"Nəyi, nə zaman və necə edəcəyini hər kəsdən daha yaxşı bilir" - Deputatdan AÇIQLAMA

"Nəyi, nə zaman və necə edəcəyini hər kəsdən daha yaxşı bilir" - Deputatdan AÇIQLAMAİstiqamət: Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük "Vətən Müharibəsi"ndə qazanılmış tarixi qələbə, Ermənistan tərəfindən törədilmiş sülh və insanlıq əleyhinə cinayətlər, habelə müharibə cinayətləri ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması

"Fərrux zəfəri post-münaqişə dövründə Azərbaycanın bölgədə sülhyaratma missiyasının vacib və uğurlu mərhələrindən biridir. Prezident İlham Əliyev mükəmməl zamanlama ilə bir daha dünyaya sübut etdi ki, nəyi, nə zaman və necə etməyi bilir və haqqı ilə bacarır".

Bu sözləri Sonxeber.az-a açıqlamasında millət vəkili Bəhruz Məhərrəmov deyib.

Onun sözlərinə görə, bu qalibiyyət göstərib ki, Azərbaycan bölgənin müstəqil siyasət yürüdən və iradəsini diqtə edən güc mərkəzidir:

"Bu gücümüzün təməlində isə xalqımızın həmrəyliyi, dövlətimizin qüdrəti, ordumuzun qəhrəmanlığı və ən nəhayət müzəffər Ali Baş Komandanın qətiyyəti dayanır. Suveren hüquqlarımız çərçivəsində qeyd edilən yüksəkliklərdə mövqe tutmaqla nəinki Ağdam və ətraf ərazilərin təhlükəsizliyi tam təmin olundu və 10 noyabr bəyanatına zidd olaraq hələ də bölgədə mövcud olan qanunsuz erməni silahlı dəstələrinin həmin istiqamətdə manevr və hərəkət imkanları heçə endirildi. Biz eyni zamanda dünyaya nümayiş etdirdik ki, beynəlxalq hüququ rəhbər tutmaqla suveren hüquqlarımızın, təhlükəsizliyimizin təmin olunması məsələlərində heç kim bizə maneə yarada bilməz. Terroru, separatizmi dəstəkləyib qərəzli və vicdansız bəyanat verənlər bilsinlər ki, bu son deyil və bütövlükdə regionu təhlükəsiz, xalqların birgə yaşayacağı, əməkdaşlıq edəcəyi sabit bölgəyə çevirənə qədər tədbirlərimiz davam edəcək. Sadəcə indi cəmiyhət olaraq özfəaliyyətdən, spekulyativ bəyanatlardan çəkinməli və dövlət başçımıza güvənməliyik. Bir daha qeyd edirəm, ötən dövrdə baş verənlər dəfələrlə göstərib ki, Prezident İlham Əliyev nəyi, nə zaman və necə edəcəyini hər kəsdən daha yaxşı bilir".

Material Azərbaycan Respublikasının

Medianın İnkişafı Agentliyinin maliyyə

dəstəyi ilə hazırlanmışdır.
"Nəyi, nə zaman və necə edəcəyini hər kəsdən daha yaxşı bilir" - Deputatdan AÇIQLAMAZAİRA AKİFQIZI


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 1348   Tarix: 28 mart 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Kasım-Jomart Tokayev İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Azərbaycan Prezidenti İlham Əliyevi 8 noyabr - Zəfər Günü münasibətilə təbrik edib. AZƏRTAC-a istinadən xəbər verir ki, təbrikdə deyilir:. "Hörmətli İlham Heydər oğlu. Azərbaycan Respublikasının Zəfər Günü münasibətilə səmimi təbriklərimi qəbul edin. B

8 noyabr
.

Rəcəb Tayyib Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər" - Video

"Azərbaycanın 44 günlük müharibədə qazandığı şanlı Qələbə bütün Türk dünyasında sevinc doğurmaqda davam edir və tarixi ədalətin bərpasının göstəricisidir". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözlər Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Şuşada Azərbaycan Prezidenti İlham Əliyevlə mətbuat

8 noyabr
.

Şuşada İlham Əliyevin Rəcəb Tayyib Ərdoğanla təkbətək görüşü keçirilib - YENİLƏNİB+Foto

Şuşada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanla təkbətək görüşü keçirilib. xəbər verir ki, bu barədə AZƏRTAC məlumat yayıb. 14:57. Şuşada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkiyə Respublikasının Prezidenti Rəcə

8 noyabr
.

Ceyhun Bayramov və Hakan Fidan ayaqüstü söhbətləşdilər - Video

8 Noyabr - Zəfər Günü münasibətilə Şuşada Azərbaycan və Türkiyə prezidentlərinin birgə bəyanatından əvvəl son hazırlıq işləri görülüb. Baku TV-nin məlumatına görə, tədbir ərəfəsində məkanda azərbaycanlı və türkiyəli jurnalistlər bir araya gələrək həmkarları ilə söhbətləşiblər. Azərbaycanın xarici işlə

8 noyabr
.

Ölkə başçısı: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

"Biz keçmişdə də bir yerdə olmuşuq, müharibə dövründə də bir yerdə idik, bu gün də bir yerdəyik və gələcəkdə də bir yerdə olacağıq". AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikri Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla mətbuata bəyanatında səsləndirib. "Hesab edirə

8 noyabr
.

Prezident Antalyada keçiriləcək COP31 Sammitinə qatılacaq

Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin Antalya şəhərində keçiriləcək COP31 Sammitində iştirak edəcək. "Qafqazinfo" xəbər verir ki, bu haqda "TRT Haber" diplomatik mənbələrə istinadən məlumat yayıb. Qeyd edək ki, COP31 iqlim sammiti noyabrın 9-dan 20-nə qədər Türkiyənin Antaly

8 noyabr
.

Ərdoğan: "Qarabağda bərpa edilən tarixi irs Azərbaycan xalqının gələcəyə olan inamını göstərir" - Foto

"Qarabağ Zəfərinin 6-cı ildönümünü Azərbaycan Prezidenti, əziz qardaşım İlham Əliyevlə birlikdə tarix, təbiət və mədəniyyət şəhəri olan gözəl Şuşada qeyd etməkdən məmnunluq duydum". xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sosial şəbəkə hesabındakı paylaşımında bildirib

8 noyabr
.

Şuşada Rəcəb Tayyib Ərdoğanın rəsmi qarşılanma mərasimi olub - YENİLƏNİB+Foto/Video

Noyabrın 8-də Şuşada Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın rəsmi qarşılanma mərasimi olub. AZƏRTAC-a istinadən xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Azərbaycan Respublikasının Prezidenti İlha

8 noyabr
.

Ərdoğanın Azərbaycan səfəri başa çatdı - Fotolar

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatıb. "Qafqazinfo" xəbər verir ki, Füzuli Beynəlxalq Hava Limanında Türkiyə dövlətinin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Prezident Rəcəb Tayyib Ərdoğanı və xanımı Əminə Ərdoğanı Azərbaycan Prezidenti İlha

8 noyabr