Namus üstə qızını öldürən ataya AĞIR CƏZA - VİDEO
30 dekabr 2020-ci il tarixində Ələkbər Bağırov Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsinin növbətçi hissəsinə yaxınlaşaraq, qızı İradə Paşayevanı öldürdüyü barədə məlumat verib.
Xətai rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.
İş üzrə dindirilmiş Ələkbər Bağırov bildirib ki, İradə iki dəfə ailə həyatı qurub. Birinci nikahdan bir, ikincidən isə iki övladı dünyaya gəlib. İlk vaxtlar qızının ikinci dəfə evləndiyi Rövşən Paşayevlə münasibətləri normal olub. Ələkbər öz ailəsi ilə Xaçmazda, qızı isə Bakıda yaşayıb.
Sonradan qızının həyat yoldaşı Rövşən İradənin ona xəyanət etdiyi barədə şübhələrinin olduğunu bildirib. Ər-arvad arasında narazılıq yarandığından Ə.Bağırov paytaxta gələrək onları barışdırıb. Hadisə bundan sonra yenə təkrarlandığından bu dəfə Rövşən övladlarını da götürərək anası evinə gedib. Qayınatasına isə qızının xəyanəti barədə məlumat verib. Atası məcbur qızının yaşadığı evə gələrək onunla bu barədə söhbət aparıb. Qızı isə deyilənlərin yalan olduğunu bildirib. Ə.Bağırov belə olan təqdirdə qızından qayınanasıgilə gedərək məsələni orada aydınlaşdırmasını istəyib. Bu zaman İradə atasına şəxsi işlərinə qarışmamasını deyib və onu təhqir edib. Belə olan halda Ə.Bağırov əvvəlcə qızının başına idman aləti ilə zərbə vurub. Daha sonra onu boğaraq qəsdən həyatdan məhrum edib. Hadisədən sonra yaxınlıqdakı polis şöbəsinə gedərək təslim olub.
Mərhuma məxsus mobil telefondan köçürülmüş görüntü və mətnlərdən İradə Paşayevanın Hafis, İsrail, Namiq, Abdullah adlı şəxslərlə tanışlıq və sevgi xarakterli yazışmaları olması müəyyən olunub.
Məhkəmə iclasında Ələkbər Bağırov ittiham üzrə özünü qismən təqsirli bilib.
Zərərçəkmiş şəxsin hüquqi varisi təqdim etdiyi ərizədə göstərib ki, təqsirləndirilən şəxsə qarşı şikayəti yoxdur.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ələkbər Bağırov cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 9 il müddətinə azadlıqdan məhrum olunub.
Sonxeber.az
Telegramda izləyin
Kriminal Baxılıb: 2433 Tarix: 01 aprel 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Mirasdan məhrum edilən Türkan Gündüzün əri imiş
Xəbər verdiyimiz kimi, Nizami Rayon Məhkəməsi həyat yoldaşını qəsdən öldürən şəxsi mirasdan məhrum edib. "Qafqazinfo"nun məlumatına görə, mirasdan məhrum edilən şəxs plastik cərrah Türkan Gündüzün həyat yoldaşı Muhammet Gündüz olub. Mərhumun qızı atasının anasından qalan mirasa münasibətd
14 oktyabrNovruz bayramı günü bibisi oğlunu öldürənə - 14 il həbs verildi
Bu ilin mart ayında bibisi oğlu 1976-cı il təvəllüdlü Rövşən Abdullayevi bıçaqlayaraq öldürən Rizvan Söhbətova hökm oxunub. "Qafqazinfo" xəbər verir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsi onu Cinayət Məcəlləsinin 120.1 və 228.5-ci maddələri ilə təqsirli bilib. Araşdırmalar zamanı məlum olu
19 oktyabrAmansızlıqla qətlə yetirilən Fatimənin - Fotosu
Xəbər verdiyimiz kimi, ötən gün Xəzər rayonu Binə qəsəbəsində 24 yaşlı Fatimə Rəhmanzadə qətlə yetirilib. "Qafqazinfo" xəbər verir ki, Fatiməni bıçaqlayaraq öldürməkdə şübhəli bilinən həyat yoldaşı 1986-cı il təvəllüdlü Müseyib Əhmədov polis əməkdaşları tərəfindən saxlanılıb. Amansızlıqla qətl
8 oktyabrÖtən gün qəzada yaralanan sürücü vəfat etdi
Ötən gün Xəzər rayonunda baş verən qəzada yaralanan sürücü vəfat edib. "Qafqazinfo" xəbər verir ki, hadisə Şüvəlan qəsəbəsində qeydə alınıb. Belə ki, Elmar Hüseynovun idarə etdiyi "Daewoo" markalı avtobus Elçin Qədimovun idarə etdiyi "Lada Granta" markalı avtomobillə toqquşub
8 oktyabrPlastik cərrahı qətlə yetirən həyat yoldaşı mirasından məhrum edildi
Xəbər verdiyimiz kimi, məhkəmə həyat yoldaşını qəsdən öldürən şəxsi mirasdan məhrum edib. Qaynarinfo-nun əldə etdiyi məlumata görə, mirasdan məhrum edilən şəxs plastik cərrah Türkan Gündüzün həyat yoldaşı Muhammet Gündüz imiş. Mərhumun qızı atasının anasından qalan mirasa münasibətdə ləyaqətsiz vərəs
13 oktyabrFatimənin bıçaqlanma anı - Əvvəldən təhdid mesajları yazıbmış-Yenilənib
Dünən saat 21 radələrində Xəzər rayonu Binə qəsəbəsində 24 yaşlı Fatimə Rəhmanzadənin küçədə qətlə yetirilməsinin görüntüləri yayılıb. "Qafqazinfo" xəbər verir ki, hadisə anını vətəndaşlardan biri avtobusun pəncərəsindən lentə alıb. Görüntülərdən məlum olur ki, Binənin Ə.İsazadə küçəsindək
7 oktyabrArvadını hamının gözü qarşısında döymüşdü - Həbs edildi
Bakıda həyat yoldaşını marketdə autizmli övladının gözləri qarşısında döyən kişi saxlanılıb. "Qafqazinfo" xəbər verir ki, Nəsimi rayonunda qadının döyülməsi ilə bağlı araşdırma aparılıb. Polis əməkdaşları tərəfindən əməli törətməkdə şübhəli bilinən Səfərov soyadlı şəxs saxlanılıb. O, inzibat
21 sentyabr