Bəzi modul tipli xəstəxanaların fəaliyyəti dayandırılıb
Koronavirusa yoluxma sayında müşahidə edilən azalma ilə əlaqədar olaraq Azərbaycanda bəzi pandemiya müəssisələri və modul tipli xəstəxanaların fəaliyyəti dayandırılıb.
Sonxeber.az xəbər verir ki, bu barədə "Report"un sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib.
Qeyd olunub ki, COVID-19-la mübarizə tədbirləri çərçivəsində TƏBİB-in tabeliyində olan Modul tipli xəstəxanaların fəaliyyət istiqaməti aktiv yoluxma sayının artması və azalmasına uyğun olaraq tənzimlənir: "Respublika üzrə fəaliyyətdə olan pandemiya tibb müəssisələrində müalicə olunan xəstə sayı nəzərdən keçirilib və təhlil aparılıb. Yoluxanların sayında kəskin azalma müşahidə olunduğu üçün bütün növ resursların optimallaşdırılması və səmərəli tətbiqi məqsədilə bəzi pandemiya müəssisələrinin, o cümlədən modul tipli xəstəxanaların fəaliyyəti dayandırılıb".
"Bölgələrdə və Bakıda COVID-19-la mübarizəyə cəlb edilmiş bəzi xəstəxanalarda ənənəvi xidmət bərpa edilib", - TƏBİB-dən bildirilib.
Modul tipli xüsusi xəstəxanalarda çalışan tibb işçilərinin sonrakı taleyinə gəlincə, qurumdan qeyd olunub ki, koronavirusla mübarizəyə cəlb edilən tibb personalı postpandemiya dövründə fəaliyyətlərini ənənəvi tibbi xidmətlərin göstərilməsi üzrə davam etdirəcəklər: "Tabeli müəssisələrdə COVİD-19-la mübarizə bölmələr, bir də modul tipli xəstəxanalar yaradılmışdı. Burada fəaliyyət göstərənlər xəstəxanalarda çalışan həkimlər idi. Yəni heç bir həkim çalışdığı yerdən çıxarılmamışdı. Sadəcə onlar COVİD-19-la mübarizəyə cəlb olunmuşdular. Bundan sonra da ənənəvi xidmətlərin göstərilməsi üzrə fəaliyyətlərini davam etdirəcəklər".
Xatırladaq ki, hazırda ölkədə aktiv koronavirus xəstələrinin sayı 308 nəfər təşkil edir.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1089 Tarix: 30 mart 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Azərbaycana payız gəldi
Azərbaycanda astronomik payız başlayıb. xəbər verir ki, bu barədə Bakı Dövlət Universitetinin Fizika fakültəsinin Astrofizika kafedrasından məlumat verilib. Bildirilib ki, bu an "payız bərabərliyi" adlanır. Beləliklə, Şimal yarımkürəsində astronomik payız, Cənub yarımkürəsində isə astronomi
23 sentyabrBakıda bu məktəblər distant təhsilə keçdi
Formula 1 üzrə Azərbaycan Qran-Prisinin keçirilməsi ilə əlaqədar Bakı Şəhər Halqasının əhatə etdiyi prospekt və küçələrdə nəqliyyatın hərəkətinin 2026-cı il 22-27 sentyabr tarixlərində məhdudlaşdırılacağını nəzərə alaraq, 5 ümumi təhsil müəssisələrində tədris distant (məsafədən) formada təşkil ediləcək
22 sentyabrLənkəranda döyülən 16 yaşlı oğlan öldü
Lənkəran rayonunda gənclər arasında dava zamanı xəsarət alan gənc xəstəxanada ölüb. -ın məlumatına görə, hadisə hadisə Kərgəlan kəndində baş verib. Kənd sakini - 2010-cu il təvəllüdlü E.İbadov tanışları ilə mübahisə zəminində döyülüb. O, kəllədaxili travma diaqnozu ilə koma vəziyyətində Lənkəran Rayo
21 sentyabrAZAL 8 ayda Mərkəzi Asiya ölkələri üzrə 400 minə yaxın sərnişin daşıyıb
"Azərbaycan Hava Yolları" (AZAL) QSC bu ilin yanvar-avqust aylarında Qazaxıstan, Özbəkistan, Qırğızıstan və Tacikistan üzrə 400 00-ə yaxın sərnişin daşıyıb. bu barədə AZAL-dan bildirilib. Məlumata əsasən, bu da keçən ilin eyni dövrü ilə müqayisədə 35 %-lik artım deməkdir. Dörd ölkəni əhat
21 sentyabrVahid məktəbli formasında dəyişiklik: yeni yanaşma məktəb mühitinə nə vəd edir?
Məktəbli forması uzun illərdir təhsil mühitinin mühüm elementlərindən biri kimi qəbul olunur. Forma yalnız şagirdin geyimi deyil, eyni zamanda məktəb mədəniyyətinin, nizam-intizamın, bərabərlik prinsipinin və təhsil müəssisəsinin ümumi görünüşünün formalaşmasına təsir edən amillərdən biridir. Bu baxımda
22 sentyabrSabahdan metronun bu stansiyalarına giriş pulsuz olacaq
"Bakı Metropoliteni" QSC və Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) birgə məlumatına əsasən, xətlərin ayrılması layihəsi ilə əlaqədar sərnişinlər üçün əlavə hərəkət imkanlarının yaradılması və nəqliyyat axınlarının daha səmərəli təşkili məqsədilə sentyabrın 23-dən "Xocəsən"
22 sentyabr