Azərbaycan və Misir dövlət başçıları arasında məktub mübadiləsi olub

Azərbaycan və Misir dövlət başçıları arasında məktub mübadiləsi olubMisir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah əs-Sisi Azərbaycan Prezidenti İlham Əliyevə məktub ünvanlayıb.

Məktubda deyilir:

"Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli cənab Prezident, Sizə ən səmimi salamlarımı çatdırıram.

Misir ilə Azərbaycan arasında diplomatik əlaqələrin qurulmasının otuzuncu ildönümü münasibətilə Misir Ərəb Respublikasının hökuməti və xalqı adından, şəxsən öz adımdan Sizə və dost ölkənizin hökumətinə və xalqına səmimi təbriklərimi çatdırmaqdan məmnunluq duyuram.

Ölkələrimiz arasında ikitərəfli münasibətlər həmişə konstruktiv əməkdaşlıq və qarşılıqlı hörmətlə səciyyələnib, eyni zamanda, Misir və Azərbaycan dövlətlərinin və xalqlarının ümumi maraqlarına nail olmaq üçün ciddi iş aparılıb. Həmçinin iki ölkə arasında müxtəlif sahələrdə ikitərəfli əməkdaşlıq mühüm nailiyyətlərin əldə edilməsində həmişə səmərəli və uğurlu olub, indi də davam edir.

Misirin və Azərbaycanın, eləcə də onların dost xalqlarının mənafeləri naminə qarşılıqlı maraq kəsb edən sahələrdə, xüsusilə enerji, tikinti, əczaçılıq sənayesi və mədənçıxarma sahələrində ikitərəfli əlaqələrimizin daha da gücləndirilməsi üçün birgə işləmək bizim üçün çox vacibdir.

Zati-aliləri cənab Prezident, dost ölkənizə və xalqınıza sabitlik, tərəqqi arzu edir, Sizə ən yüksək hörmət və ehtiramımı bildirirəm".

Prezident İlham Əliyev də öz növbəsində misirli həmkarına məktubla cavab verib.

Məktubda deyilir:

"Azərbaycan Respublikası ilə Misir Ərəb Respublikası arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi münasibətilə mənə ünvanladığınız məktuba görə təşəkkür edirəm. Mən də Sizi və dost xalqınızı bu əlamətdar hadisə ilə şəxsən öz adımdan və Azərbaycan xalqı adından səmimi-qəlbdən təbrik edirəm.

Ölkələrimizi və xalqlarımızı birləşdirən dostluq və əməkdaşlığın, dövlətlərarası münasibətlərimizin bugünkü səviyyəsi məmnunluq doğurur və bu münasibətlər bizim üçün çox əhəmiyyətlidir.

Ötən illər ərzində Azərbaycan ilə Misir arasında əlaqələr ikitərəfli və çoxtərəfli qaydada konstruktiv məcrada inkişaf etmişdir. Bu mənada Qoşulmama Hərəkatı çərçivəsində qarşılıqlı etimad və dəstəyə əsaslanan əməkdaşlığımızı xüsusi qeyd etmək istərdim.

İnanıram ki, qarşılıqlı faydalı əməkdaşlığımız birgə səylərimizlə bundan sonra da dost ölkələrimizin və xalqlarımızın mənafeyi naminə möhkəmlənəcək və genişlənəcəkdir.

Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Misir xalqına əmin-amanlıq və firavanlıq arzulayıram".


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 1383   Tarix: 29 mart 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

İlham Əliyevdən Rəcəb Tayyib Ərdoğana: "Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir"

"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla mətbuata bəyanatında deyib. Buna görə Türkiyə Prezidentinə xüsusi minnətdarlığını bildirən dövlətimizi

8 noyabr
.

Prezidentlər İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - Foto

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 8-də Şuşa qalası önündə foto çəkdiriblər. xəbər verir ki, bu barədə AZƏRTAC məlumat yayıb

8 noyabr
.

Binəli Yıldırım: "Azərbaycan-Türkiyə əlaqələrini zəhərləmək üçün göstərilən səylər puça çıxdı" - Video

"Azərbaycan və Türkiyə arasındakı əlaqələri zəhərləmək üçün göstərilən səylər bu gün Şuşada puça çıxdı". xəbər verir ki, bunu "Haber Global" telekanalına Türk Dövlətləri Təşkilatının (TDT) Ağsaqqallar Şurasının sədri Binəli Yıldırım deyib. Onun sözlərinə görə, Azərbaycan və Türkiy

8 noyabr
.

Rəcəb Tayyib Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər" - Video

"Azərbaycanın 44 günlük müharibədə qazandığı şanlı Qələbə bütün Türk dünyasında sevinc doğurmaqda davam edir və tarixi ədalətin bərpasının göstəricisidir". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözlər Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Şuşada Azərbaycan Prezidenti İlham Əliyevlə mətbuat

8 noyabr
.

İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

"Bizi birləşdirən ortaq tarixdir, etnik köklərdir, dilimizdir, ədəbiyyatımızdır, mənəvi dəyərlərimizdir. Bu, böyük sərvətdir və bu sərvət üzərində, bu güclü təməl üzərində bu gün dövlətlərarası münasibətlər də inkişaf edir". AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirləri Prezident İlham Əliye

8 noyabr
.

Ərdoğan: "Gələn il Ağdamda İlham qardaşımla birlikdə məktəbin açılışını edəcəyik" - Video

"Ən son Cəbrayılda "Azərbaycan-Türkiyə Beynəlxalq Meşə Təlim Mərkəzi" və "Ağıllı Tingçilik" Müəssisəsini yaratmağın qürurunu yaşadıq. Kənd təsərrüfatı və Meşəçilik Nazirliyimizin töhfələri ilə qurulan bu müəssisə Türkiyə-Azərbaycan əməkdaşlığının yeni bir göstəricisi olmuşdur"

8 noyabr
.

"Zəfərdən sonra Azərbaycan qarşısında yeni tarixi vəzifələr yarandı" - millət vəkili Səbinə Salmanova

"8 Noyabr - Zəfər Günü Azərbaycan xalqının çoxəsrlik dövlətçilik tarixində müstəsna yeri olan, milli yaddaşımıza əbədi həkk edilən möhtəşəm Qələbənin təntənəsidir. Bu tarix xalqımızın illərlə qəlbində yaşatdığı azadlıq arzusunun gerçəkləşdiyi, tarixi ədalətin bərpa olunduğu, milli qürurumuzun v

8 noyabr
.

Ölkə başçısı: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

"Biz keçmişdə də bir yerdə olmuşuq, müharibə dövründə də bir yerdə idik, bu gün də bir yerdəyik və gələcəkdə də bir yerdə olacağıq". AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikri Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla mətbuata bəyanatında səsləndirib. "Hesab edirə

8 noyabr
.

Ərdoğanın səsləndirdiyi "Şuşa gözləyir bizi" şeirinin müəllifi kimdir? - Video

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevlə görüşü zamanı "Şuşa gözləyir bizi" adlı şeiri səsləndirib. Türkiyə prezidentinin şeirin müəllifini qeyd etməməsi onun kimliyi ilə bağlı suallar yaradıb. -ın əldə etdiyi məlumata görə, şeirin müəllifi Əməkdar jurnalis

8 noyabr