Avropa çempionatında uğurlu çıxış: Güləşçimiz erməni rəqibinə vaxtından əvvəl qalib gəldi
Azərbaycanın sərbəst güləşçisi Əşrəf Aşırov Macarıstanın paytaxtı Budapeştdə keçirilən Avropa çempionatında Ermənistan təmsilçisinə qalib gəlib.
Sonxeber.az Oxu.Az-a istinadən xəbər verir ki, 79 kq çəki dərəcəsində çıxış edən idmançı əvvəlcə Miroslav Kirova 9:0 hesabı ilə qalib gəlib.
O, 1/4 finalda Ermənistan təmsilçisi Arman Avaqyanla qarşılaşıb. 1 dəqiqə 51 saniyə sonra 11:0 hesablı üstünlüyə görə görüş dayandırılıb və Aşırov yarımfinala yüksəlib. Onun 1/2 finaldakı rəqibi Vadimeri Qamkrelidze (Gürcüstan) olacaq.
57 kq-da Əliabbas Rzazadə gürcü əsilli Levan Metreveli Martanova (İspaniya) 7:0 hesabı ilə qalib gəlib. O, 1/4 finalda Mikyay Salim Naimlə (Bolqarıstan) qarşılaşacaq.
65 kq-da Hacı Əliyev Munir Rəcəp Aktaşa 12:6 hesabı ilə qalib gələrək yarımfinala yüksəlib. Üçqat Avropa çempionumuzun 1/2 finaldakı rəqibi Maksim Sakultan (Moldova) olacaq.
70 kq-da Zirəddin Bayramov meydan sahibi idmançısı Daniel Antalı (Macarıstan) 10:6 hesabı ilə məğlub edib. O, 1/4 finalda Fati Veyseli (Şimali Makedoniya) ilə qarşılaşacaq.
97 kq-da Məhəmmədxan Məhəmmədov Lukas Krasauskasa (Litva) 12:2 hesabı ilə qalib gəlib. Dağıstan əsilli idmançı 1/4 finalda Elizbar Odikadze (Gürcüstan) üzərində 14:7 hesabı ilə qalib gələrək yarımfinala yüksəlib.
Sonxeber.az
Telegramda izləyin
İdman Baxılıb: 1270 Tarix: 28 mart 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
"Fənərbaxça" "Liverpul"a qarşı
UEFA Çempionlar Liqasında Liqa mərhələsinin 4-cü turu davam edir. "Qafqazinfo" xəbər verir ki, bu gecə Türkiyə təmsilçisi "Fənərbaxça" İstanbulda "Liverpul"u qəbul edəcək. UEFA Çempionlar Liqası, Liqa mərhələsi, 4-cü tur. 4 noyabr. 21.45. AEK (Yunanıstan) - "Real"
4 noyabr"Sabah"ın "Vikinq"lə oyununu niderlandlı hakim idarə edəcək
Norveçdə yerli "Vikinq" və "Sabah" komandaları arasında keçiriləcək UEFA Çempionlar Liqasının oyununu idarə edəcək hakimlər müəyyənləşib. "Qafqazinfo" xəbər verir ki, Liqa mərhələsinin 4-cü turunun matçı Niderlanddan olan hakimlər briqadasına tapşırılıb. Qarşılaşmanın ba
2 noyabr"Qalatasaray" və "Fənərbağça" Azərbaycanı təbrik ediblər - Foto
Türkiyənin "Qalatasaray" klubu Qarabağ Zəfərinin 6-cı ildönümü münasibətilə rəsmi "X" hesabında paylaşım edib. xəbər verir ki, klubun paylaşımında "Dost və qardaş ölkə Azərbaycanın Zəfər Günü mübarək!" sözləri yer alıb. "Fənərbağça" klubu da 8 Noyabr - Zəfər Gün
8 noyabrDuranın Azərbaycan bayrağına reaksiyası gündəm oldu - VİDEO
UEFA Avropa Liqasının Liqa mərhələsinin 4-cü turunda keçirilən "Seltik" - "Beşiktaş" matçından (3:2) sonra maraqlı hadisə yaşanıb. -a istinadla xəbər verir ki, Şotlandiya klubunun kolumbiyalı hücumçusu Kamilo Duran azərbaycanlı azarkeşə jest edib. O, qarşılaşma başa çatdıqdan sonr
7 noyabrBellinqem 23 yaşında Kasilyasın 20 illik rekordunu qırıb
İngiltərə millisinin və "Real"ın (İspaniya) futbolçusu Cud Bellinqem UEFA Çempionlar Liqasında İker Kasilyasın rekordunu qırıb. UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Madrid klubunun yarımmüdafiəçisi buna Liqa mərhələsinin IV turunda AEK-lə (Yunanıstan) oyunda iştirak etməklə nai
5 noyabr"Real Madrid" Yaponiya millisinin qapıçısını izləyir
"Real Madrid" klubu İngiltərənin "Aston Villa" komandasında çıxış edən yaponiyalı qapıçı Zion Suzukiyə maraq göstərir. "TEAMtalk" nəşrinə istinadən xəbər verir ki, Madrid təmsilçisi 24 yaşlı qolkiperin çıxışını yaxından izləyir və onu qapıçı mövqeyinin uzunmüddətli perspektiv
7 noyabrArgentina milli komandasının qapıçısı: "Messi bizə hər şeyi öyrətdi"
Argentina yığmasının və Londonun "Çelsi" futbol klubunun qapıçısı Emiliano Martines Lionel Messinin onun üçün bir nümunə olduğunu bildirib. Bu barədə "Marca" nəşrinə istinadən xəbər verir. "Mən də eynilə Messi kimi getmək istərdim. O, bizə hər şeyi öyrətdi: uğursuzluğa düça
31 oktyabr