Hindistanda müəssisələr durdu: 200 milyon insan etiraza qalxıb
Martın 28-i səhərdən Hindistanda ümummilli tətil başlanıb. Onun iki gün davam edəcəyi gözlənilir.
Bu barədə Sonxeber.az Oxu.az-a istinadən xəbər verir.
Ümum-Hindistan Həmkarlar Konqresinin baş katibi Amarcit Kaur jurnalistlərə bildirib ki, aksiya iştirakçılarının sayı ümumilikdə 200 milyona çata bilər.
"Ölkə hakimiyyətinin siyasətinə qarşı martın 28-i və 29-u keçiriləcək tətildə bütün ölkə üzrə 200 milyon işçinin iştirakını gözləyirik", - A.Kaur söyləyib.
Tətil poçt, ictimai nəqliyyat, telekommunikasiya sahələri, energetika, neft, metallurgiya sənayesinin müəssisələrini əhatə edə bilər. Bank işçilərinin həmkarlar təşkilatından bildiriblər ki, onlar da tətilə qoşulacaqlar.
Həmkarların tələblərinə bəzi dövlət müəssisələrinin özəlləşdirilməsinin qadağan olunması, əməkhaqqının artırılması, gəlirlərin "ədalətli bölgüsü", müqavilə ilə işə götürülən işçilər üçün bərabər hüquqlar verilməsi və s. daxildir.
Həmkarlar bazar ertəsi və çərşənbə axşamı ictimai nəqliyyatın hərəkətində və bankomatların fəaliyyətində fasilələrin olacağına diqqət çəkərək vətəndaşlardan tətillə bağlı mümkün məhdudiyyətlərə anlayışla yanaşmağa çağırıb.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 1447 Tarix: 28 mart 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Çexiyada orta əsrlərdən qalma xəstəlik geniş yayılır
Çexiyada parazit gənənin törətdiyi yoluxucu xəstəlik olan qaşınma hallarının sayı artır. Ən çox yoluxma Moraviya-Sileziya diyarında, xüsusilə Ostrava şəhərində qeydə alınır. Qaynarinfo xəbər verir ki, bu barədə Çexiyanın "iDNES.cz" nəşri məlumat yayıb. Çexiya Səhiyyə İnstitutunun məlumatın
27 oktyabrTramp Baydeni Ukraynaya pulsuz silah verməkdə günahlandırdı
ABŞ prezidenti Donald Tramp sələfi Co Baydenin administrasiyası dövründə Vaşinqtonun Ukraynaya 350 milyard dollarlıq silah ötürdüyünü və bunun üçün kompensasiya almadığını açıqlayıb. xəbər verir ki, bu açıqlamanı Texasda Respublikaçılar Partiyası tərəfdarlarının mitinqində verib. "Biz ordunu yenidə
28 oktyabrİsraildə seçkilər: Netanyahu qalib gəlib? - Son nəticələr açıqlandı
İsraildə parlament seçkilərindən sonra Benyamin Netanyahu ilə müxalifət arasında hakimiyyət uğrunda mübarizə davam edir. The Jerusalem Post-a istinadən xəbər verir ki, ilkin nəticələr Netanyahu tərəfdarlarının blokunun öndə olduğunu göstərsə də, hökuməti formalaşdırmaq üçün tələb olunan parlament çoxluğ
28 oktyabrHusilər Səudiyyə Ərəbistanının neft infrastrukturuna hücum elan etdilər
Yəmənin Ənsar Allah hərəkatının Husi üsyançıları Səudiyyə Ərəbistanının neft infrastrukturuna dronlarla hücum etdiklərini iddia edirlər. xəbər verir ki, hərəkatın hərbi sözçüsü Yəhya Səriya bildirib ki, "Şərq və qərb istiqamətlərində xam neft vuran nasos stansiyalarına pilotsuz təyyarələr zərbələr
26 oktyabrBöyük faciədən doğan tarixi kəşf: Dənizçiləri xilas edən ixtira
1707-ci ildə baş verən və 2 mindən çox dənizçinin həyatına son qoyan faciə dənizçilik tarixində mühüm dəyişikliklərə səbəb oldu. Gəmilərin açıq dənizdə dəqiq mövqeyini müəyyənləşdirmək problemini həll etmək üçün başladılan axtarışlar nəticədə ilk etibarlı dəniz xronometrlərindən birinin yaradılması il
27 oktyabrPezeşkian Rusiyaya gedir
İran Prezidenti Məsud Pezeşkian bu gün Rusiyaya səfər edəcək. "Qafqazinfo" "Tasnim" agentliyinə istinadən xəbər verir ki, İran liderinin Moskvada Qaz İxrac edən Ölkələr Forumuna (GECF) üzv ölkələrin sammitində iştirakı gözlənilir. Pezeşkianın səfəri bir gün davam edəcək
26 oktyabr