Azərbaycanda qaz sayğacları ilə bağlı YENİLİK
"Azəriqaz"a məxsus smart tipli "GallusPay" sayğaclarının kartlarını NFC təminatı olan telefonlar vasitəsi ilə balansını artıraraq, bu sayğacları onlayn yükləmək mümkün olacaq".
"Report"un məlumatına görə, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev media nümayəndələri ilə keçirilən "Açıq qapı" aksiyası zamanı bildirib.
Şöbə rəisi bu ödənişlərin ilkin olaraq "E-Manat" terminallarında mümkün olacağını qeyd edib. "Heç bir fors-major hal baş verməsə, 10-15 gün ərzində əvvəlcədən ödənişli "Zenner" tipli sayğacların da onlayn ödənişi mümkün olacaq. Abonent məmnunluğu bizim üçün çox önəmlidir", – deyə, şöbə rəisi bildirib.
Media nümayəndəsinin Xankəndinin qazlaşdırılmasında son vəziyyətlə bağlı sualını Birliyin Yeni qazlaşma və inkişaf şöbəsinin rəisi Teymur Cəfərov cavablandırıb. Şöbə rəisi bildirib:
"Xankəndi şəhəri Qarabağ iqtisadi rayonuna daxildir və Azərbaycanın suveren ərazisidir. Ümumiyyətlə, işğaldan azad olunan ərazilərdə qazlaşdırma və digər infrastruktur işləri yalnız Azərbaycan dövləti tərəfindən aparıla bilər. Hazırda Xankəndi şəhəri təbii qazla təmin olunub".
Şöbə rəisi Xankəndi şəhəri daxil olmaqla, Qarabağ iqtisadi zonasının 1980-ci illərdə Azərbaycan dövləti tərəfindən qazlaşdırıldığını, orada qaz infrastrukturunun yaradıldığını, lakin sonrakı işğal dövründə kommunikasiyaların böyük bir qisminin ermənilər tərəfindən dağıdılaraq viran edildiyini vurğulayıb.
"Xankəndi şəhərinə gedən qaz xəttinin üzərində "Azəriqaz" İstehsalat Birliyi tərəfindən müəyyən təmir-bərpa işləri aparılıb. Növbəti mərhələlərdə bütün bu ərazilərdə qaz infrastrukturunun Azərbaycan dövləti tərəfindən daha ideal formada, müasir tələblərə cavab verməklə tam şəkildə yenidən qurulacağı nəzərdə tutulub. Həmin ərazilərdə çəkiləcək infrastrukturdan Azərbaycan vətəndaşları yararlana biləcəklər", – deyə, şöbə rəisi əlavə edib.
Birliyin 104 Operativ Xidmət şöbəsinin rəisi Xalidə Şimşək əvvəlcədən ödənişli (smart-kart tipli) sayğacların balansını artıran zaman yaranan "yalançı məbləğlərlə" bağlı məsələyə aydınlıq gətirib. Şöbə rəisi sözü gedən yalançı məbləğlərin yaranmasını ödəniş terminalında yükləmə aparılan zaman internet əlaqələrinin ani olaraq kəsilməsi nəticəsində baş verdiyini qeyd edib. Onun sözlərinə görə, bu halda informasiya karta tam köçürülmür. Bu səbəbdən də, kartı sayğaca daxil etdikdə yükləmə zamanı problem yaranır. Şöbə rəisi sözügedən problemin həm terminal, həm də Birlik tərəfindən aradan qaldırılmasının mümkün olduğunu bildirib.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Azərbaycanda bu şəxslərə 200 manat veriləcək
65 yaş tamam olur, amma pensiya verilmir? - ƏSAS ŞƏRTLƏR BUNLARDIR
Satın aldığı qırıq çaydan ona sərvət qazandırdı
PENSİYA VƏ SOSİAL MÜAVİNƏTLƏR NEÇƏ FAİZ ARTACAQ? - Gözləntilər AÇIQLANDI
Röyanın evindəki bu otaq DİQQƏT ÇƏKDİ - VİDEO
ASAN Xidmət bu tarixlərdə işləməyəcək
"Son 70 ilin ən sərt qışı gəlir"… - Bakı üçün iki kritik TARİX
Bu ərazilərə QAR yağacaq, yollar buz bağlayacaq - XƏBƏRDARLIQ EDİLDİ
İranın cənubunda üç şəhərdə partlayışlar baş verib - Video
44 günlük Zəfər: Azərbaycanın tarixini dəyişən Qələbə və milli iradənin təntənəsi
Qızıl almaq istəyənlərin nəzərinə
Xankəndi Stadionu açıldı - Fotolar
"Şuşanın azad edilməsi Zəfərin həm hərbi, həm də mənəvi zirvəsi oldu" - millət vəkili Elnarə Akimova
Yuğ Dövlət Teatrının aktyorları Zəfər Günü münasibətilə xalqı təbrik ediblər
"Zəfər Gününün noyabrın 8-də qeyd olunması təsadüfi deyil" - millət vəkili Pərvanə Vəliyeva