Fərrux Zəfəri – Azərbaycan torpaqlarının təmizlənməsi davam edir

Fərrux Zəfəri – Azərbaycan torpaqlarının təmizlənməsi davam edirAzərbaycanın daha bir ərazisində dövlət bayrağı dalğalanır. Xocalı rayonunun Fərrux kəndi Azərbaycanın tam nəzarətindədir.

Fərrux kəndi ilə qısa tanışlıq

Dağətəyi ərazidə yerləşir. Kənddə eyniadlı yüksəklik var. Bu yaşayış məntəqəsinin adı ilə bağlı müxtəlif fikirlər səslənir. Kəndin əsasının Fərrux adlı şəxs tərəfindən qoyulduğu üçün belə adlandırıldığı ehtimal edilir. Kəndin yaxınlığında Fərrux gölü, Fərrux adlı başqa obyektlər də qeydə alınıb. Ermənilər Azərbaycan dilində olan alınma sözlərdəki "f" hərfini "p" kimi tələffüz (məsələn, fındığı "pındıq" dedikləri kimi) etdiklərindən bu kəndin də adını "Paruk" kimi səsləndiriblər.

Ehtimal edilir ki, Fərrux adı atəşpərəstlik dövründən qalmadır. Onun uğurlu, müqəddəs, mübarək, işıqlı insan, müdrik, cəsarətli, həqiqəti yalandan ayıran kimi mənaları var. Kənd Əsgərandan 16, Xankəndidən 32 km aralı yerləşir.

1988-ci ildə Qarabağ hadisələri başlayandan Fərrux kəndinə əsasən İrəvandan, Livandan, Suriyadan gətirilərək yerləşdirilmiş erməni silahlıları, muzdluları Ağdamın Cinli, Əlimədədli və başqa yaxın kəndlərini atəşə tutub, dinc insanları qətlə yetirib, yaralayıblar. Münaqişənin ilk illərində dəfələrlə ermənilər Fərruxdan Cinli kəndinə hücum ediblər. Münaqişə dövründə kənd və yaxınlıqdakı Fərrux yüksəkliyi xüsusi strateji əhəmiyyətə malik bir yer olub. 1992-ci il yanvarın 31-də Milli Qəhrəman Şirin Mirzəyevin başçılıq etdiyi tabor, Ağdamın yerli özünümüdafiə qüvvələri və Xüsusi Təyinatlı Milis Dəstəsi ("OMON") Fərrux kəndini erməni quldurlarından azad etmək üçün əməliyyat keçirmişdilər. Kənd 1993-cü ildən 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olub.
Fərrux Zəfəri – Azərbaycan torpaqlarının təmizlənməsi davam edir2020-ci il noyabrın 10-da imzalanan üçtərəfli bəyanata uyğun olaraq, Fərrux kəndi müvəqqəti yerləşdirilən Rusiya sülhməramlı qüvvələrinin nəzarətinə keçmişdi. Ancaq ermənilərin qanunsuz silahlı dəstələri 30 il əvvəlki kimi yenidən Fərruxdan atəş açmağa və regionda atəşkəsi pozmağa başladılar. Azərbaycan Ordusu əməliyyat keçirərək ərazini qanunsuz silahlılardan təmizləyib.

Azərbaycan ictimaiyyətini maraqlandıran suallar

Bu arada bir neçə sual yaranır: Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazidə ermənilər qanunsuz silahlı dəstəni necə yarada və ya saxlaya bilirlər? Rusiya hərbçiləri indiyədək nəzarət etdikləri ərazidə qanunsuz silahlı dəstələrin yaranmasına niyə göz yumublar? Məlum bəyanatın 4-cü maddəsinin "Rusiya Federasiyasının sülhməramlı kontingenti erməni silahlı qüvvələrinin çıxarılması ilə paralel şəkildə yerləşdirilir" hissəsinə niyə əməl edilmir? Bölgədə niyə erməni silahlı qüvvələri hələ də var?

Həm bəyanatda, həm də iki ölkə arasında müttəfiqlik bəyannaməsində Rusiyanın uyğun öhdəlikləri var. Odur ki, Rusiya Azərbaycan qarşısında üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyi üçün bu suallar yaranıb.

Ancaq hadisələr Rusiyanın bu kimi məsələlərdə beynəlxalq hüququ və ikitərəfli anlaşmaları pozmağa adət etdiyini deməyə əsas verir.
Fərrux Zəfəri – Azərbaycan torpaqlarının təmizlənməsi davam edirBu baxımdan kapitulyasiya aktından sonra Ermənistan və erməni separatçılarının belə davranışında məsuliyyəti Rusiyanın daşıdığı birmənalıdır. Çünki hadisələr sübut etdi ki, regionda separatçılar Rusiyadan dəstəklənib və müdafiə olunublar. Rusiyalı erməni milyonçuların qanunsuz silahlı dəstələrə yardımı kimi faktlar bunu təsdiqləyir. Rusiya sülhməramlılarının başçılarının sepratçıların və qanunsuz silahlı dəstələrin başçısı Araik Arutyunyanla xoş münasibəti də Moskvanın həmin qüvvələrə yardımının göstəricisidir.

Rusiya sülhməramlıları beynəlxalq ictimaiyyətin gözünə kül üfürürlər

Daha bir təzadlı məsələ. Rusiya sülhməramlıları kiminlə kim arasında atəşkəsə nəzarət edirlər? Bəyanata əsasən, Ermənistanın silahlıları və qanunsuz silahlı dəstələr bölgədə olmazlarsa, atəşi kim açacaq? Deməli, Rusiya sülhməramlıları müvəqqəti yerləşdikləri regionda daha uzun müddət qalmaq üçün onlara uydurma "atəşkəsin" pozulması məsələsi lazımdır. Həmin qanunsuz dəstələr atəş açır, rusiyalı hərbçilər də özlərini ədalətli vasitəçi kimi təqdim edirlər. Bununla da beynəlxalq ictimaiyyətin gözünə kül üfürülür.

Fərrux kəndində keçirilən mövqelərin və dislokasiya yerlərinin dəqiqləşdirilməsi işləri Azərbaycanın hərb tarixinə "Fərrux Zəfəri" adlı yeni bir səhifə yazdı.
Fərrux Zəfəri – Azərbaycan torpaqlarının təmizlənməsi davam edirFərrux kəndinin azad olunması bir daha göstərdi ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa etməkdə qətiyyətlidir. Kənddəki əməliyyatın bu günlərdə keçirilməsi də təsadüfi sayılmır. Bu, Azərbaycan Prezidenti İlham Əliyevin atdığı addımlarının ölçülü-biçili olduğunun göstəricilərindəndir. O, bununla Azərbaycan vətəndaşlarına ərazi bütövlüyünün təmin olunacağı ilə bağlı verdiyi sözə əməl etdiyini sübuta yetirir.

Ermənilər kəmfürsət, yalançı və etibarsızdırlar

Havadarlarının və ideoloqlarının uydurması, xəyalları əsasında ermənilərin Azərbaycanda, Cənubi Qafqazda törətdikləri vəhşiliklərin acı nəticələri zaman-zaman aradan qalxır. 44 günlük müharibədə Azərbaycan ermənilərə və havadarlarına yerini göstərdi. Son əməliyyatlar bir daha Fərrux kəndinin də o biri ərazilər kimi Azərbaycana məxsusluğunu isbatladı.

Ermənilər kəmfürsət, yalançı və etibarsızdırlar. Havadarları və arxalarında duranlar onların bu kimi etnik xarakterini yaxşı bilirlər. Ona görə də bu etnik qrupdan iğtişaş yaratmaq, öhdəlikləri pozmaq, pozuculuq fəaliyyəti və başqa çirkin əməllərdə istifadə edirlər. Onlardan bir qayda olaraq əl buyruğu kimi istifadə olunur. İddiaları və hikkələri olan dövlətlərə qarşı uydurma erməni faciələrindən və tarixindən yararlanırlar. Elə Fərrux Zəfəri ilə bağlı Rusiya Müdafiə Nazirliyinin yaydığı məlumat və təhriflər bunu təsdiqləyir. Rusiya Müdafiə Nazirliyinin kəndin adını "Furux" kimi təqdim etməsi bir çox mətləblərə aydınlıq gətirir və s.

Report İnformasiya Agentliyi


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 974   Tarix: 28 mart 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Prezident İlham Əliyev: "TDT çox böyük beynəlxalq nüfuza malik təşkilatdır"

"Türk Dövlətləri Təşkilatı çox böyük beynəlxalq nüfuza malik olan təşkilatdır". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən söyləyib. Dövlətimizin başçısı deyib ki, çünki müxtəlif formatlarda müzakir

17 sentyabr
.

İlham Əliyev: "Azərbaycanın ikitərəfli gündəliyi, ilk növbədə, Türk dünyası ölkələrinə yönəlib"

"Azərbaycan TDT-yə üzv ölkələrlə ikitərəfli formatda fəal əməkdaşlıq edir". AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən deyib. "Qazaxıstan, Özbəkistan və Qırğızıstanla birgə investisiya fondlar

17 sentyabr
.

Azərbaycan Prezidenti: "TDT-yə üzv ölkələrin potensialı kifayət qədər böyükdür"

"Təşkilata üzv ölkələrin rəhbərlərinin ümumi mövqeyi məhz ondan ibarətdir ki, beynəlxalq arenada TDT-nin rolunu və yerini gücləndirək. Bunun üçün bütün imkanlar var". AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərin

17 sentyabr
.

İlham Əliyev neft sənayesi işçilərini təltif etdi - Siyahı

Prezident İlham Əliyev neft sənayesi işçilərinin təltif edilməsi ilə bağlı Sərəncam imzalayıb. -a istinadən xəbər verir ki, onlar Azərbaycan neft sənayesinin inkişafında xidmətlərinə görə təltif ediliblər. 3-cü dərəcəli "Əmək" ordeni ilə. Bağırova Ülviyə Adil qızı. Bayatlı Tamam Fərman qızı

19 sentyabr
.

Prezidentdən Famil Mustafayevlə bağlı sərəncam

Famil Front oğlu Mustafayev 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib. -a istinadən xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb. O, Azərbaycan Respublikasında elmi fəaliyyətin qiymətləndirilməsi sahəsində səmərəli fəaliyyətinə görə bu təltifə layi

17 sentyabr
.

Prezident İlham Əliyev: "Regional təhlükəsizliklə bağlı məsələlər çox mühüm əhəmiyyət daşıyır"

"Ətrafımızda müharibələr gedir və bu müharibələrin nə sonu, nə də qurtaracağı görünür. Müharibələrin coğrafiyası genişlənir". AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən səsləndirib. "Döyüşə

17 sentyabr
.

Azərbaycan XİN: "Dövlət suverenliyinin bərpası regionda yeni siyasi reallıq yaradıb"

Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) Dövlət Suverenliyi Günü ilə bağlı bəyanat yayıb. həmin bəyanatı təqdim edir:. "20 sentyabr dövlət suverenliyimizin bərqərar olduğu, xalqımızın çoxəsrlik dövlətçilik salnaməsinə qızıl hərflərlə yazılmış tarixi gündür. 19-20 sentyabr 2023-cü il tarixlərind

20 sentyabr
.

Azərbaycanın TDT-də birləşdirici mövqeyi yüksəlir

Son bir neçə gün ərzində Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin dini liderlərinin, ardınca isə TDT Təhlükəsizlik Şuralarının katiblərinin Bakıda toplaşması Azərbaycanın bu müstəvidə münasibətlərinin yüksək səviyyədə, sistemli və çoxşaxəli olduğunu ortaya qoydu. Qısa müddət ərzində həm dini, hə

18 sentyabr
.

Azərbaycanda Dövlət Suverenliyi Günü qeyd olunur

Sentyabrın 20-si Azərbaycanda Dövlət Suverenliyi Günü kimi qeyd olunur. xatırladır ki, bununla bağlı Prezident İlham Əliyev 2024-cü il sentyabrın 19-da Sərəncam imzalayıb. Ermənistanın ardıcıl təxribatlarına cavab olaraq 2020-ci il sentyabrın 27-də başlamış 44 günlük Vətən müharibəsi nəticəsində Azərbayca

20 sentyabr