Azərbaycanda bu məhsullar da bahalaşır? - AÇIQLAMA
Rusiya ilə Ukrayna arasında gərginlik artdıqca yaranan vəziyyət Azərbaycanda özünü müxtəlif sahələrdə göstərməkdədir. Bu təsirə məruz qalan sahələrdən biri də divar kağızları bazarıdır. Ölkədə yerli istehsalı olmayan bu sahə konkret olaraq idxaldan asılıdır. Əsas idxalçılarımız isə elə adıçəkilən Ukrayna və Rusiyadır.
Statistik rəqəmlərə nəzər saldıqda görürük ki, ötən il Azərbaycan xaricdən 31,534 milyon ABŞ dolları dəyərində 9 min 989 ton divar kağızı (üz tərəfi naxışlanmış və boyanmış plastik kütlə qatı ilə örtüklü) alıb. Bunun dəyər ifadəsində 22,9%-i, kəmiyyət olaraq – 18,3%-i Rusiyanın, müvafiq olaraq 33,2%-i və 30,1%-i Ukraynanın payına düşür.
Bəs müharibə başlayandan sonra yerli divar kağızı bazarında vəziyyət necədir? Baş verənlər qiymətlərə nə dərəcədə təsir göstərib?
BAKU.WS xəbər verir ki, divar kağızlarının satışı ilə məşğul olan mağazanın müdiri Cəbrayıl Hüseynov Report-a bildirib ki, Ukraynadan sifariş etdikləri mallar gəlmir. Adətən 5-6 günə gələn mal 1 aydan çoxdur yolda qalıb.
"Artıq bəzi firmalarda bahalaşma müşahidə olunur. Nəzərə alsaq ki, bizdə divar kağızları istehsal olunmur, bu mənada qiymətlər pis deyil. Biz həmçinin Çindən də mal gətiririk, çeşidlərimiz çoxdur. Çin mallarının qiymətləri hələlik artmayıb. Amma Ukrayna və Rusiya divar kağızlarının qiymətləri qalxıb. Rusiya və Ukraynaya pul köçürə də bilmirik. Buna görə də mal ala bilmirik. Malları biz TIR-la gətiririk. Ukraynadan bura gəlib çıxana kimi ən ucuz rulon (10 metr) 11 manata başa gəlirdi. Ən bahalısı isə təxminən 120 manat olur. Adətən hər partiyaya 20-25 rulon daxil olur", - deyə mağaza müdiri bildirib.
O qeyd edib ki, hazırda bazarda Ukrayna və Rusiya istehsallı divar kağızlarının qiyməti 2-3 manat artıb. Ən keyfiyyətli divar kağızlarının Çindən gəldiyini, orada brend şirkətlərin zavodlarının olduğunu da əlavə edib.
Divar kağızlarının topdan satışı ilə məşğul olan Aslan Məlikov əsasən Belarus mallarını gətirdiklərini deyir. O, bu ölkədən tədarükdə problem olmadığını da əlavə edir:
"Ukraynadan da mal almışıq, amma hələlik gəlməyib. Rusiyadan da sifarişlərimiz gəlməyib. Rusiya ilə problemin səbəbi pul köçürməsi ilə bağlıdır. Çünki pul köçürmələrdə problem yaranıb".
A.Məlikov divar kağızlarının qiymətində artım olduğunu deyir:
"Hazırda bazarda daha çox tələbat ucuz divar kağızlarınadır. Onlar da Belarus, Ukrayna və Rusiya mallarıdır".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Azərbaycan İndoneziyaya neft satışından qazancını 3 dəfədən çox artırıb
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan İndoneziyaya 356 min 500,04 ton xam neft ixrac edib. Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu miqdarda məhsulun dəyəri 224 milyon 640,09 min ABŞ dolları təşkil edib. İxrac olunmuş məhsulun miqdarı 2025-ci ilin 9 ayı ilə müqayisədə 2,7 dəfə, dəyər
29 oktyabrDVX: Vergi sanksiyalarını bir il ərzində ödəyənlərə 10 % güzəşt ediləcək
Vergi sanksiyalarını bir il ərzində ödəyənlərə 10% güzəşt ediləcək. "Report" xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin baş idarə rəisi Nicat İmanov Milli Məclisin İqtisadi siyasət sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında deyib. Onun sözlərin
6 noyabrAzərbaycanda həyat sığortası üzrə ödənişlər 34 %-dən çox artıb
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda həyat sığortası növlərinin hesabına 704,525 milyon manat sığorta haqqı toplanılıb. Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 7,5 % çoxdur. Hesabat dövründə həyat sığortası növləri üzrə ödənişlə
26 oktyabrQızıl və gümüş ucuzlaşdı
Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyasının qiyməti 19,02 dollar azalaraq 4005,47 dollar təşkil edib. xəbər verir ki, gümüşün qiyməti isə 1,14 dollar azalaraq 53,21 dollara bərabər olub
27 oktyabrƏmtəə bazarlarında qızıl və gümüş ucuzlaşıb
Əmtəə bazarlarında qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçerslərin dəyəri azalıb. "APA-Economics" birja məlumatlarına istinadən xəbər verir ki, Nyu-Yorkun "COMEX" əmtəə birjasında qızılın bir troya unsiyası üzrə 2026-cı ilin dekabr fyuçerslərinin dəyəri 0,46% azalaraq 4 05
28 oktyabrAzərbaycanda taksi sürücüləri sadələşdirilmiş vergi ödəyəcəklər
Taksi sürücülərinin gəlirlərindən sifariş operatorları vasitəsilə 1 % sadələşdirilmiş vergi tutulması təklif olunur. "Report" xəbər verir ki, bu, Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsində öz əksini tapıb. Sənəd 2027-ci ilin büdcə zərfinə daxildir. Qüvvədə olan qanun
5 noyabrBaytarlıq pasportunun verilməsinə dövlət rüsumu 50 % artırılır
Azərbaycanda gələn ildən baytarlıq pasportunun verilməsinə dövlət rüsumu 30 manat olacaq. "Report" xəbər verir ki, bu, Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsində öz əksini tapıb. Sənəd 2027-ci ilin büdcə zərfinə daxildir. Gazırda baytarlıq pasportunun verilməsinə gör
5 noyabrAzərbaycanda bu balığın hər tonuna görə 2000 manat PUL VERİLƏCƏK
"2027-ci il yanvarın 1-dən balıqçılıq və akvakultura sahəsinə də subsidiyaların və güzəştlərin verilməsinə başlanılacaq". -a istinadən xəbər verir ki, bunu kənd təsərrüfatı naziri Məcnun Məmmədov jurnalistlərə açıqlamasında deyib. Onun sözlərinə görə, akvakultura və balıqçılıqda istifadə oluna
5 noyabrMərkəzi Bankın valyuta ehtiyatları 15,4 mlrd. dolları ötüb
Bu il oktyabrın sonuna Azərbaycan Mərkəzi Bankının valyuta ehtiyatları 15 milyard 430,4 milyon ABŞ dolları təşkil edib. Mərkəzi Banka istinadən xəbər verir ki, bu, sentyabrın sonu ilə müqayisədə 67 milyon dollar və ya 0,44% çoxdur. Ötən ilin oktyabr ayının sonu ilə müqayisədə isə ehtiyatlar 4 milyar
3 noyabr