Şuşanın "Türk dünyasının mədəniyyət paytaxtı" seçilməsi nələr vəd edir? - AÇIQLAMA
Şuşa şəhəri 2023-cü il üçün "Türk dünyasının mədəniyyət paytaxtı" seçilib. Bu barədə qərar Beynəlxalq Türk Mədəniyyəti Təşkilatına (TÜRKSOY) üzv ölkələrin Mədəniyyət Nazirlərinin Daimi Şurasının Türkiyənin Bursa şəhərində keçirilən iclasında qəbul olunub.
Bununla bağlı Sonxeber.az-a danışan deputat İqbal Məmmədov bildirib ki, 44 günlük Vətən müharibəsi zamanı Şuşa uğrunda gedən döyüşlər tarixə qəhrəmanlıq dastanı kimi həkk oldu:
"Ali Baş Komandanın rəhbərliyi ilə Müzəffər Azərbaycan Ordusunun mərd oğulları qəhrəmanlıq göstərərək tarixə adlarını qızıl hərflərlə həkk etdilər. Bilirsiniz ki, digər rayonların azad olunmasında daha çox müasir, yeni döyüş texnikasından, pilotsuz uçuş aparatlarından, uzaq vuran artilleriya qurğularından, raketlərdən, istifadə olunub, kontaktsız döyüş taktikası tətbiq olunub.
Şuşada isə döyüşlər tam fərqli aparılıb. Belə ki, Şuşa mürəkkəb dağlıq relyefdə yerləşsə də, Azərbaycanın mərd oğulları heç bir ağır texnikadan istifadə etmədən, əlbəyaxa döyüş taktikasından peşəkarlıqla istifadə edərək Azərbaycan əsgərinin gücünü bütün dünyaya göstərdi. Şuşa işğaldan azad edildikdən sonra möhtərəm Prezident İlham Əliyevin gösətərişi və rəhbərliyi ilə burada bərpa və yenidənqurma işləri sahəsində mühüm addımlar atılır, layihələr icra olunur.
Cənab Prezident İlham Əliyevin 2022-ci ili "Şuşa İli" elan etməsinin özü həm dünya ictimaiyyətinin, həm də xalqımızın diqqətinin bir daha qədim Azərbaycan şəhəri olan Şuşaya yönəltmək məqsədi daşıyır. Düşünürəm ki, Şuşa şəhərinin 2023-cü il üçün "Türk dünyasının mədəniyyət paytaxtı" seçilməsi bu diqqəti daha da artıracaq".
Deputat vurğulayıb ki, dünən qəbul olunan bu qərar hər kəsi qürurlandırdı:
"Şuşa Qarabağın tacıdır. Şuşa ölkəmizin əsas elm, ədəbiyyat və mədəniyyət mərkəzlərindən biridir. Hesab edirəm ki, Qarabağın tacı olan bu şəhərin 2023-cü il üçün "Türk dünyasının mədəniyyət paytaxtı" seçilməsi Azərbaycan memarlıq sənətinin qədim Şuşa incilərini dünyaya göstərməyə imkan yaradacaq. Əsası 1752-ci ildə Pənahəli xan tərəfindən qoyulmuş bu şəhərdəki məscidlər, şərq üslubunda tikilmiş çoxsaylı evlər, tarixi Şuşa qalası, daş məhəllələr, bulaq-abidələr milli xüsusiyyətlərə malik olan Azərbaycan memarlığının nadir əsərləridir.
Bundan əlavə, 2022-ci ilin "Şuşa İli" elan edilməsi və Şuşanın 2023-cü il üçün "Türk dünyasının mədəniyyət paytaxtı" seçilməsi iqtisadi, sosial inkişaf baxımından da xüsusi əhəmiyyət daşıyır. Hazırda bütün diqqət və resurslar Şuşanın bərpasına və yenidən qurulmasına yönəlib. Əlbəttə, böyük iqtisadi, turizm potensialına malik olan Şuşa şəhərinin bərpası ümumilikdə Azərbaycan iqtisadiyyatına müsbət təsir edəcək. Ən önəmlisi isə odur ki, bu şəhərin 2023-cü il üçün "Türk dünyasının mədəniyyət paytaxtı" seçilməsi Qarabağda sülh və təhlükəsizliyin təmin olunması baxımından böyük əhəmiyyət daşıyacaq".
Aysel Yusifqızı
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Azərbaycanda bu şəxslərə 200 manat veriləcək
65 yaş tamam olur, amma pensiya verilmir? - ƏSAS ŞƏRTLƏR BUNLARDIR
Satın aldığı qırıq çaydan ona sərvət qazandırdı
PENSİYA VƏ SOSİAL MÜAVİNƏTLƏR NEÇƏ FAİZ ARTACAQ? - Gözləntilər AÇIQLANDI
Röyanın evindəki bu otaq DİQQƏT ÇƏKDİ - VİDEO
ASAN Xidmət bu tarixlərdə işləməyəcək
"Son 70 ilin ən sərt qışı gəlir"… - Bakı üçün iki kritik TARİX
Bu ərazilərə QAR yağacaq, yollar buz bağlayacaq - XƏBƏRDARLIQ EDİLDİ
İranın cənubunda üç şəhərdə partlayışlar baş verib - Video
44 günlük Zəfər: Azərbaycanın tarixini dəyişən Qələbə və milli iradənin təntənəsi
Qızıl almaq istəyənlərin nəzərinə
Xankəndi Stadionu açıldı - Fotolar
"Şuşanın azad edilməsi Zəfərin həm hərbi, həm də mənəvi zirvəsi oldu" - millət vəkili Elnarə Akimova
Yuğ Dövlət Teatrının aktyorları Zəfər Günü münasibətilə xalqı təbrik ediblər
"Zəfər Gününün noyabrın 8-də qeyd olunması təsadüfi deyil" - millət vəkili Pərvanə Vəliyeva