Polisin cərimələdiyi "avtoş" məhkəmədə qalib gəldi - FOTO

Polisin cərimələdiyi "avtoş" məhkəmədə qalib gəldi - FOTOPolisin avtoxuliqanlıq maddəsi ilə protokol tərtib etdiyi BMW markalı avtomobilin sürücüsü məhkəmədə qalib gəlib.

Bu barədə Oxu.Az-a rayon sakini Nicat Mehtiyev bildirib.

O bildirib ki, Quba Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları rayon ərazisində ona yol hərəkəti qaydalarını kobud şəkildə pozması və avtoxuliqanlıq etməsi ilə bağlı protokol tərtib ediblər.

Daha sonra Quba Rayon Məhkəməsinin qərarı ilə nəqliyyat vasitəsini idarə etmək hüquqi iki il müddətinə məhdudlaşdırılıb:

"Eyni zamanda, mənə 2000 manat cərimə tətbiq edilmişdi. Mən bu qərardan narazı idim, çünki polis mənə yanlış protokol tərtib edib. Mən qərardan narazı olduğum üçün Sumqayıt Apellyasiya Məhkəməsinə müraciət etdim.

Məhkəmə mənim əməllərimdə 511.3-cü maddəsinin (iki və ya daha artıq nəqliyyat vasitəsinin iştirakı ilə sürət yarışı təşkil edərək yolda müəyyən edilmiş hərəkət sürəti həddini 60 km/saatdan artıq aşmaqla törədilməsi, nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla iki min manatdan dörd min manatadək) tərkib əlamətlərinin mövcud olmadığını bildirib, qeyd olunub ki, dəfələrlə məlumat verilməsinə baxmayaraq, inzibati xəta protokolu tərtib edilmiş şəxsin məhkəmə iclasında iştirakı Quba Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin rəhbərliyi tərəfindən təmin edilməyib.

Avtoxuliqanlıq hərəkətlərini əks etdirən sübutların (videoçəkiliş, sürət həddini aşma və sair) məhkəmə iclasının təyin edildiyi vaxtadək məhkəməyə təqdim edilməsi tələb olunsa da, bununla bağlı apellyasiya instansiyası məhkəməsinə heç bir sübut təqdim edilməyib".

Qeyd edək ki, bu ilin yanvarında Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupu rayon sakini Nicat Mehtiyevin idarə etdiyi BMW markalı avtomobillə yollarda intizamsızlıq edərək, yol hərəkəti qaydalarını kobud şəkildə pozması və avtoxuliqanlıq etməsi barədə məlumat yaymışdı.
Polisin cərimələdiyi "avtoş" məhkəmədə qalib gəldi - FOTOPolisin cərimələdiyi "avtoş" məhkəmədə qalib gəldi - FOTOPolisin cərimələdiyi "avtoş" məhkəmədə qalib gəldi - FOTOPolisin cərimələdiyi "avtoş" məhkəmədə qalib gəldi - FOTO


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 4156   Tarix: 01 aprel 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Vətən Müharibəsi qəhrəmanı döyüşün ən ağır anlarını xatırladı: "Şuşanın qala divarları bizə sipər oldu" - Foto

"Zəfər xəbərini ilk kiminlə bölüşdünüz?" Vətən Müharibəsi qəhrəmanına şagirdlərin ünvanladığı ilk sual bu idi. Bütün zalın cavabını maraqla gözlədiyi suala qəhrəman belə cavab verir:. "Şuşada idik. Noyabrın 9-dan 10-na keçən gecə, təxminən saat 2 radələrində atəşkəs elan olunduğunu dedilər

8 noyabr
.

Şəhid Elşən Əhmədlinin anası: "Qəhrəman böyütməyimdən xəbərim olmayıb" - Video

23 yaşında adını Zəfər tariximizə həkk etdi. Vətən müharibəsində döyüşlərə qatıldı, göstərdiyi şücaətlə fərqləndi. Son döyüşü isə noyabrın 8-də oldu. Şuşanın sıldırım qayalıqlarında gedən qızğın döyüşlər zamanı şəhidlik zirvəsinə ucaldı. Zəfər Gününü görə bilməsə də, tarixi qələbəmizin qazanılmasınd

8 noyabr
.

Xətai rayonunda 8 Noyabr - Zəfər Gününə həsr olunmuş konsert proqramı və atəşfəşanlıq təşkil olunub - Foto/Video

Noyabrın 7-də Xətai rayonunda Heydər Əliyev adına istirahət parkının amfiteatr səhnəsində rayon İcra Hakimiyyəti və YAP Xətai rayon təşkilatının birgə təşkilatçılığı ilə 8 noyabr - Zəfər Gününə həsr olunmuş konsert proqramı və atəşfəşanlıq təşkil olunub. Xətai rayon İcra Hakimiyyətinin başçısı Rafi

8 noyabr
.

Mənzillərdəki kompüter, notbuk, planşetlər qeydiyyata alınacaq

Ev təsərrüfatlarının uçotu zamanı mənzillərdəki kompüter və digər elektron cihazların sayı, eləcə də internetə çıxış imkanları barədə məlumatlar toplanacaq. -a istinadla xəbər verir ki, ev təsərrüfatında kompüter, notbuk və ya planşet varsa, onların növü və sayı qeyd ediləcək. Həmçinin internetə çıxışı

8 noyabr
.

ADY-nin kollektivi Zəfər abidəsini ziyarət edib

"Azərbaycan Dəmir Yolları" (ADY) QSC-nin kollektivi 8 Noyabr - Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət edib. "Report" xəbər verir ki, Vətən müharibəsində qazanılan tarixi qələbəmizin rəmzi olan Zəfər abidəsinin önünə gül dəstələri düzülüb, Azərbaycanın ərazi bütövlüyü və suverenliy

8 noyabr
.

Həmkarlar ittifaqlarının kollektivləri Zəfər abidəsini ziyarət ediblər - Foto

Həmkarlar ittifaqlarının kollektivləri Zəfər abidəsini ziyarət ediblər. 8 Noyabr - Zəfər Günü münasibətilə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının, üzv və tabe təşkilatların kollektivləri Zəfər abidəsini ziyarət ediblər

8 noyabr
.

Şəhid anası: "Zəfərimiz onların sayəsində oldu"

"Hüseyn vətənini, torpağını sevən hərbçi idi. Füzulinin azad olunması uğrunda gedən döyüşlərdə iştirak edib. Şəhid olanda 29 yaşı var idi. Evli idi, bir övladı yadigar qalıb. Şəhid olanda qızı altı aylıq idi. Zəfərimiz də onların sayəsində oldu. Allah şəhidlərimizə rəhmət etsin, qazilərimizə şəf

8 noyabr
.

Həkim qəbuluna onlayn yazılmaq mümkün olan yeddi tibb müəssisəsi - Siyahı

Səhiyyə sahəsində vətəndaşların tibbi xidmətlərdən istifadəsini asanlaşdırmaq və tibb müəssisələrində yaranan uzun növbələrin qarşısını almaq məqsədilə yeni rəqəmsal sistem tətbiq ediləcək. İlin sonunadək bir sıra tibb müəssisələrində onlayn növbə sisteminin istifadəyə verilməsi nəzərdə tutulur. Bu barəd

8 noyabr
.

Bu şəxslər ictimai nəqliyyatla 1 QƏPİYƏ GEDƏCƏKLƏR

TəhsilPlus kartı olan təhsil işçiləri ictimai nəqliyyatda ilk gedişlərini 1 qəpiyə edə biləcəklər. Elm və Təhsil Nazirliyindən -a bildirilib ki, noyabr 2026-cı il tarixindən etibarən TəhsilPlus kartı olan təhsil işçiləri həftəiçi hər gün ictimai nəqliyyatda ilk gedişlərini cəmi 1 qəpiyə həyata keçir

8 noyabr