İlham Əliyev Böyük Britaniyanın Silahlı Qüvvələr nazirini qəbul etdi
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 30-da Böyük Britaniyanın Silahlı Qüvvələr naziri, Böyük Britaniya parlamentinin üzvü Ceyms Hippini qəbul edib.
AZƏRTAC xəbər verir ki, görüşdə bu il Azərbaycanla Böyük Britaniya arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinin qeyd olunduğu məmnunluqla vurğulanıb və bu dövr ərzində ölkələrimiz arasında müxtəlif sahələrdə səmərəli əməkdaşlığın həyata keçirildiyi bildirilib. Bu münasibətlə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Boris Consonun Prezident İlham Əliyevə və dövlətimizin başçısının Boris Consona ünvanlanmış təbrik məktublarının əhəmiyyəti qeyd edilib.
Bildirilib ki, 30 illik dövrdə uğurlu əməkdaşlığın həyata keçirilməsi əlaqələrimizin bundan sonra da genişlənməsi üçün yaxşı zəmin yaradır.
Görüşdə neft, qaz, Azərbaycan iqtisadiyyatına Böyük Britaniya tərəfindən sərmayə qoyuluşu, ticarət, nəqliyyat, müdafiə sahələrində əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
Söhbət zamanı NATO-nun Əfqanıstanda həyata keçirdiyi "Qətiyyətli dəstək" missiyasında Azərbaycanın iştirakı qeyd edilib.
Prezident İlham Əliyev Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllindən sonra bölgədə post-münaqişə dövründə gedən proseslər barədə danışıb.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Azərbaycanda bu şəxslərə 200 manat veriləcək
65 yaş tamam olur, amma pensiya verilmir? - ƏSAS ŞƏRTLƏR BUNLARDIR
Satın aldığı qırıq çaydan ona sərvət qazandırdı
PENSİYA VƏ SOSİAL MÜAVİNƏTLƏR NEÇƏ FAİZ ARTACAQ? - Gözləntilər AÇIQLANDI
Röyanın evindəki bu otaq DİQQƏT ÇƏKDİ - VİDEO
ASAN Xidmət bu tarixlərdə işləməyəcək
"Son 70 ilin ən sərt qışı gəlir"… - Bakı üçün iki kritik TARİX
Bu ərazilərə QAR yağacaq, yollar buz bağlayacaq - XƏBƏRDARLIQ EDİLDİ
İranın cənubunda üç şəhərdə partlayışlar baş verib - Video
44 günlük Zəfər: Azərbaycanın tarixini dəyişən Qələbə və milli iradənin təntənəsi
Qızıl almaq istəyənlərin nəzərinə
Xankəndi Stadionu açıldı - Fotolar
"Şuşanın azad edilməsi Zəfərin həm hərbi, həm də mənəvi zirvəsi oldu" - millət vəkili Elnarə Akimova
Yuğ Dövlət Teatrının aktyorları Zəfər Günü münasibətilə xalqı təbrik ediblər
"Zəfər Gününün noyabrın 8-də qeyd olunması təsadüfi deyil" - millət vəkili Pərvanə Vəliyeva