Qarabağdakı vəziyyətlə bağlı AÇIQLAMA
"Qarabağda baş verən son hadisələr məhz Ermənistan Silahlı Qüvvələrinin təxribatları və Rusiya sülhməramlılarının öz funksiyalarını tam həcmdə yetirməmələri ilə bağlıdır".
Bunu hərbi ekspert Ədalət Verdiyev Qarabağda yaşananları şərh edərkən bildirib.
Onun sözlərinə görə, əgər il yarım bundan əvvəl Rusiya sülhməramlıları üçtərəfli bəyanatda (10 noyabrda Azərbaycan-Rusiya-Ermənistan liderlərinin imzaladığı bəyanat – red.) yazıldığı kimi, erməni silahlılarını ərazidən çıxarsaydı, biz bu gün Qarabağda yaşanan gərginlikləri müşahidə etməzdik.
Ekspert qeyd edib ki, hazırda Qarabağ separatçıları daha irimiqyaslı təxribatlara hazırlıq fəaliyyətləri həyata keçirirlər:
"Araik Arutyunyanın separatçı rejimə bağlı olan qüvvələri hərbi vəziyyət rejiminə keçirməsi də məhz bu təxribatlara hazırlığın tərkib hissəsidir.
Əgər Rusiya sülhməramlıları bu təxribatların qarşısını almazlarsa və həmin silahlıları ən qısa müddətdə ərazidən çıxarmazlarsa, o zaman daha genişmiqyaslı erməni təxribatlarının baş verməsi istisna olunmur.
Belə olan vəziyyətdə isə Azərbaycan Silahlı Qüvvələri Respublikanın sərhədləri çərçivəsində, o cümlədən, Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazilərdə antiterror və ya digər təmizləmə əməliyyatlarını həyata keçirmək məcburiyyətində qalacaq".
Sonxeber.az
Telegramda izləyin
Siyasət Baxılıb: 3850 Tarix: 27 mart 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Kasım-Jomart Tokayev İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Azərbaycan Prezidenti İlham Əliyevi 8 noyabr - Zəfər Günü münasibətilə təbrik edib. AZƏRTAC-a istinadən xəbər verir ki, təbrikdə deyilir:. "Hörmətli İlham Heydər oğlu. Azərbaycan Respublikasının Zəfər Günü münasibətilə səmimi təbriklərimi qəbul edin. B
8 noyabrCeyhun Bayramov və Hakan Fidan ayaqüstü söhbətləşdilər - Video
8 Noyabr - Zəfər Günü münasibətilə Şuşada Azərbaycan və Türkiyə prezidentlərinin birgə bəyanatından əvvəl son hazırlıq işləri görülüb. Baku TV-nin məlumatına görə, tədbir ərəfəsində məkanda azərbaycanlı və türkiyəli jurnalistlər bir araya gələrək həmkarları ilə söhbətləşiblər. Azərbaycanın xarici işlə
8 noyabrÖlkə başçısı: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"
"Biz keçmişdə də bir yerdə olmuşuq, müharibə dövründə də bir yerdə idik, bu gün də bir yerdəyik və gələcəkdə də bir yerdə olacağıq". AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikri Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla mətbuata bəyanatında səsləndirib. "Hesab edirə
8 noyabrPrezident Antalyada keçiriləcək COP31 Sammitinə qatılacaq
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin Antalya şəhərində keçiriləcək COP31 Sammitində iştirak edəcək. "Qafqazinfo" xəbər verir ki, bu haqda "TRT Haber" diplomatik mənbələrə istinadən məlumat yayıb. Qeyd edək ki, COP31 iqlim sammiti noyabrın 9-dan 20-nə qədər Türkiyənin Antaly
8 noyabrƏrdoğanın Azərbaycan səfəri başa çatdı - Fotolar
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatıb. "Qafqazinfo" xəbər verir ki, Füzuli Beynəlxalq Hava Limanında Türkiyə dövlətinin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Prezident Rəcəb Tayyib Ərdoğanı və xanımı Əminə Ərdoğanı Azərbaycan Prezidenti İlha
8 noyabr