5 saniyəyə 500-ə yaxın mənzil satıldı - "Açıq alver etdilər"

5 saniyəyə 500-ə yaxın mənzil satıldı - "Açıq alver etdilər"Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) tərəfindən inşa olunan Yasamal Yaşayış Kompleksinin ikinci mərhələsindəki mənzillərin seçimi başa çatıb. Agentlik 442 mənzilin seçimində 8 939 nəfərin iştirak etdiyini, 257 mənzillə bağlı vətəndaşlar tərəfindən imzalanmış ərizələrinin təqdim olunduğunu açıqlayıb. Lakin mənzillərin satışa çıxarılması ilə satılması cəmi 4-5 saniyə çəkib.

"Qafqazinfo" xəbər verir ki, mənzillərin yüksək sürətlə satılması sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. İddia olunur ki, cəmi bir neçə saniyə ərzində 500-ə yaxın mənzilin satılması müəmmalıdır və vətəndaşların fiziki baxımdan bu prosesi icra etməsi mümkün deyil.

Belə iddialar da var ki, seçilən mənzillər əvvəlcədən proqramlaşdırılmış formada saxlanılır və sonradan gözləmə bölümündə satılır. Xüsusi şəxslərin evin kvadratından asılı olaraq 3-5-7 min manat civarında ödəniş alaraq evləri istənilən adam üçün əvvəlcədən "tuta" bilməsi ilə bağlı fikirlər də səsləndirilir.

"Mənzillər əldən, 15-20 min manata satılır..."

Elman Mütəllim adlı İKT mütəxəssisinin sosial şəbəkədə yazdığına görə, seçimlər artıq 5-ci saniyədə bloklanıb: "İlkin mərhələ üçün satışa çıxarılmış MİDA-nın sosial evlərinin birinci mərhələsində uğursuz iştirak etdik. Komanda üzvümüzdən yalnız bir nəfər qalib gələ bildi. Ən uzunmüddətli seçimimiz 9 saniyə olsa da (Bu, ən yüksək göstəricilərdəndir) uğur qazana bilmədik. Əgər burada açıq-aşkar alver getmirsə, biz də bir şey bilmirik.

8 saniyəyə seçimimizi qəbul etməyən sisteminiz başınıza dəysin. Əgər deyirsinizsə ki, bacarmadınız, sizin ümumi proqramçılarınıza masterclass keçəcək komanda ilə girmişdik seçimlərə. Seçimlər 5-ci saniyədə bloklanmışdı. And olsun Allaha, açıq alver etdilər. Bütün sistem bloklandı, tanıdığım bütün seçimə girənlərin hər biri məyus oldu. Bu dərəcədə olmamışdı heç. İlkin mərhələ belə getdi. Növbəti seçimdə öz adıma da iştirak edəcəyəm. Amma bu gedişlə heç nə udmaq olmaz".

"Bu nəticənin insan tərəfindən əldə edilməsi ağlabatan deyil"

Digər bir sosial şəbəkə istifadəçisi Ceyhun Fikrətoğlu isə 10 saniyəyə seçim edə bilmədiyini deyir: "1 aydır məşq edirdim. Hətta tanıdığım insanlar var ki, 8 saniyəyə mənzil siyahısını görə bilməyib. Hüquqda yaxşı bir anlayış var: ağlabatan. 6 saniyəyə belə edənlər yazırlar ala bilməyiblər. Deməli, mən nə qədər məşq eləsəm də, 6 saniyədən aşağı düşə bilmərəm. Nəticənin insan tərəfindən əldə edilməsi ağlabatan deyil".

"Kim daha tez tıkladı..."

Mənzil üçün müraciət edənlərin sözlərinə görə, ədalətsiz seçim nəticəsində proses sadə vətəndaşlar üçün əngələ çevrilir. Nəticədə seçim kriteriyalarına cavab verən, ümidini güzəştli mənzillərə bağlayan vətəndaşlar yenə də evsiz qalırlar.

Proqram təminatçıları isə hesab edirlər ki, 4-5 saniyəyə 500-ə yaxın mənzilin satılması ancaq hansısa maxinasiyalarla mümkündür. Məsələn, kompüterlərin publik İP-lərinə yalnız xüsusi seçilmiş İP-lərdən gələn seçimləri qəbul etmək və yönləndirmək tapşırığı verilə bilər. Digər tərəfdən isə, satışın bu cür keçirilməsi də tənqid olunur. "Kim daha tez "tıkladı" formasında seçim keçirilməsi absurd hesab olunur. Çünki mənzil almaq istəyənlər arasında orta və yaşlı nəslin nümayəndələri var. Onlar kompüterlə o qədər də tanış deyillər. Ona görə də seçimi bu şəkildə qoymaq düzgün qərar hesab olunmur. Ekspertlər deyir ki, bu, daha açıq və canlı yayım əsasında edilsəydi, müstəqil mütəxəssislərin iştirakı təmin olunsaydı, şəffaf və ədalətli keçirilərdi. Satış MİDA-nın ancaq özünün serverlərində olmayan aplikasiyalarla təsadüfi şəkildə həyata keçirilməlidir. Bu üsul asanlıqla serverə müdaxilə edilə bilmək məsələsi baxımından şübhə yaradır.

İddiaçılar xüsusi proqram təminatlarından istifadə ediblər?

İKT üzrə mütəxəssis Osman Gündüz də məsələyə münasibət bildirib. O qeyd edib ki, güzəştli mənzillərin satışından öncə iddiaçıların onlayn satış prosesini test etməsi üçün bir ay müddətində DEMO versiya aktiv olub: "Bu gün baş tutan onlayn satışın yekunu ilə bağlı sosial mediada müəyyən narazılıqlar müşahidə olunur. Əvvəlkilərdən fərqli olaraq satışın hətta 4 saniyə müddətində gerçəkləşdiyi, bəzi iddiaçıların xüsusi proqram təminatlarından istifadə etdiyi bildirilir. Xatırladıram ki, onlayn satış prosesini xeyli sayda dövlət qurumları və beynəlxalq qurum izləyir. Əvvəllər mən də bir neçə dəfə müşahidəçi olaraq bu prosesi izləmişəm. Prosesin təkmilləşdirilməsi və şəffaflığın artırılması üçün təkliflər təqdim etmişik".

Bu gün baş tutan onlayn satışa müşahidəçi olaraq dəvət edilmədiyini qeyd edən ekspert MİDA-nın bu gün baş tutan satış, narazılıqlar haqqında ətraflı məlumat verəcəyinə ümid etdiyini açıqlayıb.

Məsələ ilə bağlı MİDA-ya sorğu göndərdik. Qurumdan "Qafqazinfo"ya məsələnin cavablandırılacağı bildirilib.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1362   Tarix: 30 mart 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Ermənilər Nizaminin büstünü bu hala salıb - VİDEO

Məşhur İran və Fransa fotoqrafı, əslən azərbaycanlı Rza Diqqəti işğaldan azad edilmiş Qarabağda erməni vandalizminin daha bir nümunəsini sosial şəbəkə hesabı vasitəsilə dünyanın diqqətinə çatdırıb. qafqazinfo-ya istinadən xəbər verir ki, o, instaqramda dahi Azərbaycan şairi Nizami Gəncəvinin dağıdılmı

17 sentyabr 2021
.

Tovuzda sel suları məktəb və evlərə doldu - VİDEO

Axşam saatlarında qərb bölgəsinə yağan güclü yağış daşqınlara səbəb olub. Xüsusən, Tovuz rayonunun Yanıqlı və Əsrik-Cırdaxan kəndlərində sel suları kənd yollarını yuyub. Su orta məktəb binasına və bəzi evlərə dolub. Bundan əlavə, əkin sahələrinə ciddi ziyan dəyib. Hazırda Yanıqlı kəndində elektrik enerjisini

18 sentyabr 2021
.

Bölgələrdə şimşək çaxıb, leysan yağış yağıb - FAKTİKİ HAVA

Sentyabrın 17-si saat 21.00-a olan məlumata əsasən Şəki, Daşkəsən, Gədəbəy, Göy-göl, Quba, Ləzə, Qusar, Oğuz, Kişçay (Şəki), Balakən, Sarıbaş(Qax), Sahdağ, Zaqatala, Ceyrançöl, Tovuz, Ağstafa, Şəmkir, Mingəçevir, İsmayıllıda şimşək çaxıb, yağış yağıb. Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyini

17 sentyabr 2021
.

Telefonu niyə yastığın altına qoyub yatmaq olmaz?

"Yaşayış sahəsinin ekologiyası" laboratoriyasının müdiri Anton Yastrebçevin sözlərinə görə, smartfonları yastığın altına qoyub yatmaq olmaz. -a istinadən xəbər verir ki, ekspert səbəb kimi telefonlardan gələn radiasiyanın bəzən artdığını bildirib. "Nəzərə almaq lazımdır ki, telefonları

18 sentyabr 2021
.

Gürcüstanda soydaşlarımızın təhsil problemi - VİDEO

Yeni tədris ilinin başlaması ilə qonşu Gürcüstanda yaşayan azərbaycanlılar yenə də təhsil sahəsində böyük problemlə qarşı-qarşıya qalıblar. Belə ki, bu ölkədə fəaliyyət göstərən azərbaycandilli ümumtəhsil məktəblərində təhsil alan şagirdlərin sayı ilbəil azalmağa davam edir. Buna səbəb isə validyenləri

18 sentyabr 2021
.

Çörək əvvəlki qiymətinə qaytarıldı - YENİLƏNİB

"Çörəkçi" zavodu da çörəyin satışını əvvəlki qiymətə qaytarıb. Şirkətin hüquq departamentinin direktoru Akif Abbasov -ın redaksiyası ilə əlaqə saxlayaraq bildirib ki, təmsil etdiyi şirkət də çörəyin satışında əvvəlki qiyməti bərpa edib. O, çörəyin satış qiymətinin əvvəlki qiymətə qaytarılmasın

17 sentyabr 2021
.

İsveçdə Azərbaycan vətəndaşı itkin düşdü

İsveçin Arvika şəhərində azərbaycanlı itkin düşüb. Azərbaycan vətəndaşı, 39 yaşlı İltimas Mirzəyevdən sentyabrın 15-dən etibarən xəbər almaq mümkün olmayıb. O, evdən çıxdıqdan bir qədər sonra əlaqə kəsilib. Hazırda polis azərbaycanlının axtarışını aparır. Qeyd edək ki, əslən Azərbaycanın Ağdam rayonununda

18 sentyabr 2021
.

Peyvənd olunanların sayı AÇIQLANDI

Azərbaycanda son sutkada koronavirus əleyhinə 57 357 vaksin vurulub. xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. Bildirilir ki, birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 17 920, ikinci mərhələ üzrə 39 437 nəfərdir. Vaksinasiyadan keçənlərin ümumi say

17 sentyabr 2021
.

Tanınmış mədəniyyət xadimləri Şuşada

Azərbaycanın tanınmış mədəniyyət xadimləri Şuşada səfərdədirlər. Unikal.org-un məlumatına görə, mədəniyyət xadimləri Şuşaya səfər çərçivəsində burada keçiriləcək Üzeyir Hacıbəyli XII Beynəlxalq Musiqi Festivalına qatılacaq, dahi bəstəkarın ölməz əsərlərini 29 ildən sonra işğaldan azad edilən Üzeyir yurdund

18 sentyabr 2021