Fərruxda aşkarlanan insan qalıqları neftçalalı itkinlərin yaxınlarını ümidləndirdi
Bu günlərdə Xocalı rayonunun Fərrux kəndi ərazisində aşkarlanan insan qalıqlarının Birinci Qarabağ müharibəsində şəhid olmuş şəxslərə aid olması ehtimalı 30 il bundan əvvəl Fərrux yüksəliyi uğrunda döyüşlərdə itkin düşmüş Neftçala sakini İlham Dadaşovun yaxınlarını ümidləndirib.
"Report"un Aran bürosunun məlumatına görə, 1973-cü il təvəllüdlü Dadaşov İlham Adil oğlu Neftçala rayonunun Kürkənd kəndində doğulub. İbtidai təhsilini kənd məktəbində, orta təhsilini isə Bakı şəhərindəki S.C.Pişəvəri adına ərəb-fars məktəbində alıb.
Leninqrad (indiki Sank-Peterburq) şəhərində hərbi xidmətdə olub. Hərbi hissə ləğv olunduğundan o, altı aydan sonra doğma ocağına qayıdıb, əlinə silah alaraq I Qarabağ savaşına qatılıb.
Qardaşı Vüqar Dadaşov "Report"un yerli bürosuna bildirib ki, İ.Dadaşov bir neçə yaşayış məntəqəsi uğrunda döyüşlərdə iştirak edib:
"Onun son döyüşü Fərrux yüksəkliyi uğrunda olub. 19 sentyabr 1992-ci ildə Fərrux dağını düşməndən azad etmək üçün qardaşımgil hücuma keçir. Həmin gün qanlı döyüşlər gedir. Yoldaşlarından biri yaralanır. Qardaşım İlham yaralını döyüş meydanından çıxarmaq istərkən düşmən gülləsinə tuş gəlir".
Onun sözlərinə görə, o vaxtdan bu günə kimi İlham Dadaşovu çox axtarsalar da nəticəsiz qalıb. Bundan sonra təsəlli tapmaq üçün iki il əvvəl şəhər qəbiristanlığında şəhid statusu almış qardaşı İlham Dadaşovun məzarını düzəltdirirlər.
Bu günlərdə Fərrux yüksəkliyində insan sümüklərinin tapılması Dadaşovlar ailəsində də övladlarının tapılacağı inamı yaradıb.
Bununla bağlı ailə üzvlərindən də analiz götürülüb.
Qeyd edək ki, 19 sentyabr 1992-ci ildə Fərrux yüksəkliyi uğrunda döyüşlərdə İlham Dadaşovla bərabər həmyerliləri-Mirqurbanlı kənd sakini, 1973-cü il təvəllüdlü Əsgərov Bəxtiyar Ağabala oğlu və 1973-cü il təvəllüdlü Abasallı kənd sakini Abdullayev Əlibala Teyyub oğlu da itkin düşüb.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1205 Tarix: 30 mart 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
PENSİYA VƏ SOSİAL MÜAVİNƏTLƏR NEÇƏ FAİZ ARTACAQ? - Gözləntilər AÇIQLANDI
Məlum olduğu kimi, 2027-ci ildə Azərbaycanda yaşayış minimumunun və ehtiyac meyarının artırılması nəzərdə tutulur. Belə ki, gələn il üçün ölkə üzrə yaşayış minimumu 314 manat, əmək qabiliyyətli əhali üçün 334 manat, pensiyaçılar üçün 258 manat, uşaqlar üçün isə 274 manat müəyyənləşdiriləcək. Ehtiya
8 noyabrKombi istifadəçilərinin bilməli olduqları vacib məqamlar açıqlandı
Payızın gəlişi ilə havalar tədricən soyumağa, evlərdə isə kombilər yenidən işə düşməyə hazırlaşır. Soyuq günlərdə istilik problemi ilə üzləşməmək və yüksək kommunal xərclərdən yayınmaq üçün kombinin mövsüm başlamazdan əvvəl yoxlanılması vacibdir. Bəs kombiləri payız-qış mövsümünə necə hazırlamalıyıq
8 noyabrHəkim qəbuluna onlayn yazılmaq mümkün olan yeddi tibb müəssisəsi - Siyahı
Səhiyyə sahəsində vətəndaşların tibbi xidmətlərdən istifadəsini asanlaşdırmaq və tibb müəssisələrində yaranan uzun növbələrin qarşısını almaq məqsədilə yeni rəqəmsal sistem tətbiq ediləcək. İlin sonunadək bir sıra tibb müəssisələrində onlayn növbə sisteminin istifadəyə verilməsi nəzərdə tutulur. Bu barəd
8 noyabrMənzillərdəki kompüter, notbuk, planşetlər qeydiyyata alınacaq
Ev təsərrüfatlarının uçotu zamanı mənzillərdəki kompüter və digər elektron cihazların sayı, eləcə də internetə çıxış imkanları barədə məlumatlar toplanacaq. -a istinadla xəbər verir ki, ev təsərrüfatında kompüter, notbuk və ya planşet varsa, onların növü və sayı qeyd ediləcək. Həmçinin internetə çıxışı
8 noyabrAğdam, Füzuli və Xocavənddə Zəfər Gününə həsr olunmuş tədbirlər keçirilib
Zəfər Günü münasibətilə Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyi tərəfindən bir sıra silsilə tədbirlər təşkil olunub. "Report" xəbər verir ki, tədbirlərin əsas məqsədi tarixi Zəfərin əhəmiyyətini bir daha vurğulamaq, gənc nəsildə vətənpərvərli
8 noyabrUşağın doğulmasına görə ödənilən müavinət 900 manat artırılır
Uşağın anadan olmasına görə ödənilən müavinətin məbləğinin kəskin artımı proqnozlaşdırılır. xəbər verir ki, sözügedən məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında"
8 noyabrAzərbaycan 9 ayda təxminən 33 milyon dollarlıq xurma ixrac edib
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 41 min 414,5 ton xurma ixrac edib. "Report" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu həcmdə xurmanın dəyəri 32,7 milyon ABŞ dolları olub. Bu isə ötən ilin müvafiq dövrü ilə müqayisədə həcm baxımından 6 min 311,9 ton (13,2 , dəyər baxımında
8 noyabr