Bölmədə arvadını öldürən polisə 20 il HƏBS TƏLƏBİ
Bakı Ağır Cinayətlər Məhkəməsində Bakıda polis bölməsində həyat yoldaşını qətlə yetirməkdə təqsirləndirilən polis əməkdaşı İsmayıl Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Lent.az xəbər verir ki, hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib.
Prokuror İsmayıl Məmmədovu xüsusi amansızlıqla qəsdən adam öldürməkdə və xuliqanlıqda təqsirli bilinərək 20 il azadlıqdan məhrum edilməsini istəyib.
Növbəti məhkəmə prosesi aprelin 12-ə təyin ediıib.
Qeyd edək ki, hadisə 2021-ci il sentyabrın 30-da Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsində qeydə alınıb.
Belə ki, Xanım Məmmədova əri, Nizami Rayon Polis İdarəsinin Post Patrul Xidmətinin əməkdaşı, polis nəfəri İsmayıl Məmmədov tərəfindən qətlə yetirilib.
İstintaqla müəyyən edilib ki, İsmayıl Məmmədov xidmətdə olarkən həmin vaxt 24-cü Polis Şöbəsinin inzibati binasında arvadı Xanım Məmmədovanı onun tərəfindən döyülməsi ilə əlaqədar müraciəti əsasında aparılan araşdırma gedişində izahatı alınarkən azyaşlı övladlarının gözü qarşısında üzərində gəzdirdiyi xidməti silahla 15 dəfə atəş açaraq qəsdən öldürüb.
İş üzrə toplanan kifayət qədər sübutlar əsasında İsmayıl Məmmədova Cinayət Məcəlləsinin 120.2.3 (zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar onun özünü və ya yaxın qohumlarını öldürmə), 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) və 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma) maddələri ilə ittiham elan edilmiş və barəsində həbs qətimkan tədbiri seçilib.
Sonxeber.az
Telegramda izləyin
Kriminal Baxılıb: 3349 Tarix: 29 mart 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Traktorla 13 yaşlı velosipedçini vurub öldürdü
Neftçala rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. "Qafqazinfo" xəbər verir ki, hadisə oktyabrın 22-si Neftçala-Salyan avtomobil yolunun rayonun Həsənabad qəsəbəsindən keçən hissəsində qeydə alınıb. Həsənov Fərhad Kamil oğlu idarə etdiyi traktorla velosipedlə hərəkətd
23 oktyabrQazi aşpazın ölüm səbəbi - Şüşəyə yumruq vurubmuş...
Vətən müharibəsi qazisi, gənc aşpaz İlkin Baxışovun ölüm səbəbi məlum olub. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, hadisə sentyabrın 26-sı gecə saat 01 radələrində Qobustan qəsəbəsində baş verib. Belə ki, 1996-cı il təvəllüdlü İlkin Bayram oğlu Baxışov yaşadığı evdə şüşəni yumruqla sındırmas
29 sentyabr"Milyonçu qardaşlar"ın sərvəti özlərinə qaldı - Hökm oxundu
Polisin 2024-cü ildə kibercinayətkarlığa qarşı keçirdiyi genişmiqyaslı əməliyyatla həbs edilən dəstə üzvlərinin məhkəməsi maraqlı hökmlə başa çatıb. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, Bakı Ağır Cinayətlər Məhkəməsində təqsirləndirilən şəxslərin hamısına qanunda nəzərdə tutulmuş ən aşağ
22 sentyabrRamiz Mehdiyevin məhkəməsində şahidlər dindiriləcək - Tarix açıqlandı
Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev və onun keçmiş köməkçisi Eldar Əmirovun cinayət işi üzrə növbəti məhkəmə iclasının vaxtı məlum olub. -ya istinadən xəbər verir ki, cinayət işi üzrə növbəti məhkəmə prosesi 16 oktyabr 2026-cı il tarixində Bakı Ağır Cinayətlər Məhkəməsində keçiriləcək
15 oktyabrAzərbaycanda icra başçısı cərimələndi
Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vüqar Zeynalovla bağlı inzibati protokol tərtib olunub. -a istinadən xəbər verir ki, icra başçısı ilə bağlı İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə protokol tərtib olunaraq məhkəməyə göndərilib. İşə baxış zamanı müəyyən edilib ki, eyni vaxtda baş vermi
27 oktyabrBakıda məktəbli qətlə yetirildi - Sinif yoldaşı saxlanıldı - Yenilənib
Bakının Nizami rayonunda məktəbli bıçaqlanıb. "Report"a istinadən xəbər verir ki, hadisə nəticəsində xəsarət alan şagird ölüb. Qətli törətməkdə şübhəli bilinən yeniyetmə polis əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılıb. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır. *. -ın məlumatın
5 oktyabrPlastik cərrahı qətlə yetirən həyat yoldaşı mirasından məhrum edildi
Xəbər verdiyimiz kimi, məhkəmə həyat yoldaşını qəsdən öldürən şəxsi mirasdan məhrum edib. Qaynarinfo-nun əldə etdiyi məlumata görə, mirasdan məhrum edilən şəxs plastik cərrah Türkan Gündüzün həyat yoldaşı Muhammet Gündüz imiş. Mərhumun qızı atasının anasından qalan mirasa münasibətdə ləyaqətsiz vərəs
13 oktyabrNigar Fərhad haqda qərar verildi - Şikayətçilər artır
Aparıcı Nigar Fərhadın təsisçisi olduğu "AİD Group" xaricdə təhsil şirkəti ilə bağlı şikayətlərin sayı artır. "Qafqazinfo"ya müraciət edən paytaxt sakini Rüfət Mikayılov da şirkətdən şikayətçi olan şəxslərdən biridir. Rüfət iki il əvvəl ABŞ-də təhsil almaq üçün "AİD Group"
18 sentyabrArvadını hamının gözü qarşısında döymüşdü - Həbs edildi
Bakıda həyat yoldaşını marketdə autizmli övladının gözləri qarşısında döyən kişi saxlanılıb. "Qafqazinfo" xəbər verir ki, Nəsimi rayonunda qadının döyülməsi ilə bağlı araşdırma aparılıb. Polis əməkdaşları tərəfindən əməli törətməkdə şübhəli bilinən Səfərov soyadlı şəxs saxlanılıb. O, inzibat
21 sentyabr