"Fərrux kəndinin Azərbaycanın nəzarəti altına keçməsi növbəti tarixi qələbədir"
"Hamıya məlum olduğu kimi, Azərbaycan ordusunun Qarabağda həyata keçirdiyi dislokasiya işləri nəticəsində mart ayının 24-də ordumuz Xocalı rayonunun Fərrux kəndinə daxil olub. Şübhəsiz ki, "Fərrux zəfəri" Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ordusunun növbəti uğurudur. Bununla da bütün Azərbaycan xalqı bir daha əmin oldu ki, cənab Prezident nəyi, nə vaxt, necə etməyi yaxşı bilir. Səbir və təmkinlə bütün məsələlər öz həllini tapır və tapacaq".
Bu sözləri Sonxeber.az-a açıqlamasında Milli Məclisin üzvü Tamam Cəfərova deyib.
Deputat açıqlamasında, 44 günlük Vətən müharibəsində ölkəmizin qazandığı parlaq qələbəyə diqqət çəkərək bildirib ki, İkinci Qarabağ müharibəsində Müzəffər Ali Baş Komandan, cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz tarixi qələbə qazandı, bununla da, 30 ilə yaxın işğal altında qalmış tarixi torpaqlarımız düşmən tapdağından azad edildi və ölkəmizin ərazi bütövlüyü təmin olundu, eyni zamanda Ermənistan tərəfi diz çökdürülərək kapitulyasiya aktına imza atdı.
Tamam Cəfərova xüsusilə qeyd edib ki, 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın imzalanmasından sonra Fərrux kəndi Rusiya sülhməramlı kontingentinin müvəqqəti nəzarət etdiyi ərazidə idi:
"Fərrux kəndi və ətrafındakı yüksəklilərin ordumuzun nəzarəti altına keçməsi nəticəsində hərbçilərimizin Əsgəran, Xanabad, Xocalı və eləcə də Xankəndi, Ağdərə yoluna tam nəzarət etməsi mümkün olacaq.
Onu da qeyd etməliyik ki, təxminən 50 evdən ibarət olan Fərrux kəndi Kolanı dərəsinin sol tərəfində, Fərrux dağının dibində yerləşir. Kəndin bizdə olmasıyla Ağdamın Cinli və bir neçə kəndinin təhlükəsizliyi tam təmin edilib. Bu baxımdan qeyd etməliyik ki, Xocalı rayonunun Fərrux kəndinin Azərbaycanın nəzarəti altına keçməsi növbəti tarixi qələbədir.
Kəndin tarixinə qısa nəzər yetirəsi olsaq, buranın strateji baxımdan nə qədər əhəmiyyətli olduğuna bir daha əmin olarıq. Belə ki, Xocalı rayonunun Pirlər kənd inzibati ərazi dairəsinə daxil olan bu kənd Əsgərandan 16 km, Xankəndidən 32 km aralı yerləşir. 1988-ci ildə Qarabağ hadisələri başlayandan qısa vaxt sonra Fərrux kəndində yerləşmiş əsasən İrəvandan, Livandan, Suriyadan gəlmiş erməni silahlıları, muzdluları Ağdamın Cinli, Əlimədədli və digər yaxın kəndləri atəşə tutur, dinc insanları qətlə yetirir və yaralayırdılar. Münaqişənin ilk illərində dəfələrlə ermənilər Fərruxdan Cinli kəndinə hücum ediblər. Münaqişə dövründə isə kənd və yaxınlığındakı Fərrux yüksəkliyi xüsusi strateji əhəmiyyətə malik bir yer olub. Bütün bunlar bu kəndin tarixi və coğrafi baxımdan əhəmiyyətini göstərir. Eyni zamanda, Azərbaycan ordusunun əldə etdiyi nailiyyətin xalqımız və dövlətimiz üçün nə qədər qiymətli olduğunun da şahidi olduq.
Burada bir məqamı xüsusilə qeyd etməliyəm ki, son günlər Azərbaycan ordusunun Qarabağda həyata keçirdiyi dislokasiya işləri və əldə olunan uğurlar heç də hamı tərəfindən adekvat qarşılanmayıb. Belə ki, özünü müxalifət adlandıran bəzi qondarma "siyasətçilər" yenə də həmişəki əməllərindən geri qalmayaraq, əldə olunan nailiyyətlərə kölgə salmağa çalışırlar. Əlbəttə, burada niyyət açıq-aydın özünü göstərir: əsassız, məntiqdən uzaq fikirlərlə xalqın birliyinə, həmrəyliyinə zərbə vurmağa çalışmaq. Şübhəsiz ki, onlara ən layiqli cavabı hər zaman Azərbaycan xalqı öz birliyi, həmrəyliyi və Liderinə olan inamı ilə verib. Əminliklə deyə bilərik ki, bundan sonra da belə olacaq!"
Aysel Yusifqızı
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Azərbaycanda bu şəxslərə 200 manat veriləcək
65 yaş tamam olur, amma pensiya verilmir? - ƏSAS ŞƏRTLƏR BUNLARDIR
Satın aldığı qırıq çaydan ona sərvət qazandırdı
Röyanın evindəki bu otaq DİQQƏT ÇƏKDİ - VİDEO
ASAN Xidmət bu tarixlərdə işləməyəcək
"Son 70 ilin ən sərt qışı gəlir"… - Bakı üçün iki kritik TARİX
Bu ərazilərə QAR yağacaq, yollar buz bağlayacaq - XƏBƏRDARLIQ EDİLDİ
İranın cənubunda üç şəhərdə partlayışlar baş verib - Video
44 günlük Zəfər: Azərbaycanın tarixini dəyişən Qələbə və milli iradənin təntənəsi
Qızıl almaq istəyənlərin nəzərinə
Xankəndi Stadionu açıldı - Fotolar
"Şuşanın azad edilməsi Zəfərin həm hərbi, həm də mənəvi zirvəsi oldu" - millət vəkili Elnarə Akimova
Yuğ Dövlət Teatrının aktyorları Zəfər Günü münasibətilə xalqı təbrik ediblər
"Zəfər Gününün noyabrın 8-də qeyd olunması təsadüfi deyil" - millət vəkili Pərvanə Vəliyeva