Rusiyadan qaçaqaç başlayıb: Türkiyə də qucaq açır…
Qərbin sərt sanksiyaları ilə üzləşən Rusiya daha bir zərbəni tərəfdaşı Çindən alıb. Çinin dövlət şirkəti olan "Sinopec Group" Rusiyanın Amur kimya kompleksinə yatırım qoymaq planından imtina edib. 2020-ci ildə imzalan sazişə görə, Amurda kimya kompleksinin 2024-cü ildə işə düşməsi planlaşdırılırdı. Olmadı. Pekin Qərbin sanksiyalarından ehtiyat edir.
Bu sözləri pilitoloq Elxan Şahinoğlu qeyd edib.
O bildirib ki, Rusiyanın hazırkı durumundan peşəkarlar, iş adamları ölkədən gedir:
"Misal üçün Rusiyanın informasiya texnologiyaları üzrə ixtisaslaşan kiçik şirkətləri, proqramçılar müxtəlif dövlətlərə dəvət olunur və onlara çalışmaq üçün şərait yaradılır. Türkiyə rəsmiləri Rusiya bazarını tərk edən nəhəng şirkətləri Türkiyə bazarına yatırım qoymağa və yerləşməyə dəvət edirlər. Qərbdə sıxışdırılan rusiyalı oliqarxlar da özlərinə yeni məkanlar axtarırlar. Məsələn, Dubaya axın edən rusiyalı milyarderlərin sayı artıb. Onlar Dubayda daşınmaz əmlak alır, burada yeni biznes planlarını hazırlayırlar. Bir qisim rusiyalı oliqarx Türkiyədə investisiya imkanlarını da nəzərdən keçirir.
Bu arada, Hindistanın Ticarət Nazirliyi buğda ixracı ilə bağlı Azərbaycan və Türkiyə də daxil olmaqla, 30 ölkəyə müraciət etmək üçün qərar qəbul edib. Hindistan dünyanın 30-a yaxın buğda idxal edən ölkəsində Rusiya və Ukraynanı əvəz etmək niyyətindədir. Rusiya və Ukrayna dünyanın buğda istehsalı bazarında önəmli mövqeləri malik idilər. Ancaq bu iki ölkə arasında müharibə səbəbindən buğda idxalında da problemlər yaranıb. Dehli yaranan imkandan istifadə edərək Rusiya və Ukrayna buğdasından asılı olan ölkələrə öz buğdasını təklif edib. Azərbaycan buğdanı Rusiya və Qazaxıstandan alır. Mövcud problemlər səbəbindən buğda idxalını da şaxələndirməyə ehtiyac var"./Axar
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 2559 Tarix: 27 mart 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Sevgilisinin infarkt keçirdiyini görüb, özünü binadan atdı
İstanbulun Pendik hotelində ölümlə nəticələnən hadisə baş verib. Unikal.org-a istinadən xəbər verir ki, sevgilisi ilə birlikdə hotelə gələn 46 yaşlı Abdülmecit Yılmazın qəfildən vəziyyəti pisləşib. Belə ki, kişi 38 yaşlı sevgilisi Zöhrəyə "Ürəyim sıxılır" deyərək, yardım istəyib. Amma kiş
16 sentyabr 2021Yəməndə fövqəladə vəziyyət elan edildi
Yəmənin cənubunda husilərin mümkün hücumu və ağır iqtisadi vəziyyətə qarşı kütləvi etirazlar fonunda fövqəladə vəziyyət elan edilib. -a istinadən xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb. Ölkənin cənub administrasiyasının rəhbəri Aydarus əl-Zübeydi bildirib ki, bütün əyalətlərdə silahl
16 sentyabr 2021DƏHŞƏTLİ QƏTL: Ailəsi ilə görüşə getdi, sevgilisini və özünü güllələdi - FOTO
Moldovada eyni vaxtda qətl və intihar hadisəsi baş verib. bu barədə Publika-ya istinadən xəbər verir. Bildirilib ki, qətl sentyabrın 12-də Hinceşti rayonunun Fundul Galbenei kəndində baş verib. Qeyd olunur ki, sevdiyi qızın qohumları ilə görüşə gələn gələcək kürəkən arasında mübahisə baş verib. 28 yaşl
16 sentyabr 2021Qəbirdən çıxanı gördü, videonu titrəyərək çəkdi - VİDEO
ABŞ sakini tərəfindən çəkilən qorxunc kadrlar hər kəsi heyrətə salıb. -a istinadən xəbər verir ki, qəbiristanlıqdan çıxan saçları çəkən Coel Morrison saçların niyə çıxdığına təəccüblənib və səlahiyyətlilərdən məsələyə baxılmasını istəyib. Qəbirstanlıqda yaxınını ziyarət edən Morrison qəbirdən çıxan saçların
17 sentyabr 2021Məzarlıqda gördüyü mənzərə dəhşət saçdı - VİDEO
ABŞ-ın Kaliforniya ştatında yaşayan Joel Morrison "Saint Joseph Katolik"qəbiristanlığı ziyarət edərkən təəccüblü bir hadisə ilə üzləşib. xəbər verir ki, qadın məzarların arasında gəzərkən, qəbirlərdən biri onun diqqətini çəkib. Joel məzara yaxınlaşdıqda daşların arasında bir qadına məxsus saçı
17 sentyabr 202118 yaşlı tennisçinin geyimi sosial şəbəkələrdə ajiotaj yaratdı - FOTO
"US Open"in qalibi olan britaniyalı tennisçi Emma Radukanunun Açıq Çempionatda geyindiyi idman komplekti böyük ajiotaja səbəb olub. "Böyük Dəbilqə" turinirinin 18 yaşlı çempionu, "Nike" firmasının dar topunda və yubka-şortda korta çıxıb. Məlumata görə, elə həmin günü şirkəti
15 sentyabr 2021