Təhsil şöbəsinin müdiri: "İcra hakimi məndən üç min manat rüşvət aldı"

Təhsil şöbəsinin müdiri: "İcra hakimi məndən üç min manat rüşvət aldı"Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində İmişli Rayon İcra Hakimiyyətinin (RİH) həbsdə olan sabiq başçısı Vilyam Hacıyevin cinayət işi üzrə məhkəmə iclasında şahidlər dindirilib.

"Report"un xəbərinə görə, hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə şahid Səfa Ağayev bildirib ki, Yeni Azərbaycan Partiyasının İmişli rayon təşkilatının sədri işləyir.

O deyib ki, daha əvvəl V.Hacıyevin birinci müavini vəzifəsində çalışıb:

"Mən İmişli Rayon İcra Hakimiyyətini əməkdaşlarını Prezident yanında Dövlət İdarəçilik Akademiyasına göndərişlər etmişəm".

Daha sonra şahid qismində Mahir İsmayılov dindirilib. O, hazırda İmişli şəhər bələdiyyəsinin sədri vəzifəsində işlədiyini söyləyib:

"Şəhərin abadlaşdırılması üçün rayon icra hakimiyyətinə 4 min manat pul vermişəm. Sahibkar Taleh Şirəliyev mağazasına sənəd almaq istəyirdi. Mən bu işlə bağlı icra başçısının qəbuluna getdim. O, baş mühasib Cəmil Musayevi çağıraraq, bu məsələni ona həvalə etdi. Mən də Cəmilə ilk olaraq 800 manat, daha sonra isə 400 manat pul verdim".

Şahid Əli Qurbanov İmişli rayon Göbəktala kənd bələdiyyəsində çalışdığını vurğulayıb. Onun sözlərinə görə, kənd icra nümayəndəsi təyin olunması üçün V.Hacıyevə 4 min manat pul verib: "Lakin verdiyim məbləğ rəsmiləşdirilmədi".

Məhkəmədə Göbəktala kənd bələdiyyəsinin sədri Əbülfət Əliyev də ifadə verib. O deyib ki, İmişli rayonunda uzun müddət icra nümayəndəsi vəzifəsində çalışıb: "İmişli şəhərinin abadlıq işlərinin görülməsi üçün 2 min 700 manat pul vermişəm".

Sahibkar Zülfüqar Cabbarov isə ifadəsində 150 hektarlıq torpaq sahəsinin sənədləşdirilməsi üçün rayonun baş mühasibinə16 min manat pul verdiyini söyləyib.

Şahid Ələmdar Quliyev dindirilən zaman vurğulayıb ki, İmişli Rayon Təhsil Şöbəsinin müdiri vəzifəsində işləyir. O, baş mühasibə "Ölkəmizi tanıdaq" layihəsinə görə RİH-nin baş mühasibinə 3 min manat pul verdiyini deyib: "Vəzifəyə təyin" ediləndən sonra Vilyam Hacıyev məni əsassız yerə sıxışdırırdı, pul istəyirdi. Daha sonra ona üç min manat pul verdim".

Şahid Füzuli İsayev V.Hacıyevin köməkçisi işlədiyini bildirib. Onun sözlərinə görə, rayonda hər hansı layihə həyata keçirmək istəyən ayrı-ayrı şəxslər konvertlərdə pul gətirib verirmiş: "Mən də həmin pulları Vilyam Hacıyevə təqdim edirdim".

Şahid Tamerlan Qurbanzadə mağazasına sərəncamın verilməsi üçün 2 min manat, Əziz Hüseynov 100 hektar torpağa sənəd almaq üçün 20 min manat və Cavid Sarıyev isə RİH-nə işə qəbul olmaq üçün baş mühasibə 15 min manat pul verdiklərini qeyd ediblər.
Məhkəmənin növbəti iclası aprelin 1-nə təyin edilib.

Qeyd edək ki, 2020-ci il mayın 5-də məhkəmənin qərarı əsasında Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən V.Hacıyevin xidməti və yaşadığı ünvanlarda əməliyyat-istintaq tədbirləri həyata keçirilib. Daha sonra o, həbs edilib.

İstintaq orqanı tərəfindən V.Hacıyevin barəsində Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə və ya israf etmə, 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə, yəni vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməsi və ya qulluq mənafeyi tələb etdiyi halda istifadə etməməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurduqda), 311.3.3-cü (rüşvət alma (passiv rüşvətxorluq), külli miqdarda törədildikdə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan olunub.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 3410   Tarix: 28 mart 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Zəfər Günü münasibətilə Bakıda bayram atəşfəşanlığı təşkil olunub - Video

8 Noyabr - Zəfər Günü münasibətilə Bakıda bayram atəşfəşanlığı təşkil olunub. xəbər verir ki, atəşfəşanlıq Dənizkənarı Bulvarda, Saat qülləsinin yaxınlığında baş tutub. Sözügedən görüntüləri təqdim edirik:

8 noyabr
.

Muxtar Babayev: Azərbaycan COP31-i dəstəkləmək üçün əməkdaşlığa hazırdır

Azərbaycan COP29-un irsini qorumağa və Bakıda qəbul edilmiş qərarların icrasını irəlilətməyə dair öhdəliyi COP31-də iştirakla təsdiqləyib. "Report" xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev "X" sosial şəbəkə hesabında yazıb

8 noyabr
.

Azərbaycan 9 ayda təxminən 33 milyon dollarlıq xurma ixrac edib

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 41 min 414,5 ton xurma ixrac edib. "Report" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu həcmdə xurmanın dəyəri 32,7 milyon ABŞ dolları olub. Bu isə ötən ilin müvafiq dövrü ilə müqayisədə həcm baxımından 6 min 311,9 ton (13,2 , dəyər baxımında

8 noyabr
.

PENSİYA VƏ SOSİAL MÜAVİNƏTLƏR NEÇƏ FAİZ ARTACAQ? - Gözləntilər AÇIQLANDI

Məlum olduğu kimi, 2027-ci ildə Azərbaycanda yaşayış minimumunun və ehtiyac meyarının artırılması nəzərdə tutulur. Belə ki, gələn il üçün ölkə üzrə yaşayış minimumu 314 manat, əmək qabiliyyətli əhali üçün 334 manat, pensiyaçılar üçün 258 manat, uşaqlar üçün isə 274 manat müəyyənləşdiriləcək. Ehtiya

8 noyabr
.

Boşananda kredit borcu kimə qalır? - ARAŞDIRMA

Azərbaycanda boşanan ailələrin qarşılaşdığı ən ciddi problemlərdən biri kredit borclarının bölüşdürülməsidir. Evlilik dövründə alınan mənzil, avtomobil və digər əmlakın taleyi ilə yanaşı, banklara olan borclar da keçmiş ər-arvad arasında mübahisəyə səbəb olur. Bəs boşanma zamanı kredit kimin adına rəsmiləşdirilibsə

8 noyabr
.

Əməkhaqlarında kəskin artım gözlənilir?

Son günlər sosial şəbəkələrdə pensiya və sosial müavinətlərin artırılması ilə bağlı müzakirələr yenidən gündəmə gəlib. Sosial şəbəkələrdə zaman-zaman yüksək vəzifəli şəxslərin əməkhaqqı və təminatlarında müşahidə olunan artımlarla pensiya və müavinət artımları müqayisə edilərək sosial ödənişlərin d

8 noyabr
.

Xankəndidəki Zəfər Muzeyinin məkanı bəlli olub

Xankəndi şəhərində yerləşəcək Zəfər Muzeyinin məkanı bəlli olub. AZƏRTAC-a istinadən xəbər verir ki, Prezident İlham Əliyev Zəfər Günü münasibətilə Azərbaycan xalqına təbrikində bu barədə danışıb. Dövlətimizin başçısı deyib: "Bu təbrik sözlərimi mən Xankəndidə, Zəfər tağının önündə deyirəm. Bu

8 noyabr
.

Mətbuat Şurası: " Zəfərin qazanılmasında Azərbaycan jurnalistləri özünəməxsus rol oynayıblar"

8 Noyabr - Zəfər Günü Azərbaycan xalqının milli qürurunun, dövlətçilik iradəsinin, birliyinin və sarsılmaz mübarizə əzminin təntənəsidir. xəbər verir ki, bu barədə Azərbaycan Mətbuat Şurasının 8 Noyabr - Zəfər Günü münasibətilə yaydığı məlumatda qeyd olunub. "Prezident, Müzəffər Ali Baş Komanda

8 noyabr
.

Ağdam, Füzuli və Xocavənddə Zəfər Gününə həsr olunmuş tədbirlər keçirilib

Zəfər Günü münasibətilə Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyi tərəfindən bir sıra silsilə tədbirlər təşkil olunub. "Report" xəbər verir ki, tədbirlərin əsas məqsədi tarixi Zəfərin əhəmiyyətini bir daha vurğulamaq, gənc nəsildə vətənpərvərli

8 noyabr