Zelenski: "NATO bizi qəbul etmək istəmir"

Zelenski: "NATO bizi qəbul etmək istəmir"Ukraynada müharibənin bitmə vaxtını proqnozlaşdırmaq çətindir və bu, "dərin, ağrılı məsələdir", lakin xalq qələbədən başqa heç bir başqa nəticəni qəbul etməyəcək.

Sonxeber.az Report-a istinadla xəbər verir ki, bunları "Fox News"a müsahibəsində Ukrayna Prezidenti Volodimir Zelenski deyib.

Aparıcının prezidentin sülh sazişinin imzalanması naminə Rusiyaya ərazi güzəştlərinə hazır olub-olmaması ilə bağlı sualını cavablandıran Zelenski bunun baş verməyəcəyini deyib.

"Biz ərazimizlə alış-veriş etmirik. Ərazi bütövlüyü və suverenlik məsələsi müzakirə olunmur", - prezident vurğulayıb.

Zelenski deyib ki, Ukrayna dünyanın aparıcı ölkələrindən dövlətin təhlükəsizliyinin müqavilə ilə qorunacağına dair öhdəliklər gözləyir.

O, həmçinin Ukraynanın NATO-ya faydalı əlavə olacağına dair əminliyini təsdiqləyib.

"NATO haqqında danışmaq bizim üçün çətindir, çünki NATO bizi qəbul etmək istəmir. Məncə, bu səhvdir, çünki NATO-ya daxil olsaq, alyansı daha da gücləndirəcəyik. Zəif dövlət deyilik. NATO hesabına gücləndirməyi təklif etmirik. Biz əlavəyik, biz lokomotivik", - dövlət başçısı bildirib.

Zelenski əlavə edib ki, ABŞ Prezidenti Co Baydenlə söhbətində Amerika liderinə bildirib ki, o, Birləşmiş Ştatların Rusiya ilə yenidən müharibə ehtimalını aradan qaldırmaq üçün Ukraynaya uzunmüddətli dəstək verəcək təhlükəsizlik zəmanəti müqaviləsinə daxil olmasını istəyir. Amerikalı həmkarı ABŞ-ın bu təklifi nəzərdən keçirdiyini söyləyib.

"Sadəcə bizə raketlər verin, təyyarələr verin, bizə F-18, F-19 və ya hər hansı bir şey verə bilməzsiniz, köhnə sovet təyyarələrini verin. Vəssalam. Onları mənə verin. Mənə ölkəmi müdafiə etmək üçün bir şey verin", - Zelenski əlavə edib.


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 1348   Tarix: 02 aprel 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

İsrail Qəzzada HƏMAS-ın iki komandirinin öldürüldüyünü açıqlayıb

İsrail Müdafiə Ordusu və İsrailin Ümumi Təhlükəsizlik Xidməti Qəzza zolağında HƏMAS-ın hərbi qanadının iki komandirinin öldürüldüyünü açıqlayıb. xəbər verir ki, bu barədə "Ynet" məlumat yayıb. Açıqlamaya əsasən, şənbə günü Qəzza şəhəri rayonunda hava zərbəsi nəticəsində HƏMAS-ın hərbi qanadını

26 oktyabr
.

"Bu milyarder Trampın vəkilinə 50 milyon ödəyib" - Obamadan korrupsiya ittihamı

"İndiki prezidentin diqqət yetirdiyi yeganə şey, iqamətgahını yaxşılaşdırmaqla yanaşı, özünü, ailəsini və yaxınlarını varlandırmaqdır. Bizim bir donordan kredit kartı borclarını ödəmək üçün pul tələb edən bir Amerika səfirimiz var. Venesuelalı milyarderin əfv istədiyini öyrəndik. Ona görə Trampı

26 oktyabr
.

Çexiyada orta əsrlərdən qalma xəstəlik geniş yayılır

Çexiyada parazit gənənin törətdiyi yoluxucu xəstəlik olan qaşınma hallarının sayı artır. Ən çox yoluxma Moraviya-Sileziya diyarında, xüsusilə Ostrava şəhərində qeydə alınır. Qaynarinfo xəbər verir ki, bu barədə Çexiyanın "iDNES.cz" nəşri məlumat yayıb. Çexiya Səhiyyə İnstitutunun məlumatın

27 oktyabr
.

ABŞ-İran müharibəsində son vəziyyət: Tehranda danışıqlar, neft qiymətləri yüksək səviyyədə

ABŞ və İran arasında davam edən münaqişə fonunda diplomatik təmaslar və regionda təhlükəsizliklə bağlı gərginlik diqqət mərkəzindədir. Səudiyyə Ərəbistanı, Pakistan və Türkiyənin nümayəndələrinin Tehranda apardığı görüşlərdə müharibənin genişlənməsinin qarşısının alınması, Hörmüz boğazında gəmiçiliyi

26 oktyabr
.

The New York Times: "Kral Çarlz Karib hövzəsinə səfər edir - Britaniya müstəmləkəçiliyinin mirası yenidən gündəmdə"

Böyük Britaniya kralı II Çarlz Karib hövzəsində keçiriləcək Birlik sammitində iştirak etmək üçün bölgəyə səfər edir. The New York Times-a istinadən xəbər verir ki, səfər Britaniyanın keçmiş müstəmləkələri ilə münasibətləri və tarixi ədalətsizliklərə görə üzr istənilməsi tələbləri fonunda baş tutur. Sammitd

27 oktyabr
.

Böyük Britaniya Sudandakı münaqişənin 15 iştirakçısına qarşı sanksiyalar tətbiq edib

Böyük Britaniya Sudandakı münaqişənin hər iki tərəfi ilə əlaqəli 15 hərbi komandir, silahlı qrupların lideri və təhlükəsizlik xidmətlərinin əməkdaşına qarşı sanksiyalar tətbiq edib. "Report" "Reuters" agentliyinə istinadən xəbər verir ki, bu barədə Britaniya hökuməti məlumat yayıb

26 oktyabr
.

Tramp İranla münaqişənin istədiyi vaxt bitəcəyini bildirib

ABŞ prezidenti Donald Tramp İranla münaqişənin istədiyi vaxt bitəcəyini açıqlayıb. xəbər verir ki, Tramp Texasda keçirilən mitinqdə deyib: "Daha əvvəl məndən soruşdular ki, 'İranla müharibə nə vaxt bitəcək?' Mən dedim ki, 'İstədiyim zaman bitəcək. Bir gün əvvəl ABŞ prezidenti ik

28 oktyabr
.

Buzlaşma dövrü əvəzinə qlobal istiləşmə - Yeni araşdırma

Yer kürəsində təxminən 2 min il əvvəl başlayan təbii soyuma prosesi sənaye inqilabından sonra istiqamətini dəyişib. Alimlərin fikrincə, insan fəaliyyəti nəticəsində atmosferdə istixana qazlarının artması planetin uzunmüddətli iqlim dövrlərinə təsir göstərərək buzlaqların genişlənməsini dayandırıb. Qaynarinf

26 oktyabr
.

Dünya kritik iqlim həddini əldən verdi: BMT-dən yeni xəbərdarlıq

Birləşmiş Millətlər Təşkilatının Ətraf Mühit Proqramı (UNEP) qlobal temperatur artımını sənaye öncəsi dövrlə müqayisədə 1,5 dərəcədə saxlamaq məqsədinin mövcud şərtlərdə real olmadığını açıqlayıb. Qurumun hesablamalarına görə, kifayət qədər tədbir görülməzsə, temperatur artımı əsrin sonuna qədər 2,

26 oktyabr