Fərrux dağı uğrunda döyüşlərdə itkin düşən "Qorxmaz" ləqəbli qəhrəmanımız - VİDEO
Birinci Qarabağ müharibəsi zamanı Fərrux dağında itkin düşənlərdən biri Allahverdiyev Baba Müseyib oğlu 1971-ci il noyabrın 13-də Sumqayıt şəhərində dünyaya gəlib.
Yaxınları deyir ki, Baba uşaqlıq illərində idmanla məşğul olub, yaşıdlarından seçilib. 1988-ci ildə 23 saylı məktəbi bitirib, 1989-cu ildə isə Krosnayar vilayətinə hərbi xidmətə yollanıb. Əsgərlikdən sonra Sumqayıtda zavodda fəaliyyət göstərib.
Qardaşları deyir ki, Babanın gənclik illəri ermənilərin işğalçılıq dövrünə təsadüf edir. Bu isə onu çox narahat etdiyindən könüllü müharibəyə yollanıb. Onu ordu yoldaşları fiziki göstəricisi, şücaəti və qorxmazlığına görə "Baba dağı", "Qorxmaz" adlandırıblar. Döyüşlərin birində qolundan ağır yaralanmasına baxmayaraq, müalicə alıb və yenidən döyüşə qayıdıb.
Müalicədən sonra "gör indi bunların başına nə oyun açacağam" deyib, yenidən cəbhəyə qayıdıb. Yaxınları deyir ki, səhhəti ilə bağlı bir həftəlik məzuniyyət verilsə də, Baba yalnız iki gün evdə qalıb. Ailə üzvləri ilə görüşüb, yenidən müharibəyə yollanan qəhrəmanımız sanki başına gələcəklərdən xəbərdar imiş. Fərrux dağında qızğın döyüşlərdə itkin düşən Babadan hələ də xəbər yoxdur.
Baba Allahverdiyevin itkin düşməsindən sonra valideynləri dünyasını dəyişib. Qardaşları ümid edir ki, Fərrux dağında tapılan insan qalıqları arasında onun da adı olacaq.
Ətraflı Baku TV-nin süjetində:
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1257 Tarix: 01 aprel 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Mənzillərdəki kompüter, notbuk, planşetlər qeydiyyata alınacaq
Ev təsərrüfatlarının uçotu zamanı mənzillərdəki kompüter və digər elektron cihazların sayı, eləcə də internetə çıxış imkanları barədə məlumatlar toplanacaq. -a istinadla xəbər verir ki, ev təsərrüfatında kompüter, notbuk və ya planşet varsa, onların növü və sayı qeyd ediləcək. Həmçinin internetə çıxışı
8 noyabrADY-nin kollektivi Zəfər abidəsini ziyarət edib
"Azərbaycan Dəmir Yolları" (ADY) QSC-nin kollektivi 8 Noyabr - Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət edib. "Report" xəbər verir ki, Vətən müharibəsində qazanılan tarixi qələbəmizin rəmzi olan Zəfər abidəsinin önünə gül dəstələri düzülüb, Azərbaycanın ərazi bütövlüyü və suverenliy
8 noyabrŞəhid anası: "Zəfərimiz onların sayəsində oldu"
"Hüseyn vətənini, torpağını sevən hərbçi idi. Füzulinin azad olunması uğrunda gedən döyüşlərdə iştirak edib. Şəhid olanda 29 yaşı var idi. Evli idi, bir övladı yadigar qalıb. Şəhid olanda qızı altı aylıq idi. Zəfərimiz də onların sayəsində oldu. Allah şəhidlərimizə rəhmət etsin, qazilərimizə şəf
8 noyabrHəkim qəbuluna onlayn yazılmaq mümkün olan yeddi tibb müəssisəsi - Siyahı
Səhiyyə sahəsində vətəndaşların tibbi xidmətlərdən istifadəsini asanlaşdırmaq və tibb müəssisələrində yaranan uzun növbələrin qarşısını almaq məqsədilə yeni rəqəmsal sistem tətbiq ediləcək. İlin sonunadək bir sıra tibb müəssisələrində onlayn növbə sisteminin istifadəyə verilməsi nəzərdə tutulur. Bu barəd
8 noyabrBu şəxslər ictimai nəqliyyatla 1 QƏPİYƏ GEDƏCƏKLƏR
TəhsilPlus kartı olan təhsil işçiləri ictimai nəqliyyatda ilk gedişlərini 1 qəpiyə edə biləcəklər. Elm və Təhsil Nazirliyindən -a bildirilib ki, noyabr 2026-cı il tarixindən etibarən TəhsilPlus kartı olan təhsil işçiləri həftəiçi hər gün ictimai nəqliyyatda ilk gedişlərini cəmi 1 qəpiyə həyata keçir
8 noyabr