Bu ərazilər Azərbaycanın nəzarətinə keçdi - RƏSMƏN TƏSDİQLƏNDİ

Bu ərazilər Azərbaycanın nəzarətinə keçdi - RƏSMƏN TƏSDİQLƏNDİ"Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu hazırda dislokasiya işləri apararaq mövqelərini möhkəmlədir. Beləliklə, tarixi torpaqlarımızdan olan Fərrux kəndi də Azərbaycanın nəzarəti altına keçib".

Bu fikirləri "Report"a açıqlamasında Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin üzvü Cavid Osmanov deyib.

"44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz tarixi qələbə qazanaraq 30 il müddətində işğala məruz qalan torpaqlarımızı azad etdi və ərazi bütövlüyümüz təmin olundu. Eyni zamanda Ermənistan diz çökərək, yalvararaq kapitulyasiya aktına imza atdı və beləliklə, 10 noyabr 2020-ci il tarixində üçtərəfli Rusiya, Azərbaycan Prezidentləri və Ermənistan Baş nazirinin imzası ilə təsdiq olunmuş bəyanat imzalanıb. Bəyanata əsasən, ərazilərimizin bir hissəsində, tarixi torpaqlarımızda Rusiya sülhməramlı kontingenti yerləşdirildi", - deputat xatırladıb.

Onun sözlərinə görə, Xocalı rayonunun Fərrux kəndinin Azərbaycanın nəzarəti altına keçməsi növbəti tarixi qələbədir:

"Bu torpaqlar Azərbaycanın əzəli əraziləridir və bundan sonra da bütün o torpaqlar Azərbaycanın nəzarəti altında olacaq. Xüsusilə vurğulamaq istəyirəm ki, Azərbaycan Prezidentinin "Nəyi, nə vaxt, necə edəcəyi" sözləri indi öz yerini təsdiqləmiş olub. Uğurlu diplomatik-siyasi yollarla artıq Fərrux kəndi də Azərbaycanın tam nəzarəti altına keçmiş oldu".


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 12823   Tarix: 27 mart 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Prezident İlham Əliyev Şahbaz Şərifə təşəkkür edib - Foto

Azərbaycan Prezidenti İlham Əliyev Pakistanın Baş naziri Şahbaz Şərifə onun Zəfər Günü ilə bağlı təbrikinə görə təşəkkür edib. xəbər verir ki, bu barədə Prezidentin "X" sosial şəbəkə hesabında məlumat paylaşılıb. "Əziz qardaşım Məhəmməd Şahbaz Şərif, Zəfər Günü münasibətilə mənə və Azərbayca

8 noyabr
.

Türkiyə Prezidenti Ankara ilə Bakı arasındakı münasibətləri "sönməz məşəl" adlandırıb - Video

"Azərbaycanın işğaldan azad edilmiş torpaqlarının bərpası və inkişafı istiqamətindəki səylər Türkiyədə diqqətlə izlənilir. Qarabağın irsinin bərpası xalqın gələcəyə inamının parlaq sübutudur". AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Şuşada Azərbayca

8 noyabr
.

Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - YENİLƏNİB+Foto

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 8-də Xocalı şəhərində Xocalı Soyqırımı Memorialını ziyarət ediblər. BİG.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan və Türkiyə prezidentləri Memorialın önünə əklillər qoyublar

8 noyabr
.

Azərbaycanın və Türkiyənin birinci xanımları çay süfrəsi arxasında söhbət ediblər - Foto

Noyabrın 8-də Azərbaycan Respublikasının birinci xanımı Mehriban Əliyeva və qızı Leyla Əliyeva Türkiyə Respublikasının birinci xanımı Əminə Ərdoğan ilə çay süfrəsi arxasında söhbət ediblər. xəbər verir ki, bu barədə AZƏRTAC məlumat yayıb

8 noyabr
.

Azərbaycan Prezidenti: "44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi"

"Şuşanın azad edilməsi həm böyük rəmzi məna daşıyırdı, həm də İkinci Qarabağ müharibəsinin önəmli hissələrindən biri idi". AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla mətbuata bəyanatında bildirib. "44 gün ərzində Siz

8 noyabr
.

Prezident: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

"Bu gün Türkiyə dövləti, əziz qardaşım, hörmətli Prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə böyük gücə çevrilib, dünya miqyasında böyük gücdür". AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla mətbuata bəyanatında bildirib

8 noyabr
.

Ərdoğanın Azərbaycan səfəri başa çatdı - Fotolar

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatıb. "Qafqazinfo" xəbər verir ki, Füzuli Beynəlxalq Hava Limanında Türkiyə dövlətinin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Prezident Rəcəb Tayyib Ərdoğanı və xanımı Əminə Ərdoğanı Azərbaycan Prezidenti İlha

8 noyabr
.

Ərdoğan: "Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb"

"Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı tarixi Qələbə Cənubi Qafqaz tarixində yeni səhifə açıb". BİG.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevlə mətbuata bəyanatında bildirib. "Türkiyə həm Azərbaycanı

8 noyabr
.

Rəcəb Tayyib Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər" - Video

"Azərbaycanın 44 günlük müharibədə qazandığı şanlı Qələbə bütün Türk dünyasında sevinc doğurmaqda davam edir və tarixi ədalətin bərpasının göstəricisidir". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözlər Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Şuşada Azərbaycan Prezidenti İlham Əliyevlə mətbuat

8 noyabr