Mütəxəssislər səs tonuna görə Putinin psixoloji vəziyyətini analiz etdilər - Nəticə AÇIQLANDI
Rusiya prezidenti Vladimir Putinin Ukrayna müharibəsindən əvvəlki çıxışları ilə indiki açıqlamalarını müqayisə edən Yaponiya texnologiya firması maraqlı detallar üzə çıxarıb.
Ekspertlər Putinin yüksək stress və "psixoloji qeyri-sabitlik" yaşama ehtimalının yüksək olduğunu iddia ediblər.
Rusiya liderinin müharibənin əvvəlindəki nitqlərini və müharibə davam edərkən etdiyi çıxışları araşdıran səs tembri üzrə ekspertlər onun səs tonunda dəyişikliklər müşahidə ediblər. Bu fərqin artan stress, əhval-ruhiyyənin dəyişməsi və narahatlıq səviyyələri səbəbindən yarana biləcəyi düşünülür.
Yapon mətbuatında yer alan xəbərə görə, "Risk Measurement Technologies" adlanan şirkət bildirib ki, səs tonunda baş verən dəyişikliklər insanların əhval-ruhiyyəsinin və psixi vəziyyətinin anlaşılmasında mühüm rol oynayır. Bu baxımdan, Vladimir Putinin fevralın 1-dən martın 19-dək ictimai çıxışlarını təhlil edən ekspertlər belə qənaətə gəliblər ki, Putin yüksək stress keçirib, onun əhval-ruhiyyəsi pisləşib və narahatlıq səviyyəsi artıb.
Xatırladılıb ki, Vladimir Putin fevralın 21-də Rusiyanın Donetsk və Luqansk vilayətlərinin müstəqilliyini tanıdığını bəyan edib. Bu açıqlama zamanı Putinin Rusiya Xarici Kəşfiyyatının direktoru Sergey Narışkinə qarşı sərt münasibəti və ritorikası ön plana çıxıb. Araşdırmaya görə, Putinin səs tonu görüş boyu davamlı olaraq dəyişib. Mütəxəssislər bildiriblər ki, stress səviyyəsinin daim aşağı enib-qalxması tərəddüdlü hisslərdən xəbər verir.
Rusiya prezidenti fevralın 24-də rus qoşunlarının Ukraynaya daxil olduğunu elan edib və Rusiyanın işğalının səbəblərini açıqlayıb. Bu çıxışı da araşdıran şirkət rəsmiləri, müharibə başlayandan bəri Putinin ən sakit anlardan biri olduğunu deyiblər.
Cəbhə xəbərləri daxil olduqdan sonra Rusiya prezidentinin stressinin artdığını deyən rəsmilər martın 10-da Putinin çıxışında stress səviyyəsinin kifayət qədər yüksək olduğunu bildiriblər.
Şirkət əməkdaşı Kanji Okazaki Yaponiya mətbuatına açıqlamasında "Analizlərimizə görə, Rusiya lideri Putinin psixoloji qeyri-sabitlik içində olduğunu deyə bilərik", - deyə qeyd edib./Sfera
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 1616 Tarix: 02 aprel 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
İran üçün kritik zərbə: 500 min nəfərlik şəhər blokadaya düşdü
ABŞ ordusunun İrandakı körpülərə endirdiyi zərbələr ölkənin əsas liman şəhərlərindən biri olan Bəndər-Abbası İranın digər hissələri ilə nəqliyyat əlaqələrindən təcrid edib. xəbər verir ki, bu barədə "The Telegraph" nəşri məlumat yayıb. Bombardmanlar nəticəsində 500 min nəfər əhalisi olan v
19 iyulYaxın Şərqdə gərginlik artır: ABŞ öz vətəndaşlarına müraciət etdi
ABŞ Dövlət Departamenti dünyada, xüsusilə Yaxın Şərqdə yaşayan amerikalılara İranla bağlı yarana biləcək təhlükələr səbəbindən yüksək ehtiyatlılıq nümayiş etdirməyi tövsiyə edib. xəbər verir ki, bu barədə ABŞ Xarici İşlər Nazirliyinin yaydığı açıqlamada bildirilib. Bildirilib ki, Yaxın Şərqdə artan gərginli
19 iyulİnsanlar ünsiyyət zamanı niyə göz təmasından yayınır?
Həmsöhbətimizə söhbət zamanı necə baxmağımız davranışımız, mimikalarımız və danışıq tərzimiz qədər haqqımızda məlumat verə bilər. Bununla belə, bir çox insan baxışlarının şübhə, narahatlıq və ya gizli hissləri ifadə edə biləcəyinin fərqində olmur. Qaynarinfo xəbər verir ki, "Verywell Mind"
20 iyulDaha bir gəmi Hörmüzdə minaya düşdü
Hörmüz boğazında daha bir tanker minaya düşüb. "Qafqazinfo" xəbər verir ki, bu barədə məlumatı İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) yayıb. Bildirilib ki, üç neft tankeri Hörmüz boğazından cənubda minalanmış ərazidən keçməyə cəhd edib. Onlardan biri minaya düşüb və gəmidə yanğın ba
23 iyulMüctəba Xamenei: ABŞ müharibəni qızışdırmağa çalışır
ABŞ hökumətinin İranla imzalanan razılaşmaları pozması gələcəkdə mümkün ikitərəfli anlaşma memorandumlarına etimadı azaldır. "Report" xəbər verir ki, bunu İranın Ali rəhbəri Müctəba Xamenei xalqa müraciətində qeyd edib. "Hədə-qorxu Amerika doktrinasının və fəaliyyət tərzinin ayrılmaz tərki
19 iyulSüni intellekt artıq dünyanı məhv etməyə başlayıb - Yeni ARAŞDIRMA
Süni intellekt infrastrukturunun inkişafı təkcə texnoloji irəliləyiş deyil, həm də ciddi ekoloji problemə çevrilir. Süni intellektin sürətli inkişafı güclü hesablama sistemlərini dəstəkləmək üçün getdikcə daha çox məlumat mərkəzlərinin yaradılmasını tələb edir. Lakin texnoloji tərəqqi ilə yanaşı, ekoloj
19 iyulƏrə getdi və... bal ayından sağ qayıtmadı
30 yaşlı fitnes ulduzu Laura Viktoriya Hartiq İtaliyada bal ayında velosiped sürərkən ölümcül xəsarətlər alıb. -ın xarici mediaya istinadən xəbərinə görə, toyundan bir neçə gün sonra Hartiq dağlarda velosiped sürüb. Enərkən motosikletlə toqquşub. Zərbə o qədər güclü olub ki, motosiklet iki yerə bölünüb
19 iyul