Kafe-restoranların yeni OYUNU - "Xidmət haqqı" kimin cibinə gedir? - VİDEO
Paytaxtdakı restoranların bəzilərində müştərilərdən əlavə servis haqları tələb edilir. Üstəlik bu əvvəlcədən qonaqlara deyilmir və sonda hesabı ödəyən müştərini əlavə sürpirizlə qarşı-qarşıya qoyur. Vay o günə ki, müştərinin üzərində artıq pulu olmasın. Mübahisə və digər xoşagəlməz hallar qaçılmaz olur.
Sonxeber.az xəbər verir ki, bu hadisə paytaxt sakini Nicat Manafovun başına gəlib. Targovuda restoranların birində hesabdan əlavə 10% servis haqqı tələb olunub.
O deyir ki, servishaqqı barədə nə menyuda məlumat olub nə də restoran işçiləri əvvəlcədən ona bildirməyiblər. Buna etiraz edən müsahibimiz servishaqqını ödəməkdən imtina edib və sonda sadəcə yedikləri qidanın pulunu ödəyərək restoranı tərk edib. O bildirir ki, son vaxtlar mərkəzdə yerləşən restoranların əksəri bu üsulla xidmət edirlər. Bəzi hallarda servishaqları 20% də olur
Apardığımız sorğu zamanı restoran işçiləri də bunu danmadılar. Dediklərinə inansaq, xidməthaqqı adı ilə yığılan pullar işçilərə çatır.
Marketinq və reklam üzrə mütəxəssis Sabit Məmmədov isə "Xəzər Xəbər"ə deyib ki, bu dünyadan götürülən bir təcrübə olsa da heç bir qanuni əsası yoxdur. Üstəlik bəzi restoran sahibləri həmin məbləği işçilərə deyil, əlavə restorandaxili xərclərə yönəldirlər. Sabit Məmmədov bildirir ki, ilk növbədə həmin xidmət haqqı olmamalıdır, olan təqdirdə isə mütləq müştərilər məlumatlandırılmalıdır
Mütəxəssisin fikirlərinə görə, əvvəlcədən məlumat almayan müştərilərin həmin ödənişdən imtinaetmək hüququna malikdir.
Bütün hallarda müştərilər diqqətli olmalı, bu cür iaşə obyektlərinə gedərkən əvvəlcədən xidməthaqqı barədə məlumat almalıdır.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1340 Tarix: 31 mart 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
PENSİYA VƏ SOSİAL MÜAVİNƏTLƏR NEÇƏ FAİZ ARTACAQ? - Gözləntilər AÇIQLANDI
Məlum olduğu kimi, 2027-ci ildə Azərbaycanda yaşayış minimumunun və ehtiyac meyarının artırılması nəzərdə tutulur. Belə ki, gələn il üçün ölkə üzrə yaşayış minimumu 314 manat, əmək qabiliyyətli əhali üçün 334 manat, pensiyaçılar üçün 258 manat, uşaqlar üçün isə 274 manat müəyyənləşdiriləcək. Ehtiya
8 noyabrKombi istifadəçilərinin bilməli olduqları vacib məqamlar açıqlandı
Payızın gəlişi ilə havalar tədricən soyumağa, evlərdə isə kombilər yenidən işə düşməyə hazırlaşır. Soyuq günlərdə istilik problemi ilə üzləşməmək və yüksək kommunal xərclərdən yayınmaq üçün kombinin mövsüm başlamazdan əvvəl yoxlanılması vacibdir. Bəs kombiləri payız-qış mövsümünə necə hazırlamalıyıq
8 noyabrHəkim qəbuluna onlayn yazılmaq mümkün olan yeddi tibb müəssisəsi - Siyahı
Səhiyyə sahəsində vətəndaşların tibbi xidmətlərdən istifadəsini asanlaşdırmaq və tibb müəssisələrində yaranan uzun növbələrin qarşısını almaq məqsədilə yeni rəqəmsal sistem tətbiq ediləcək. İlin sonunadək bir sıra tibb müəssisələrində onlayn növbə sisteminin istifadəyə verilməsi nəzərdə tutulur. Bu barəd
8 noyabrMənzillərdəki kompüter, notbuk, planşetlər qeydiyyata alınacaq
Ev təsərrüfatlarının uçotu zamanı mənzillərdəki kompüter və digər elektron cihazların sayı, eləcə də internetə çıxış imkanları barədə məlumatlar toplanacaq. -a istinadla xəbər verir ki, ev təsərrüfatında kompüter, notbuk və ya planşet varsa, onların növü və sayı qeyd ediləcək. Həmçinin internetə çıxışı
8 noyabrAğdam, Füzuli və Xocavənddə Zəfər Gününə həsr olunmuş tədbirlər keçirilib
Zəfər Günü münasibətilə Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyi tərəfindən bir sıra silsilə tədbirlər təşkil olunub. "Report" xəbər verir ki, tədbirlərin əsas məqsədi tarixi Zəfərin əhəmiyyətini bir daha vurğulamaq, gənc nəsildə vətənpərvərli
8 noyabrUşağın doğulmasına görə ödənilən müavinət 900 manat artırılır
Uşağın anadan olmasına görə ödənilən müavinətin məbləğinin kəskin artımı proqnozlaşdırılır. xəbər verir ki, sözügedən məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında"
8 noyabrAzərbaycan 9 ayda təxminən 33 milyon dollarlıq xurma ixrac edib
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 41 min 414,5 ton xurma ixrac edib. "Report" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu həcmdə xurmanın dəyəri 32,7 milyon ABŞ dolları olub. Bu isə ötən ilin müvafiq dövrü ilə müqayisədə həcm baxımından 6 min 311,9 ton (13,2 , dəyər baxımında
8 noyabr