində olan Oleşki şəhərində humanitar yardımın çatdırılması və mülki əhalinin təxliyəsi üçün nəzərdə tutulan lokal atəşkəsin başlaması ilə eyni vaxta təsadüf edib. Bu barədə The Guardian nəşr

27 oktyabr
.

Almaniya xüsusi təyinatlı qüvvələrini Rusiya ilə mümkün münaqişəyə hazırlayır

Almaniya Bundesverinin xüsusi təyinatlı qüvvələri Rusiya ilə mümkün hərbi münaqişəyə hazırlıq keçir. xəbər verir ki, bu barədə "Bild" qəzeti briqada komandiri Andreas Künəyə istinadən məlumat yayıb. Künenin sözlərinə görə, hazırlıq konkret rəqibə - Rusiyaya qarşı yönəlib. Hərbçilər uzunmüddətl

27 oktyabr
.

ABŞ İrana qarşı yeni hücumlara hazırlaşır? - Müharibənin xərci 47 milyard dolları ötüb

ABŞ ilə İran arasında davam edən müharibə fonunda yeni hərbi əməliyyatların başlanması ehtimalı gündəmə gəlib. The Wall Street Journal qəzetinin məlumatına görə, Vaşinqton Körfəz ölkələrini noyabrın 3-də keçiriləcək ABŞ aralıq seçkilərindən sonra İrana qarşı qısamüddətli və intensiv hərbi əməliyyatları

28 oktyabr
.

Qrenlandiyada 60 il unudulan torpaq nümunələri alimləri təəccübləndirdi

Qrenlandiyada təxminən 60 il əvvəl götürülmüş torpaq nümunələrinin araşdırılması adanın keçmiş iqlimi ilə bağlı maraqlı faktları üzə çıxarıb. Məlum olub ki, təxminən 400 min il əvvəl ərazinin hazırda buzla örtülü olan hissəsi buzdan azad olub, yay temperaturu isə indiki göstəricilərdən 4,7 dərəcə yüksə

26 oktyabr
.

Stubb Putindən sonra Zelenskiyə zəng vurub

Finlandiya Prezidenti Aleksandr Stubb və Norveçin Baş naziri Yonas Qar Störe Rusiya Prezidenti Vladimir Putinlə danışıqlardan sonra Ukrayna Prezidenti Volodimir Zelenskiyə zəng ediblər. "Novyny.LIVE" yazdığına görə, bu barədə Zelenskinin mətbuat katibi Dmitri Litvin məlumat verib. Danışıqlard

27 oktyabr
.

Cənubi Koreya Ukraynadan 8 diplomatını geri çağırıb

Kiyevin iki Şimali Koreya hərbi əsirinin təhvil verilməsi barədə məlumatı açıqlaması ilə bağlı yaranan mübahisə fonunda Cənubi Koreya Ukraynadan 8 diplomatik əməkdaşını geri çağırıb. "Report" "Yonhap" agentliyinə istinadən xəbər verir ki, bu barədə Cənubi Koreyanın xarici işlər nazir

27 oktyabr
.

Çexiyada orta əsrlərdən qalma xəstəlik geniş yayılır

Çexiyada parazit gənənin törətdiyi yoluxucu xəstəlik olan qaşınma hallarının sayı artır. Ən çox yoluxma Moraviya-Sileziya diyarında, xüsusilə Ostrava şəhərində qeydə alınır. Qaynarinfo xəbər verir ki, bu barədə Çexiyanın "iDNES.cz" nəşri məlumat yayıb. Çexiya Səhiyyə İnstitutunun məlumatın

27 oktyabr